PDF Oxu

Köşə

  • 21

Nazim İmanov da partiya yaradır

Nazim İmanov da partiya yaradır
Nazim İmanov (AMİP), Hicran Fərzəliyeva (Ədalət), İbrahim Vəliyev (AXCP (i)) İlham İsmayıl (Müsavat), İlqar Məmmədov (AMİP), Cümşüd Nuriyev (VHP) və daha 14 nəfər bir araya gəlmişdir. Bunların hamısı vaxtilə mənsub olduqları partiyanı tərk etmiş şəxsiyyətlərdir. Bir vaxt onların bəziləri getmişdi. İndi bir araya gəlib, yeni partiya yaratmaq və öz varlıqlarını sübut etmək üçün radikallarla əks cəbhədə siyasi mübarizə aparmaq eşqinə düşmüşlər.
Onlar xoş bir may günündə Nazim İmanovun bağ evində toplaşıb yeni yaradacaqları partiyanın konturlarını cızmaqla məşğuldurlar. Bu məsləhətləşmədən sonra onlar hərəkətə keçib, radikal düşərgədə müşahidə edilən süstlüyü, ağır ab-havanı və qeyri-müəyyənliyi öz fəallıqları ilə aradan qaldırmaq istəyirlər. "İyirmilər"in başlıca məqsədləri odur ki, yaradacaqları partiyanın fəaliyyətini tənzimləyən güc mərkəzinin əsasını qoysunlar.
"İyirmilər" iyunun 19-da keçirəcəkləri görüşdə ümumi razılıq əldə edib, nəticələr haqda ictimaiyyətə məlumat verəcəklər. Onların hər biri vaxtilə mənsub olduqları partiyaların funksionerləri arasında təşviqat xarakterli çıxışlar edib, tanışlarını sədrləri əleyhinə qaldırmaq istəyirlər. Belə zənn edirlər ki, bu təlatüm keçirmiş həmkarlarının onların sıralarına qoşulmalarına zəmin yaradacaqdır. Onlardan ilk növbədə AMİP, Ədalət, AXCP (i), Müsavat və VHP kimi partiya liderləri ehtiyat etməlidir.
Yeni partiya yaradanlar nədənsə, Etibar Məmmədov, İlyas İsmayılov, Əli Kərimov, İsa Qəmbərov və Sabir Rüstəmxanlıya qarşı qərəzli mövqedə dayanmışlar. Onlar öz fikirlərini bu cür izah edirlər ki, vaxtilə sıralarını tərk etdikləri partiyaların fəaliyyətində passivlik müşahidə edilməkdədir. Elə həmin partiyalar da, passivliyin daşını atmaq üçün, əsasən, "Qarabağ və Respublika Uğrunda Hərəkat"da möhkəmlənərək, yeni ideyalarını gerçəkləşdirməyə çalışırlar.
Özlərini radikal qurumların ön cərgəsində hesab edənlərin ideyaları müxalifətin müxtəlif dairələrində təmsil olunanlar tərəfindən birmənalı qarşılanmır. Radikallar çalışırlar ki, vahid koordinasiya mərkəzi yaradıb, "QRUH" ətrafında yaranacaq blokun fəaliyyətini tənzimləsinlər. Radikallar bu bloka əlavə üzvlər qəbul etməyəcəklər. "DUİ" və AMİP-ə gəldikdə, bnların bloka qəbulunu qeyri-mümkün hesab edirlər. Blok üzvlərinin məhdud sayda olması siyasi fəaliyyətlə məşğul olanları alternativ qurum yaratmağa sövq edir. Haqqında söhbət gedən radikallar "Azadlıq" bloku və Müsavat liderlərindən ibarətdir. Onlar bu gün də özlərini müxalifətin başında hiss edirlər. Özləri də həyasızlıqla bəyan edirlər ki, blokun sıralarına əlavə qəbul olmayacaqdır.
Haqqında söhbət gedən radikallardan üçü - Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov və ADP-nin o vaxtkı baş katibi Sərdar Cəlaloğlu 2003-cü il 15 oktyabr prezident seçkiləri ərəfəsində qəflətən "Azad Seçki Forumu" yaradıb, özlərini onun yeganə dəyişməz liderləri elan etmişdilər. Özləri də deyirdilər ki, heç bir əlavə partiya onların yanında yer tuta bilməz. Onların bu bəyanatları 35 müxalifət partiyasının qəzəbinə səbəb oldu. Dərhal "Demokratik Seçki Forumu" yaradan "35-lər" "ASF"-ni tapımaq istəmədiklərini bildirdilər. Nəticədə məlum "üçlər" "ASF"-ni ləğv etmək məcburiyyətində qaldı. Sonralar onlar "Uğur" blokunda birləşdilər.
İndi "Azadlıq" bloku və Müsavat partiyası bələdiyyə seçkilərindən əvvəl "ASF" dövründəki bəyanata oxşar bir bəyanat vermişdir. Bu da digər müxalif partiyaların onların əleyhinə çıxmalarına zəmin yaradır. Artıq 30-dək "cırtdan" partiya yeni blok yaradıb, radikallar əleyhinə mübarizəyə qalxmışdır. Vaxtilə bu və ya digər radikal partiyanın sıralarını tərk etmiş ayrı-ayrı funksionerlərin ən azı 20 nəfəri birləşib, radikal partiyaların hər birindən daha güclü bir partiya yaratmaq istəyir. Bu, 50-yədək partiya və qurumun mübarizəsidir. Konstruktiv mövqedə duran 10-lara partiya və qurum da öz sözünü deməyə hazırlaşır. Çətin ki, bir ovuc radikal mövqeli şəxs bu təzyiqin önündə duruş gətirə bilsin.

Digər xəbərlər