PDF Oxu

Köşə

  • 12

Radikallar seçkilərə blok halında getmək istəyirmiş

Radikallar seçkilərə blok halında getmək istəyirmiş
Radikalların bələdiyyə seçkilərinə maraqlarının az olmasının səbəbi məlum oldu. Onların bələdiyyə seçkilərindən üz çevirmələrinin səbəbi gözlənilməz deyildi. Təsəvvür edin, hər bir partiyaya seçkilərdə iştirak etmək hüququ verilir. Bu, o deməkdir ki, hər bir radikal partiya 40 min nəfər namizəd irəli sürmək hüququna malik olur. Gəlin etiraf edək: haradadı onlarda bu qədər üzv? Namizədi irəli sürmək adi rəsmilikdir. Bununla yanaşı, onların hər birinin sənədi müvafiq seçki komissiyalarına təqdim edilməlidir. Qısaca desək, radikalların heç birində bu potensial olmadığından, sinələrini qabağa verməyə cürət etmirlər.
Bu seçkilərdə yerlərdəki bələdiyyələrin saylarının azalması nəzərdə tutulsa da, bu seçkilərdə bilavasitə iştirak edənlər o qədər də az olmayacaq. Bələdiyyə seçkilərində namizədlə iştirak etmək dəstəkçilərin çoxluğu deməkdir. Odur ki, bu seçkilərdə çox az radikallar iştirak edəcəkdir. ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, partiya kimi bələdiyyə seçkilərində iştirak etmək çox çətindir. O, belə hesab edir ki, bütün müxalifətin namizədləri blok və ya toplum şəklində bələdiyyə seçkilərinə gedərsə, nəticələr daha effektli olar. Bunun üçün isə Seçki Məcəlləsinin müvafiq maddəsində dəyişiklik edilməlidir. Bu il seçkilər köhnə qaydada keçiriləcək. Radikallar az iştirak edəcək. Bəlkə də bu, onların xeyrinədir. Onsuz da, uduzacaqdılar.
Əgər radikallar seçkilərdə birlik halında iştirak etmək istəyirlərsə, o zaman gərək gözəl və sanballı bir təklif hazırlayıb Seçki Məcəlləsində dəyişiklik edilməsi üçün təqdim etsinlər. Ancaq təəssüf ki, vaxt çatıb, vədə yetişəndə yenə də əllərindən tutarlı bir iş çıxmayacaq. Bu seçkilərdə bloklaşma alınmadı. Növbəti parlament seçkiləri gələn ilin payızında keçiriləcək. Bəlkə radikallar o vaxtadək vahid bir blokda birləşməyə nail oldular. Son iki ilin təcrübəsi əks mövqe sərgiləməyimizi tövsiyə etsə də, gəlin bu fikrə inanaq. Radikallar əvvəl "MMM" daxilində xeyli iş apardılar. Sonra nəzərlərini "MƏM" üzərinə yönəltdilər. Bunun ardınca "Altılar" adı altında manipuliyasiya etdilər. Lakin bundan bir nəticə hasil olmadı.
Müzakirələr o qədər uzandı ki, referendum seçkiləri yaxınlaşdı. Radikallar konstitusiyada 29 dəyişiklik aparılması üçün referendum seçkilərinə "QRUH" daxilində getdilər. Onların başlıca niyyəti 101-ci maddənin qəbuluna maneçilik törətmək olsa da, əhali 29 dəyişikliyin hamısını qəbul etdi. Bundan sonra radikalların dişlərində bir növ şirə qaldı. Onların bir çoxu 2009-cu il bələdiyyə və 2010-cu il parlament seçkilərinə "QRUH" daxilində getməyin vacibliyini ön plana çıxardılar. Qurum üzvləri bu yöndə güclü təbliğat apardılar. Təklif əks effekt verdi.
"QRUH" ideyasının puçluğunu ilk olaraq "DUİ"-çilər ortaya atdılar. Təzyiqə dözməyən "QRUH"-çular bir-birinin ardınca geriyə çəkilməyə başladılar. Bununla da, bu ideya fiaskoya uğradı. Müsavat "DUİ" və "Azadlıq" siyasi blokunun meydanda qaldığı bir vaxtda, nəyin bahasına olursa-olsun, yeni bir blokun yaradılmasına imza etacağını bildirib. Xatırladırıq ki, "ASF" "üçlüyü və "DSF" "otuz beşliy"i qarşıdurmasından sonra "Uğur" blokunda qərarlaşmış Müsavat həmkarları Ə.Kərimov və S.Cəlaloğlu ilə 5-6 yarımçıq piket keçirməyə nail olmuşdu. Bundan sonra onlara kütləvi aksiya keçirmək icazəsi verildi.
"Uğur"dan sonrakı qurum "Azadlıq" seçki bloku idi. Üzvlər "Uğur"dakı "üçlük" idi. 2005-ci il 6 noyabr parlament seçkilərində müsavat bir neçə mandat qazanmışdı. Ə.Kərimov, S.Cəlaloğlu, L.Hacıyeva radikalları qazandıqları mandatdan imtina etməyə çağırdılar. İ.Qəmbərov partiyadaşlarının Milli Məclisdə təmsil olunduqlarını bildirdi və bloku tərk etdi. Ə.Kərimov və S.Cəlaloğlunun köməyinə Lalə Hacıyeva və Əli Əliyev gəldi. Bu "dördlük" "Azadlıq" siyasi blokunun yarandığını elan etdi.
Blok daxilində "dördlüy"ün əməkdaşlığının ömrü bir o qədər də uzun olmadı. Tezliklə Rəsul Quliyev əleyhinə açıq təbliğat aparan S.Cəlaloğlu blokdan kənarlaşdırıldı. "Azadlıq"da Ə.Kərimov, L.Hacıyeva və Ə.Əliyev "üçlüy"ü qaldı. Blokdan kənar özünü narahat hiss edən İ.Qəmbərov AXC ideyasının gerçəkləşdirilməsi üzərində baş sındırmağa başladı. "DUİ" dərhal reaksiya verib, "MMH"-nin bərpası məsələsini ortaya atdı. Bu da qarşıdurmanın davam etdirilməsi deməkdir. Bu biri tərəfdən də İ.Qəmbərov əleyhinə Ə.Kərimov - R.Arifoğlu dueti çıxmaqdadır.

Digər xəbərlər