PDF Oxu

Köşə

  • 15

AXC-nin köhnə və yeni bərpaçısının dueti

AXC-nin köhnə və yeni bərpaçısının dueti

Fərəc Quliyevlə Pənah Hüseynovun meyxana deyəcəkləri məkanı tez tapdıq. Bu, maraqlı deyişmə demək idi. Çünki F.Quliyev 6-7 il əvvəl böyük həvəslə AXC-ni bərpa etməyə girişmişdi. O, çox tər töksə də, bu vəzifənin öhdəsindən gələ bilməmişdi. İ.Qəmbərov AXC-nin yenidən bərpa edilməsi məsələsini ortaya atdıqdan sonra müxalifətin "ideoloji generatoru" adını almış P.Hüseynov bu məsələnin təşkilini öz üzərinə götürmüşdür.
Papaq qafiyəsi püşkatma yolu ilə çıxarıldı. O, belə idi:

AXC-di qələbənin nüvəsi,
AXC-də radikalın qüvvəsi.

Bundan sonra başlanan meyxana deyişməsi get-gedə qızışdı.

Fərəc Quliyev:

Mən də Avropadan əppək istədim,
Həm də diləyimə yetmək istədim,
AXC-ni bərpa etmək istədim,
Bu, narahat etməkdəydi hər kəsi.

Pənah Hüseynov:

Əgər vaxtı düzgün sayıbsa İsa,
AXC-ni yaxşı duyubsa İsa,
Bərpa üçün barmaq qoyubsa İsa,
AXC-nin gələcəkdi nəfəsi.

Fərəc Quliyev:

Həyatımda yadlıq, qürbət də gördüm,
Həmkarlardan təzyiq, töhmət də gördüm.
Ünvanıma tərif, lənət də gördüm,
Tez tərk etmək çətin oldu qəfəsi.

Pənah Hüseynov:

"SİDSUH" vaxtı meydanda ad qazandım,
Bəzən oldu ah-uf, fəryad qazandım,
Çətinliklə mən bir mandat qazandım,
Elə bu da çox artırdı həvəsi.

Fərəc Quliyev:

Cəd etsəm də, dönüb gedə bilmədim,
Mən əvvəllər qorxu-hədə bilmədim,
AXC-ni bərpa edə bilmədim,
Bir ərəbdim, sanki ölmüş dəvəsi.

Pənah Hüseynov:

Baş nazirdim, mənə "cırtdan" dedilər,
Arxasınca xalqı satan dedilər,
Yerbəyerdən qarpızsatan dedilər,
Hamının da işıqlandı çöhrəsi.

Fərəc Quliyev:

Yalan desəm, bu imanım itindi,
Demədim ki, həmkarlarım mətindi,
AXC-ni bərpa etmək çətindi,
Heç mənə də görünmədi qibləsi.

Pənah Hüseynov:

Hər bir sədr fikrini deyib qəti,
Göstərmədi mənə qarşı diqqəti,
Bir partiya məni qəbul etmədi,
Xoş olmadı heç birinin vədəsi.

Fərəc Quliyev:

Heç türmə də dağıtmadı nəşəmi,
İcra etmək çətin oldu peşəmi,
"MDH"-də dayandırdım işimi,
Xarab oldu şkalamın civəsi.

Pənah Hüseynov:

İsa üçün asan olur hər çətin,
O, əzmkar bir başqandı, həm mətin,
AXC-ni bərpa etmək qismətim,
Bu qurumun bir məndədi çarəsi.

Fərəc Quliyev:

Heç xoşuma gəlməmişdi bu qurum,
Hər birində vardı hay-küy, guruh, bum,
Qurumları gözləməkdə uçurum,
Heç birinin eşidilmir tövbəsi.

Pənah Hüseynov:

Adi sözlə inandırdım mən səni,
Ünvanıma istəmədim "əhsən"i,
Biz tezliklə yaradarıq Cəbhəni,
Həm açılar qurumlarda şöbəsi.

Fərəc Quliyev:

Deyirəm ki, arzuların olsun çin,
Hər kəlməni düşünürəm mən dərin,
Pənah, sənə deməliyəm afərin,
Çatar sənə AXC-nin töhfəsi.

Pənah Hüseynov:

İş başımdan aşır, xeyli yorğunam,
Həm yorğunam, həm də bir az durğunam,
Mən başqanın təklifinə vurğunam,
Göz önündə AXC-nin lövhəsi.

Digər xəbərlər