PDF Oxu

Köşə

  • 13

Mübarizə həmişə maliyyə dəstəyi üstündə köklənirdi

Mübarizə həmişə maliyyə dəstəyi üstündə köklənirdi
Bələdiyyə seçkiləri prosesində radikal qurumlar arasında əsil mübahisənin yaşanacağı gözlənilir. Bu mübahisənin qarşıdurma həddinə çatacağı da istisna edilmir. Bu gün radikalların kütləvi informasiya vasitələrində başladıqları qalmaqallar özünün ən yüksək nöqtəsinə çatmışdır. Gəlin xatırlamağa başlayaq, altı radikal yönlü partiya bələdiyyə seçkilərinə "QRUH" daxilində getmək istəyir. "Altılar" "Demokratiya Uğrunda İttifaq" üzvlərini də öz hərəkatlarına cəlb etmək istəyirlər. Bu, mümkündürmü? Əlbəttə, mümkün deyil.
Məgər "DUİ" ona görəmi yaranıb ki, reytinqcə özündə yüksək partiyaların qurumlarına qoşulsun?  Belə olsaydı, əvvəllər olduğu kimi, "DUİ"-çilər bölünüb ayrı-ayrılıqda yeyilərdilər. Bir vaxt Müsavat indiki "DUİ"-də birləşmiş bir neçə partiyanı özünün "Bizim Azərbaycan" blokunda aldadıb saxlamamışdımı? Həmin partiyalar bunu ancaq seçkilər başa çatdıqdan sonra başa düşüb, dərhal İsa Qəmbərovdan ayrıldılar. O vaxtdan indiki "DUİ"-də birləşən "cırtdan" partiyalar lazımi anda özündən bədgüman radikallar əleyhinə müxtəlif birlik formaları yaratmışdılar.
"Demkonqres", "SİDSUH", "DUH", "MBH", "MKM" və "DSİ" kimi qurumların başında duranlar həmişə İsa Qəmbərov, Etibar Məmmədov, Əli Kərimov və Sərdar Cəlaloğlu olmuşdur. Xaricdən axan qrantları da məhz bunlardan biri və ya ikisi yeyirdi. Bir sözlə, xalqdan və dövlətçilik yolundan sapanların yeganə məqsədləri daha çox xarici vəsaiti qamarlamaq olmuşdu. Bu niyyət isə "cırtdanlar"ın aldadılması nəticəsində mümkün olmuşdu. Atalar demişkən, ayının min bir oyunu bir armud üstündədir. Həimşə radikallar daxilində armudun yaxşısını lider ayı yeyirdi. Belə çıxmırmı ki, dava-dalaş rəhmətlik Molla Nəsrəddinin yorğanı üstündə imiş?
Hər dəfə məğlub olan radikallar növbəti dəfə yenidən bütün müxalifətin başında durmağa can atırdılar. Çünki hər cür küçə yürüşü, mitinq, piket, aclıq aksiyası və boykot taktikası "yüksək məqamda duran" lider azlığına çatırdı. Radikallar ən zəif bloku yaratdıqda belə, əlləri yeni dollar dəstlərinə çatırdı. Göstərdikləri canfəşanlıqlar da məhz pul qazanmaq məqsədinə xidmət edirdi. Çoxlu pul qazanmaq istəyən hər bir radikal lider yaxşı bilir ki, bunun üçün yeganə yol quyruğunu suya sallayıb gözləməkdir. Daha çox pul qazanmaq istəyən radikallar maliyyə dəstəkçiləri qarşısında "blok-blok" oyunu oynayırlar. Blokun adının necə səslənməsindən asılı olmayaraq, pul vəsaiti ancaq ən yüksək pillələri tutan radikal liderlərə verilir. Radikal liderlər də rollarını daha yaxşı oynamaq üçün daha yüksək pillələrə qalxmağa cəhd edirlər.
"Demkonqres"lər dövrü başa çatdıqdan sonra radikallar xarici donorları cəlb etmək məqsədilə "SİDSUH" adlı qurumu yaratmışdılar. Bu qurumun yeddi üzvü vardı.  Qurumda lider kimi təmsil olunmayan AXP sədri Pənah Hüseynov o vaxt özünün "daşatanları" ilə ad çıxarmışdı. "SİDSUH", bütövlükdə, heç bir nailiyyətə imza atmadığından, radikallar "DUBB" və "DUH" kimi qurumlar yaratmalı oldular. Ancaq bu qurumlar heç bir fayda vermədiyindən, tezliklə onları buraxmaq lazım gəldi.
"BMH" yaradılarkən, əlbəttə, onun başında Müsavat, AMİP, AXCP (i) və ADP sədrləri dururdu. Bununla belə, məlum "dördlük" özlərinin yüksək pillədə dayanmalarını sual altında qoymadan, arzu edən hər bir partiyanın quruma qəbuluna şərait yaratmışdı. Bir də ayılıb gördülər ki, "BMH"-yə iyirmidən çox "cırtdan" daxil olub. Radikallar tərəfindən quruma dəvət alan Lalə Hacıyeva "MBH"-ni kolxoz-koorperativ təşkilatı adlandırıb, onun üzvü olmaqdan imtina etmişdir.
Növbəti qurum "MKM" oldu. Yüksək pillədə dayanan "dördlük" "MKM"-nin üzvlərinin sayının on partiyadan çox olmayacağını bildirmişdi. Tezliklə beş partiya məlum "dördlüy"ə qoşuldu. Onuncu üzv AXCP (k)-nin sədri Mirmahmud Fəttayev idi və o, "MKM" sıralarına qoşulmağı lazım bilmədi. O, daha çox "dördlük" əleyhinə köklənmişdi. O vaxt bacardığı yeganə hərəkət qurumun sıralarına qoşulmaq oldu. O vaxt dəbdə olan "dördlük" "MKM"-dən bir fayda götürə bilməyəcəklərini yaxşı başa düşürdü. Xaric onları təcili olaraq Londona çağırdı. Onlar da "MKM"-i işlək halda qoyub, gizli surətdə Böyük Britaniya paytaxtına getdilər.
"Dördlük" Londonda "DSİ" adlı qurum yaratsa da, qurumun vahid namizədini müəyyənləşdirə bilmədilər. Buraxılmamış "MKM"-in ikinci dairəsi "beşlik" üzvləri yerlərində sakit oturub, hadisələrin gedişinin necə cərəyan edəcəyini gözlədilər. Onların "gözləməkdən gözlərinin kökü saralsa da" "DSİ" üzvləri seçkilərədək problemlərinin həllini başa çatdıra bilmədi.

Digər xəbərlər