PDF Oxu

Köşə

  • 11

Bələdiyyə seçkiləri əvvəlki qaydada keçiriləcək

Bələdiyyə seçkiləri əvvəlki qaydada keçiriləcək
 Blok halında bələdiyyə seçkilərinə gedə bilməyən radikallar ayrı-ayrı qruplardan tramplin kimi istifadə etmək istəyirlər. Yəni onlar payızda keçiriləcək bələdiyyə seçkilərinə lQRUH", lDUİ", lAzadlıq" siyasi bloku və ayrı-ayrı partiyalar daxilində getmək fikrinə düşüblər. Ola bilər ki, lMMH" ideyası həvəskarları öz fəaliyyətlərini gücləndirməklə onlara maneçilik törətsinlər. Ancaq bələdiyyə seçkilərində iştirak etməyəcək partiyalar da çoxdur. Eldar Namazovun lANİF"-i və islam partiyası bu sıradadır.
       ADP sədri, yəqin ki, ya lQRUH" daxilində, ya da, müstəqil surətdə bələdiyyə seçkilərinə gedəcək. O, indidən respublika üzrə namizədlər tapacağına inanmır. Ancaq Sərdar Cəlaloğlu maraqlı bir ideya irəli sürür. Deyir ki, Azərbaycan üzrə bütün bələdiyyələrin başçısı seçilsəydi, o, məmnuniyyətlə qolunu çirməyib, bu post uğrunda şəxsən özü mübarizə aparardı. Ancaq hələ ki, respublikamızın bütün şəhər və rayonlarında əvvəlki qaydada bələdiyyə seçkiləri keçirilir və heç bir başqanlıq postundan söhbət açmaq yerinə düşməzdi.
       Yaşlı və orta nəsil yaxşı xatırlayar ki, sovet dövründə milis idarələri hətta həbsxanadan çıxanları, sərxoşları və özləri üçün səfil həyat tərzi seçənləri də idarə və müəssisələrdə işə düzəldərdilər ki, bu adamlar alın təri axıdaraq, zəhmət haqqı qazansınlar. Bu cür mənfi əyyaş obrazlardan birini filmdə Yuri Nikulin oynamışdı. Ona zavodda çilingər, tornaçı, bir sözlə, hansı peşəni təklif edirlərsə, əyyaş deyir ki, bu işlər xoşuma gəlmir, ancaq material üzrə anbardar qoysaydınız, məmnuniyyətlə bu vəzifənin öhdəsindən gələrdim. İndi, konkret olaraq, bələdiyyə seçkilərinin keçirildiyi bir vaxtda ADP sədri S.Cəlaloğlu misalımızdakı film obrazı kimi bələdiyyələrin başçısı üzrə seçkilər keçirilsəydi, lməmnuniyyətlə namizədliyimi irəli sürərdim" deyir.
       1992-ci ilin yayında Ə.Vəzirov və A.Mütəllibova qarşı mübarizə aparıb, qısa müddətliyinə hakimiyyət kürsüsünə yiyələnənlər artıq başa düşməyə başlamışlar ki, bundan sonra bir daha hakimiyyət kürsüsünü görmək və idarə etmək onlara nəsib olmayacaqdır. Odur ki, yavaş-yavaş nisbətən kiçik vəzifələri gözaltı etməyə başlamışlar. S.Cəlaloğlunun bələdiyyə başçısı vəzifəsinə göz dikməsi bunun bariz nümunəsi ola bilər. Sözsüz ki, bələdiyyə başqanı seçkiləri keçirilsəydi, onlarla uğursuz radikal siyasətçilər bu postu tutmaq uğrunda bir-birilərinə aman verməzdilər. Necə deyərlər, karın könlündəki. Daha bir neçə ilin sabitlik şəraitində keçəcəyi təqdirdə, radikal liderlər, hətta mənzil-istismar sahələrinin rəisi postlarına da göz dikməli olacaqlar. Konstruktiv müxalifət isə öz fəaliyyətini dövlətçiliyin qorunmasına və xalq naminə işləməyə yönəltmişdir. Radikallar isə yuxarıdan gedə-gedə, aşağıdan da məhrum olmuşlar. Əli aşından imtina edənin, Vəli aşından fayda götürəcəyi şübhə doğurardı.
       Bu gün radikalların sabaha heç bir ümidlərinin olmaması dərəbəylik dövrünün 16 ilin dərinliyində qalması ilə əlaqədardır. 16 il əvvəl ümummilli lider tərəfindən qoyulan dövlətçiliyin bünövrəsi bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilməkdədir.
       Dövlətçilik ənənələri möhkəmləndikcə, onun qorunması sahəsində də mühüm addımlar atılır. Son vaxtlar referendum yolu ilə Konstitusiyanın 29 maddəsində dəyişiklik edilməsi vacib amil olduğu üçün xalq iqtidarın bu təklifini yekdilliklə qəbul etdi. Bu da daxili sabitliyin davam etdirilməsinə təminat deməkdir.
       Ölkə daxilində sabitliyi qoruyan amil əhalinin işlə təminatının yaxşılaşması, geniş tələbat mallarının ucuzluğu, şəhər və rayonları quruculuq-abadlıq işlərinin dairəsinin genişlənməsi, təhsil və səhiyyə sahələrində mühüm irəliləyişlərə nail olunmasıdır. Ölkə Prezidentinin daim xalqa arxalanması, xalqın güzəranının daha da yaxşılaşdırılması sahəsində geniş irəliləyişlərə nail olması daim xalqın diqqət mərkəzindədir. Gözü tərəzi olan xalq kimin necə idarə etməsini yaxşı görür və dəqiq ayırd edir. Xalqla Prezident arasındakı vəhdət qırılmaz olaraq qalmaqdadır. Heç bir başqa üsul və vasitə onu əvəzləməyə qadir deyil.
       Vəziyyəti günü-gündən ağırlaşan radikallar həm xarici dəstəkçiləri, həm də həmkarlarının etimadsızlıqları ilə üzləşmişlər. Əgər birincilər onları nahaq yerə maliyyələşdirmək istəmirlərsə, ikincilər isə öz liderlərindən uzaqlaşıb, konstruktiv mövqeli müxalifətçilərə qoşulurlar. Bununla da, radikalların sayı getdikcə azalmağa başlayır. Belə gedərsə, radikallar tezliklə diz çökməli olacaqlar.

Digər xəbərlər