Radikal cinahda canlanma müşahidə edilmir
İfrat radikal mövqeli müxalif partiya funksionerlərinin bəziləri yay tətilinə çıxıblar. Ancaq elə partiya da var ki, qapısını bağlayıb, üzvlərin hamısını yay istirahətinə göndərib. Yay məzuniyyəti və ya tətili 1 avqustdan 15 sentyabradək nəzərdə tutulub. Ancaq müxalifətçilərin bəziləri cari işlərlə məşğuldurlar. Elələri də var ki, bələdiyyə seçkilərində iştirak etməyəcək. lAİDP"-nin bələdiyyə seçkilərinin perspektivliyinə şübhə ilə yanaşdığını yazmışdıq. Digər ifrat radikalların da bu seçkilərdə iştirak edəcəkləri haqda bəyanatları gecikməkdədir.
Görünür, lAzadlıq" bloku üzvləri və Müsavat partiyası funksionerləri bələdiyyə seçkilərinə barmaqarası yanaşırlar. Buna baxmayaraq, bu partiyalarda bələdiyyə seçkilərində iştirak etmək istəyənlər kifayət qədər çoxdur. Ancaq başqan İ.Qəmbərovun qərarsızlığı və nəhayət, naməlum səbəblərdən paytaxtı tərk etməsi onların fikirlərinin gerçəkləşməsinə mane olur. Müsavat ekspertlərinin fikrincə, İ.Qəmbərovun yoxa çıxmasının səbəbi xarici maliyyə dəstəkçilərinin ağızlarını aramasıdır. Əgər onlar maliyyə qoyuluşu edəcəklərsə, başqan, nə az-nə çox, məhz həmin pul müqabilində iş görər.
Deyirik qoy İ.Qəmbərov öz qənaətini möhkəmləndirməkdə olsun, görək, digər radikallar nə iş görür? İfratçıların bəziləri bələdiyyə seçkilərinə lQRUH" daxilində getmək istəyir. Bu mövqe tərəfdarlarının dəqiq ideoloji konsepsiyaları məlum olmasa da, onlar fikirlərində israrlıdırlar. Bir müddət əvvəl İ.Qəmbərovun AXC-ni bərpa etmək məqsədi maliyyə dəstəkçilərini ruhlandırmağa istiqamətləndirilmişdi. Elə maliyyə dəstəkçiləri də onun bu niyyətini başa düşmüşdülər. Bu təklifi daha çox dəstəkləyən partiyalar öz sayları ilə diqqəti cəlb edəcəkdilər. İ.Qəmbərov isə Avropa liberallarından başqa, həm də digər maliyyəçiləri təminat hədəfinə alacaqdı.
Ancaq tarixin təkəri yenə də qeyri-ixtiyari geri çevrilmişdi. Yəni İ.Qəmbərovun quru yerdə qalması və ya bir qara quruş da qazanmaması üçün əleyhdarları yeni bir ssenari ilə çıxış etdilər. Müsavat başqanının ən qatı əleyhdarının lKAXCP" sədri Mirmahmud Fəttayev olduğunu bildirmişdik. Bir daha təkrar edirik ki, lKAXCP" sədri mütəmadi olaraq, İ.Qəmbərova badalaq gəlmişdi. O, bu dəfə də başqana tutarlı cavab vermişdi. Birincisi, AXC-nin bərpasının faydasızlığı haqda kifayət qədər təşviqat aparmağa və təklif əleyhdarlarının sayının artmasına nail olmuşdu. Bunun ardınca isə M.Fəttayev İ.Qəmbərova sarsıdıcı zərbə endirmişdir. Yəni lKAXCP" sədri AXC-nin bərpa edilməsinə qarşı sabiq lMilli Müqavimət Hərəkatı"nın yaranması təklifini ortaya atmışdı.
İ.Qəmbərovun AXC-nin bərpa olunması təklifi ictimaidən çox, fərdi xarakter daşımaqdadır. Çünki əleyhdarları sübut etmişlər ki, köhnə qurumu yaratmaqla heç kəsi zorla onun tərkibinə daxil etmək olmaz. Bütün radikallar könüllü surətdə yeni yaradılacaq AXC-nin tərkibinə daxil olsalar da, qurumun işini fəallaşdırmaq qeyri-mümkündür. Səbəb 1994-cü ildən etibarən ölkədə sabitliyin dönməz hal almasıdır. Bəs lMMH"-ni bərpa etmək istəyində olanlar nə fikirləşir? Bəlkə lMilli Müqavimət Hərəkatı"nı yaratmaqla radikalların elektoratının sayını artırmaq nəzərdə tutur? Əlbəttə, yox!
İstər AXC-nin, istərsə də, lMMH"-nin bərpa edilməsi ilə onsuz da çökmüş SSRİ-ni dirçəldib yenidən çökdürmək mümkün olmayacaqdır. Radikallar, sadəcə olaraq, daha çox maliyyə dəstəyi qazanmaq yarışına girişiblər. lAzadlıq" blokunun zəifləməsi ilə radikal cinahda yalnız Müsavatın qaldığı ehtimal edilir. Müsavat da öz güclülüyünü sübut etmək üçün yeni-yeni ideyalarla çıxış etmək xəyalına düşüb. lDUİ"-çilər isə Müsavatı cilovlamaq üçün radikal cinahı təəccübləndirmək eşqinə düşüb. Nəticədə radikal cinahda irəliləyiş müşahidə edilmir. Çünki biri ayağa qalxanda, o biri rəqibinin ayağından dartıb aşağı salmağa cəhd edir.
Bu cür qarşıdurmalar bəzi radikal fikirliləri bələdiyyə seçkilərində iştirak etməkdən çəkindirməkdədir. Son günlər lANİF" prezidenti Eldar Namazov təmsilçisi olduğu qurumun bələdiyyə seçkilərində iştirak etməyəcəyini bildirib. E.Namazov lANİF"-in yalnız seçicilərin aktivləşdirilməsi ilə bağlı tədbirlərdə iştirak edəcəyini bildirib. Sözsüz ki, bu aktivliyin onların xeyrinə yönəldiləcəyi təqdirdə. E.Namazov hazırda heç bir siyasi blokda təmsil olunmadığını və yaxın vaxtlarda bu fikrə düşməyəcəyini bildirib. lANİF"-in həmkar qurumlarla yeni əməkdaşlığı səkkiz aydan sonra mümkün olacaqdır. E.Namazov gələn ilin payızında keçiriləcək parlament seçkilərində təmsil olunmaq üçün hazırlığa yalnız gələn ilin aprelindən sonra başlayacaqdır.