Bəli, əla deyimdir. Başqa bir yandan da, "ATƏT-in üç yalançısı" deyimi elə bu yerdə əməllicə yerinə "oturur". Çünki ATƏT deyilən lazımsız qurum yenə qanımızı qaraltmaqla məşğuldur. Mən bilən adamın abır-həyasının olması faktı təkcə Şərqə aid olan bir mentalitet dəyəri deyil yəqin ki. Böyük inkişaf və sivilizasiya məkanı olan Qərbin də bu mənada hansısa bir kriteriyası, filanı var. Amma 17 ildir ki, Dağlıq Qarabağ probleminin həll olunmasını öhdəsinə götürən ATƏT-in Minsk Qrupunun üzvlərində abır-həyadan əsər-əlamət belə yoxdur. Bu adamlar neçə illərdir ki, qərəzi mövqeləri ilə azərbaycanlılara aqressivlik göstərirlər. Torpağı işğal olunan biz, milyonlarla qaçqını olan biz, qız-gəlini əsir düşüb yesir olan, qocalı-uşaqlı sakinlərinin qırılıb diri-diri odda yandırıldığı tərəf biz, bu fransız müsyö Bernar Fasye də başlayıb ki, bəs yenə siz GÜZƏŞTƏ GETMƏLİSİNİZ! Nəyi ə, nəyi güzəştə gedim? Bəlkə Fransa öz torpağından ermənilərə muxtariyyət versin, hə? Mən bilən Fransada yaşayan ermənilər fransızların sayına çatıblar və onlar da deyəcəklər ki, bizə muxtariyyət verin. VERİN DƏ! Pah atonnan, yenə adamda abır-həya məsələsi gəlib ortalığa çıxdı. Gör kim-kimi güzəştə çağırır. Həm də adamı yandıran odur ki, gör Dağlıq Qarabağ məsələsini kimlər "həll edir"!
Bu müsyö Fasyeni öz ölkəsində adi diplomat kimi tanımırlar, bu da gəlib bizə oyun göstərir. Elə bütün taqsırlar bizim özümüzdədir. Bunları mətbuatda bir-iki dəfə biabır elə. Nə vaxtdan öz evində belə adam yerinə qoyulmayan, ölkəsində bir nəfər tərəfindən də olsun diplomat kimi tanınmayan bu ATƏT "muşketyorları" Qarabağ boyda məsələni həll etməyə "təyinat" alıblar? Sözsüz ki, bütün bunlar bizə qarşı aparılan oyunların tərkib hissəsidir. Məni ən çox qəzəbləndirən odur ki, bu Qərb ölkələri taleyüklü məsələlərimizə qarşı əsil təhqirdir. Bu "mavi diplomat" ordusu elə hesab edir ki, bəs bu proseslər məhz onlşarın dediyi kimi olacaq və Azərbaycan cəmiyyəti onlar nə dedisə, onu da qəbul edəcək. Hop-hop, müsyö Fasye, mister Brayza və yoldaş Merzlyakov, bu, qətiyyən belə deyil. Çünki siz başdan- ayağa fırıldaq içində olanlarsınız və qəti şəkildə də deyirəm ki, sizə Dağlıq Qarabağ məsələsinin həlli heç sərf eləmir. Bu təkcə ona görə belə deyil ki, sizin ölkənizin ox kimi gözümüzə girən strateji maraqları bunu qəbul etmir, bu, həm də ona görə belədir ki, məhz sizin özünüz hər ayda paçka-paçka aldığınız dollarların birdəfəlik kəsilməsindən qorxursunuz.
Budur, Praqada Prezidentlərin danışıqlar aparmasından sonra, bu yandan Fasye bizimlə əməlli-başlı məzələnməyə başlayıb. Deyir ki, Dağlıq Qarabağ məsələsi böyük maşina bənzəyir və əgər onun mühərriki işləmirsə, təkərlərinin saz olması heç nəyi dəyişmir. (Bizim bəzi "sovrımenni" vətəndaşlarımız mühərrik cümləsini anlamırlar, ona görə deyirəm ki, "sovrımenni" cənablar, Azərbaycan dilində mühərrik rus dilində motor mənasını verir.) Yəni Fasye demək istəyir ki, maşının motoru sazdırsa belə, onun təkərlərinin xarab olması hər şeyi alt-üstü edir. Lənət şeytana, ağlımdan tamam başqa bir fikir keçdi, yox-yox, bunu yazmayacağam. Amma deyəsən, Fasye qarışıq bütün AT+ƏT həmsədrlərinin "motoru" yanıb kül olub və başlarına hava gəlib. Əgər bu Fasye Dağlıq Qarabağı təkərləri yiyilmiş maşına bənzədirsə, onda bütün Avropanın liderlərinin Nikolya Sarkozi qarışıq gecə yatağında işə yaramayan" adlandırmaq daha "prestijni" alınır! Bunlar bütünlüklə dünyanı ədalətsizliklə və vəhşi iqtisadi maraqları üçün istifadə etməyə can atan insanlardır. Öz maraqları üçün nəyə desən gedərlər. Hamısı bir bezin qırağıdırlar. Ağ Evi də, Yelisey Sarayı da, Kraliça İqamətgahı da. Avropa, sözün əsil mənasında, indiki günlərdə özünün ən rüsvayçı və əclaf dövrünü yaşayır.
ABŞ nüvə bombası bəhanəsi ilə İraqa soxulub böyük mədəniyyət paytaxtı olan Bağdadı qan gölünə çevirəndə, "Taliban"ı məhv etmək adı altında acından torpaq yeyən, pultla idarə olunan televizor cəhənnəmə, heç Nuh əyyamından qalan radionun üzünü görməyən sadə əfqanları biçənək kimi qırıb çatanda, harda idi və indinin özündə belə HARDADIR BU "MƏDƏNİ AVROPA CƏNABLARI"? Fasyedən və onun həmkarlarından zəndi-zəhləm getsə də, deməliyəm ki, son açıqlamaları ilə Fasye "maviləşən" bütün Avropa diplomatiyasının iç-üzünü töküb ortaya qoydu. Bunun dərsini isə biz götürməliyik. Avropa diplomatiyası fransız həmsədrin dili ilə özünün istəyini ortaya qoyur və işğalçı Serj Sarkisyan da tam əmindir ki, Bakı neftinə susayan, Azərbaycanın Rusiya ilə kəlmə kəsməsinə belə təşfişlə baxan avropalılar, məhz Hayastanın dediyini deyəcəklər.
Bax, çox adi, AMMA BÖYÜK HƏQİQƏT burada axtarılmalıdır. Ermənilər arxalarını möhkəm bağlayıblar Parisin, Londonun, Berlinin, Vaşinqtonun maliyyə-siyasi dairələrinə və istədiklərini də edirlər. Vəssalam. Acından ölən Ermənistanın ipə-sapa yatmaması bununla bağlıdır. Bunlar açıqca Azərbaycandan ədalətsiz sülhə "hə" deməsini istəyirlər. Bəli, Avropa XXI əsrin əvvələrində Azərbaycana bu mövqeni sərgiləyir. Onların Qafqaz diplomatiyası sırf Parisdəki elitar madumazelləri tumarlayaraq dedikləri intim sözlər üzərində qurulub. Ona görə də, bir kəlmə: gəlin AT+ƏT-in yalançılarına inanmayaq. Ümidimiz ancaq ÖZÜMÜZƏDİR!