PDF Oxu

Köşə

  • 15

Blok yaranmadı, qarşıdurma isə səngimir

Blok yaranmadı, qarşıdurma isə səngimir
Bələdiyyə seçkiləri ərəfəsində ifrat radikallar öz narahatlıqlarını ifrat dərəcədə büruzə verməkdədirlər. Əlbəttə, onların hər biri seçkilərdə uğursuzluqla üzləşdikdən sonra, onlara lazımi şərait yaratmadıqlarını və bu səbəbdən də, məğlubiyyətin acısını duyduqlarını bildirəcəklər. Bu, iki aydan sonra olacaq. Hələlik, seçki ərəfəsində radikallar qarşılıqlı ittihamlara güc verməkdədirlər. Qarşıdurmaya Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov başçılıq edirdilər. Düşmənçiliyin bünövrəsi İ.Qəmbərov AXC-ni bərpa etmək haqda təklif verdikdən sonra qoyulmuşdu. Bundan sonra tərəflər arasında münasibətlər get-gedə gərginləşməyə başlamış və nəticədə məsələ düşmənçilik həddinə çatmışdır.
Radikallar bələdiyyə seçkilərinə birlikdə, yəni qrup halında getmək istəyirlər. Bunun üçün onların hamısı böyük bir blok daxilində birləşməli idilər. Məsləhətləşmə prosesində radikalların bütün qanadları təmsil olunmuşdu. Müzakirələr əvvəl "MMM", daha sonra isə "MƏM" çərçivəsində aparılırdı. Bu proses üç ayadək davam etdi. Ancaq heç bir ümumi nəticə əldə edilmədi. Bundan sonra radikalların bir çoxu küsüb, bloklaşmadan imtina etdi. Sonra referendum məsələsi ortaya çıxdı və radikallar iqtidarın doqquz təşviqat qrupunun qarşısına ikisi ilə çıxdı. Referendum radikalların məğlubiyyəti ilə nəticələndi. Radikalların heç bir təklifi dəstəklənmədi və nəticədə Konstitusiyada 29 dəyişiklik edildi.
Referendumdan sonra blok yarada bilməyən radikallar təşəbbüs qrupunun birində möhkəmlənməyi qət etdilər. Bu, adı qismət dəyişdirilmiş "QRUH" oldu. Ancaq İ.Qəmbərov "Azadlıq" siyasi blokunu rişxənd hədəfinə çevirmək üçün nədənsə AXC-ni bərpa etmək haqda təklif irəli sürdü. Ə.Kərimov belə hesab edir ki, Cəbhə kifayət qədər dağıntıya məruz qalsa da, yenə də Müsavatdan qat-qat güclüdür. Onun fikrincə, AXC-ni bərpa etmək təklifi ilə öz siyasi imicini cəbhəçiləri öz ətrafına toplamaqla artırmaq istəyir.
İ.Qəmbərov AXC-nin bərpası ideyasından çox möhkəm yapışmışdır. Deyəsən, o, doğurdan da, Müsavatın sükanını əlindən buraxdıqdan sonra narazı cəbhəçilərin hamısını, yenidən bərpa ediləcək AXC-nin sədri kimi, öz ətrafına toplamaq niyyətindədir. Bu addımı ilə, o, Ə.Kərimovun ətrafını tamamilə boşaltmağı planlaşdırır. İ.Qəmbərov AXCP-lərə paxıllıqla yanaşmışdır. Müsavatçılar isə son bir neçə ildə yavaş-yavaş onun ətrafından uzaqlaşırdılar. Uzaqlaşanların əksəriyyəti siyasi mübarizəni davam etdirmək üçün ya konstruktiv müxalifətin cərgəsinə qoşulur, ya da öz partiyalarını yaradırdılar. Son vaxtlar Rauf Arifoğlunun "Yeni Müsavat" qəzeti səhifələrində İ.Qəmbərovu ifşa edən yazılarla çıxış etməsi onun siyasi imicinə ağır zərbə vurmuşdu. Odur ki, başqan, doğurdan da, Müsavatın birinci olmaq fikrindən danışmaq qərarı qəbul etmişdi. Son vaxtlar onun 2010-cu ildə keçiriləcəyi nəzərdə tutulan partiya qurultayında sədr postuna namizədliyini irəli sürməyəcəyi haqda verdiyi bəyanatlar bu fikri təsdiq etməkdədir.
İ.Qəmbərovun əvvəllər AXC-nin İdarə Heyətində təmsil olunduğu Ə.Kərimovun yaxşı yadındadır. Ə.Kərimov AXC-yə İ.Qəmbərovdan sonra gəlmişdi. Ancaq onun özü ilə gətirdiyi "Yurd"çular İ.Qəmbərovun "Şimali Azərbaycan Demokratik Partiyası"nın ("ŞADP") üzvlərindən qat-qat çox idi. Tezliklə Ə.Kərimov AXC sədrinin birinci müavini vəzifəsinə yüksəldi. O özünü İ.Qəmbərovdan daha yüksəkdə hiss edirdi. Yəqin ki, İ.Qəmbərov da AXC-nin İdarə Heyətinin üzvü olmaqla uzağa getməyin qeyri-mümkünlüyünü başa düşürdü. Çünki sədrdən sonra ikinci yerdə Ə.Kərimov dururdu və İ.Qəmbərovadək yüksək vəzifəli AXC-çilər çox idi. İ.Qəmbərov isə özünü AXC sədrindən yüksəkdə tuturdu.
1992-ci il 15 may silahlı üsyanından sonra Ayaz Mütəllibovu əvəz etməyə nail olmuş AXC hökuməti İ.Qəmbərovu Ali Sovetin sədri kürsüsünə əyləşdirdi. Bu post prezidentdən sonra ikinci vəzifə hesab edilirdi. İ.Qəmbərov yaxşı başa düşürdü ki, AXC-dəki siyasi nüfuzu ilə növbəti prezident seçkilərində öz namizədliyini irəli sürə bilməyəcəkdir. AXC iqtidarı 1997-ci ildə hakimiyyət dövrünü başa çatdırdı. Prezidentliyə birinci namizəd AXC sədri hesab edilirdi. İ.Qəmbərov Ali Sovetin sədri kürsüsündə otura-otura yaxşı başa düşürdü ki, hər hansı bir partiya sədri postunu tutmasa, Ə.Elçibəyə alternativ olaraq, prezidentliyə namizədliyini irəli sürə bilməyəcəkdir. Bu məqsədlə o, "Yeni Müsavat" partiyasını ələ keçirib, onu Müsavat adlandırırdı və başqanlıq kürsüsündə oturdu. 1992-ci ilin axırları idi.
İ.Qəmbərov bir ildən sonra AXC hakimiyyətinin çökəcəyini bilmirdi. O, 17 il Müsavat başqanı olmuşdu. İ.Qəmbərov gələn il Müsavatın sədri kürsüsünü tərk etmək istəyir. İndi 21 il əvvəl üzvü olduğu AXC-ni bərpa edib, onun sədri postunu tutmaq istəyir. Ə.Kərimov bunun əleyhinədir.

Digər xəbərlər