PDF Oxu

Köşə

  • 15

O vaxt çox az adam böhrandan çıxacağımıza ümid edirdi

O vaxt çox az adam böhrandan çıxacağımıza ümid edirdi
Bizi 1993-cü il 4 iyun hadisələrindən 16 il ayırır. Bu tarix AXC-Müsavat iqtidarının iflasına səbəb oldu. Meyvəni qurd içərisindən yediyi kimi, Əbülfəz Elçibəy iqtidarını da onun səriştəsiz ətrafı çökdürmüşdü. Hakimiyyət təmsilçiləri nə edəcəklərini bilmirdilər. Gəncə hadisələrindən sonra AXC-Müsavat iqtidarı nümayəndələrinin fikirlərində ikitirəlik yaranmışdı. Onların bir qrupu Surət Hüseynovla danışıqlar aparmağı, ikinci qrupu isə, Gəncədəki əsgər və zabitləri qiyamçı adlandırıb, onlara qarşı hərbi qüvvə tətbiq etməyi təklif edirdi.
İsa Qəmbərov və Pənah Hüseynov güc tətbiq etməyin tərəfdarı idilər. Ə.Elçibəy də başda olmaqla digər iqtidar təmsilçiləri ölkədə vətəndaş müharibəsinin başlanmasını istəmirdilər. Həmin vaxt respublikanın bir qrup ziyalı Naxçıvan MR-in Ali Sovetinin Sədri Heydər Əliyevə müraciət edərək, onun paytaxta gəlməsini xahiş edirdilər. AXC-Müsavat iqtidarı nümayəndələri də bu çağırışa qoşuldular.
Azərbaycanın üzərini qara buludların aldığı bir vaxtda, yəni iyunun 9-da ümummilli lider Heydər Əliyev paytaxta qayıtdı. O, böyük şəxsiyyətin özü Gəncəyə gedib gərginliyin yumşaldılmasına nail oldu. Bundan sonra proseslər sakit məcrada davam edib, dincliklə başa çatdı. Ancaq iyunun 17-də məlum oldu ki, prezidentlik postu laxlayan Ə.Elçibəy başının dəstəsi ilə yoxa çıxıb. Tezliklə onun sorağı Kələkidən gəldi. Bu, postu atıb qaçmaq demək idi. Onu təkrar-təkrar çağırsalar da, Ə.Elçibəy "Kələkinin prezidenti" titulunu üstün tutdu.
Ümummilli liderin paytaxta qayıdışı Azərbaycanın ən azı 5-6 dövlətə parçalanmasının qarşısını aldı. AXC-Müsavat hökuməti isə bir illik hakimiyyəti ərzində ancaq şəxsi mənafeyinə üstünlük verirdi. Əlbəttə, hökumətin mənafeyinin müdafiə olunmasına yox, özlərinin mənafeyini düşünür və ciblərini doldurmağa çalışırdılar. Onların biabırçı surətdə aradan çıxmaları xüsusi söhbətin mövzusudur.
Ümummilli lider hər bir işə sıfırdan başlamalı oldu. İlk növbədə Ə.Elçibəyin etimadı məsələsinə baxıldı. Ümumxalq səsverməsi zamanı əhali Ə.Elçibəyə etimadsızlıq göstərdi. Növbəti prezident seçkilərində ümummilli lider üstünlük qazandı. Bu böyük şəxsiyyət prezident kürsüsünü tutduqdan sonra Azərbaycan Respublikasının Konstitusiyasını ümumxalq səsevrməsinə təqdim etdi. Ancaq konstitusiya qəbul edildikdən sonra ölkədə sabitlik yarandı. Təxribat törədənlər başa düşdülər ki, bəd əməllərinin cəzasını çəkməyə məhkumdurlar.
AXC-Müsavat iqtidarı dövründə təxribatlar dövlət səviyyəsində törədilir və xalqa heç bir məlumat verilmirdi. Ancaq bir çox mətləblər xalqın nəzərindən yayınmırdı. Qəribə cəhət o idi ki, hər bir AXC-Müsavat məmuru, hətta icra hakimiyyəti strukturları rüşvətxorluğu adi hala çevirirdilər. Ə.Elçibəy də televiziya müsahibələrində "rüşvət alırsınız, insafla alın" deyir, korrupsiyaya qurşananlar isə, prezidentlərinin bu cür müraciətlərinə dişlərini ağartmaqla cavab verirdilər.
AXC-Müsavat iqtidarı hakimiyyətinin bir ili ərzində nə konstitusiya qəbul etmək, nə də hüquq-mühafizə orqanlarının fəaliyyətində dönüş yaratmaq haqda düşünmədi. Nəticədə ara qarışıb, məzhəb itdi. Onların bir illik hakimiyyətləri ərzində Azərbaycanın iqtisadiyyatı çökdü. Bu çökümdən sonra, bayaq qeyd etdiyimiz ki, AXC-Müsavat iqtidarı təmsilçiləri qaçıb-dağılmaqla canlarını qurtarmaq qayğısına qaldılar. Onlar elə gizlənmişdilər ki, gizləndikləri yerdə hətta qulaqları da görünmürdü.
Xalqımız 15 İyun Qurtuluş Gününü öz tarixi bayramı kimi qeyd edir, ümümmilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı bu və ya digər ölkənin tapdağına çevirmək istəyən təxribatçıların qarşısını almağa müvəffəq oldu. Qəribə cəhət o idi ki, ölkədə hökm sürən sabitlik, hətta bir çox keçmiş AXC-Müsavat iqtidarı nümayəndələrinə "vətəndaş sülhü" şüarı ilə paytaxta qayıdaraq, öz partiyalarında fəaliyyətlərini davam etdirmək şəraiti yaratdı.
Ümümmilli liderin növbəti addımları da dövrün tələblərinə uyğun idi. O, 1994-cü ilin 12 mayında ermənilərlə Bişkek razılaşması imzalayıb, atəşkəsə nail oldu. Bundan sonra O, dünyanın bir çox ölkələrini işgüzar kampaniyaları ilə məşhur "Əsrin müqaviləsi"ni imzaladı, Avropa, Asiya və Amerika ölklərinin invertorlarının Azərbaycanda fəaliyyət göstərmələrinə şərait yaratdı. Bu da son nəticədə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsinə və Azərbaycana külli miqdarda gəlir gətirməsinə səbəb oldu. Ümummilli lider qeyri-neft sahələrinin də inkişafına diqqət ayırırdı. Ölkəmizin bugünkü səviyyədə inkişafının səbəbi Heydər Əliyev ideyalarının gerçəkliyə qovuşması ilə əlaqədardır.

Digər xəbərlər