PDF Oxu

Köşə

  • 16

Əli Kərimovun ətrafındakı dairə daralır

Əli Kərimovun ətrafındakı dairə daralır
AXCP (i) daxilində qarşıdurma yüksələn xətlə inkişaf etməkdədir. Əli Kərimov sədr kimi nüfuzunu itirdikcə, partiya daxilində kadr axını daha geniş vüsət almaqdadır. Fuad Mustafayevin evində keçirilən yığıncaqda Ə.Kərimovun partiyanın parçalanmasında ev sahibini ittiham etməsi son illərdə AXCP (i) sıralarını tərk edən funksionerlərin əsəblərini tarıma çəkmişdir. Onlar Ə.Kərimovun cavabını verməyin vaxtının yetişdiyini etiraf etmişlər.
Bu məqsədlə mayın 6-da Qulamhüseyn Əlibəyli, Fərəc Quliyev, Asim Mollazadə, Fazil Qəzənfəroğlu, Əli Məsimov, Zəlimxan Məmmədli və digərləri Asim Mollazadənin bağ evinə yığışaraq yığıncaq keçirməyi lazım bilmişlər. Toplaşanlar uzun illər ərzində Cəbhənin məhz Ə.Kərimovun naqis fəaliyyəti ucbatından parçalanaraq, onlarla tərkib hissələrinə ayrılmasının real şahidlərinə çevrildiklərini bildirmişlər. Odur ki, gündəlikdə duran başlıca məsələ Ə.Kərimovun, nəyin bahasına olursa-olsun, AXCP (i) sədrliyindən uzaqlaşdırılması olmuşdur.
6 may yığıncağı iştirakçıları Ə.Kərimovun Ə.Elçibəyçilik ideologiyasını məhv etdiyini bildirmişlər. Onlar AXCP (i) sədri postundan dördəlli yapışan Ə.Kərimovun həbs edilməsinin mümkünlüyünü də qeyd etmişlər. Adları çəkilən şəxslər deputat mandatlarından istifadə edərək, Milli Məclisin yığıncaqlarından birində Ə.Kərimovun dağıdıcı fəaliyyətini müzakirə edib, ona hüquqi qiymət verməyin mümkünlüyünü bildirmişlər. Xatırladırıq ki, Fuad Mustafayev, Gözəl Bayramova, Bahəddin Həziyev, Fuad Qəhrəmanlı və daha bir neçə AXCP (i) funksioneri millət vəkillərinə Ə.Kərimovun yarıtmaz fəaliyyətindən şikayət etmişlər.
Ə.Kərimovdan və Mirmahmud Fəttayevdən ayrıldıqdan sonra öz müstəqil partiyalarını yaradan Q.Əliyev, A.Mollazadə, Ə.Kərimovdan partiyaya vurduğu maddi zəhərə görə 1 milyon manat ödəməyi tələb etmişlər. Bir çoxları Ə.Kərimovda bu qədər pul olmadığını bildirsələr də, AXCP (i) sədrinin yalnız paytaxtda dörd mənzili olduğunu bilənlər də çoxdur. Deyilənə görə, Ə.Kərimovun "Neftçilər", "Nərimanov", "Elmlər Akademiyası" metrostansiyaları yaxınlığında yaraşlıqlı mənzilləri, Novxanı bağlarında isə böyük bir villası vardır. Ə.Kərimovun opponentləri onun şəxsi mülkiyyətinin satışa çıxarılmasının mümkünlüyünü qeyd edirlər.
Ə.Kərimov əleyhinə fəallığın artması AXCP (i) sədrinin fəaliyyətini məhdudlaşdırır və partiya sıralarını tərk edən funksionerlərin qarşısını almaqda ona mane olur. Bununla belə, Ə.Kərimov 9 il əvvəl olduğu kimi, yenə də ambisiyalarını işə keçirmək niyyəti ilə alışıb-yanmaqdadır. Bir vaxt o, Ə.Elçibəyin birinci müavini olduğu üçün, onun ölümündən sonra, sədrliyə ancaq özünün layiq olduğunu bildirirdi. Nəticədə onunla razılaşmayan Mirmahmud Fəttayev və Qüdrət Həsənquliyev ondan uzaqlaşdılar. Bununla da, Cəbhənin parçalanmasına start verildi.
Həmkarlarının əleyhinə qruplaşması Ə.Kərimovun daxili narazılığını artırsa da, o, üzdə özünü nikbin göstərməyə və rəqiblərini tam gücü ilə dəf etməyə hazır olduğunu bildirir. Opponentlərinin çıxışlarına cavab olaraq, Ə.Kərimov deyib ki, onları kimlərin mənim əleyhimə qaldırdığı haqda əlimdə təkzibedilməz faktlar var. Daha sonra o, üzünü bədxahlarına tutaraq, "Cəbhəni mən yox, siz dağıtdınız" deyə qeyzlə bildirmişdir. Əleyhdarlarının onu məhkəməyə verəcəkləri halda, Ə.Kərimov, məhkəmədə onların iddialarının əsassız olduğunu sübut edəcəyini bildirmişdir.
Beləliklə, Ə.Kərimovun ətrafındakı halqa get-gedə daha da daralır. Sədr nə qədər əsəb gərginliyi keçirsə də, reallıq reallıq olaraq qalmaqdadır. Ə.Kərimovun barışmaz mövqe tutmaqda davam etməsi uduzmaq məqamları yaşamasına işarədir. Bir məddət bu cür davam edəcəyi təqdirdə, Ə.Kərimov, doğrudan da, funksionerlərsiz sədr adını alacaqdır. Hətta bundan sonra da, o, hansısa radikal birliyin yaranması üçün var qüvvəsini əsirgəməyəcəkdir.
Ə.Kərimovu, həqiqətən, Cəbhəni dağıtmaqda ittiham edənlər xarici qrantlara baş əyməyin acı nəticələrini təfərrüfatı ilə dərk edirlər. Onlar yaxşı bilirlər ki, xalqa arxalanıb konstruktiv olmaq, xarici qrant yeyib radikal olmaqdan qat-qat yaxşıdır. Çünki köçəri quş qiyafəli xaric gedərgidi. Xalqla işləmək isə onların tale nəsibidir. Xalq konstruktivçilərin toya getməli olduqları faktıyla razılaşsalar da, radikallara həmişə divan tuta bilər.

Digər xəbərlər