Müsavat və “KAXCP” birgə bələdiyyə seçkilərinə gedəcək
Müsavat başqanı İsa Qəmbərov və "KAXCP" sədri Mirmahmud Fəttayev uzun illər ərzində bir-birilərinə düşmən münasibətdə olmuşlar. Hər dəfə də İ.Qəmbərov M.Fəttayevin səmimiyyətindən istifadə edib, onu pis vəziyyətdə qoymuşdur. Deyəsən, onların hər ikisi keçmişi unudub, barışmaq istəyirlər. Onların arasında vasitəçilik etməyi AXP sədri Pənah Hüseynov öz üzərinə götürmüşdür. Onun təhriki ilə tərəflər aprelin 27-də Müsavat qərargahında görüşmüşlər.
P.Hüseynov İ.Qəmbərov və M.Fəttayevə qonaqlıq verib. Tərəflər qucaqlaşıb öpüşüb barışdıqdan sonra gündəliyə konkret bir məsələ gətiriblər. Həmin məsələ Müsavat və "KAXCP"-nin birgə bələdiyyə seçkilərinə qatılmalarıdır. İ.Qəmbərov bu birliyin bir daha pozulmayacağını bildirib və M.Fəttayevlə işləməyin xoş olduğunu bəyan edir.
İ.Qəmbərov həmkarlarının qarşısına belə bir şərt qoyub ki, Müsavat və "KAXCP"-nin birgə işləməsi üçün "Azadlıq" partiyasının sədri Əhməd Oruc "DUİ"-nin sıralarından uzaqlaşdırılmalıdır. M.Fəttayev həmkarlarının şərtini qəbul etmişdir. Məsələni bu qədər ciddiyyətlə və sərt şəkildə qoyması sübut edir ki, Ə.Oruc İ.Qəmbərov üçün çox ciddi rəqibdir. Nəsə, "KAXCP" sədri bu məsələdə saman eşələyib dərinə getmək istəməmişdir.
İ.Qəmbərov may ayında M.Fəttayevi onunla birlikdə iğtişaşlar, sui-qəsdlər və təxribatlar törətməyə çağırıb. Təxribat planları demək olar ki, işləyib-hazırdanmışdır. Mayın 1-i üçün şəhərə bir neçə maşın daş və şüşə parçaları gətirilmişdir. İ.Qəmbərov icazəsiz keçirməyi nəzərdə tutduğu iğtişaşları 1, 9 və 28 mayda keçirməyi nəzərdə tutur. Pulla tutulacaq muzdlu dəstələrə Arif Hacıyev başçılıq edəcəkdir.
Göründüyü kimi, İ.Qəmbərov öz təxribat əməllərini məhz əlamətdar günlərdə keçirməyi nəzərdə tutur. Mayın 1-i sovetlər dövründə zəhmətkeşlərin həmrəylik günü kimi bayram edilirdi. Həmin gün Azərbaycan kommunistləri nümayiş keçirməyi nəzərdə tuturlar. İ.Qəmbərovun qatılmağının və eləcə də "KAXCP" sədrini nümayişə cəlb etməyinin əcəb məqamıdır. Maliyyə məsələsi Avropa liberalları tərəfindən yerinə yetiriləcək. Mayın 1-də nümayiş təşkilatçılarının seksual azlıqları meydana çıxarması Avropa liberallarının proqramı ilə üst-üstə düşərdi. Birbaşa belələrinin hüquqlarını müdafiə etmək bu qurumun ürəyincə olardı.
Eyni plan 9 May Qələbə Günü də təkrarlana bilər. Növbəti təxribatlar mayın 28-də Azərbaycan Demokratik Respublikasının ildönümü günü keçirilə bilər. Ancaq Azərbaycan hüquqi dövlətdir və İ.Qəmbərov kimilərinin istənilən üsyan və iğtişaşlarının qarşısını almağa hazırdır. İ.Qəmbərovun ilk təxribatının qarşısı 2003-cü il 15 oktyabr prezident seçkilərindən bir gün sonra hüquq-mühafizə əməkdaşları tərəfindən uğurla alınmışdı.
İ.Qəmbərovun M.Fəttayevi bələdiyyə seçkilərində birgə iştirak etməyə dəvət etməsi maraqlı təklifdir. Yaxşı olardı ki, Müsavat başqanı başlıca diqqəti məhz bələdiyyə seçkilərinin keçirilməsinə yönəldəydi. Daha yaxşı olardı ki, o, birgə fəaliyyətə yalnız M.Fəttayevlə yox, həm də digər ifrat radikalları da qoşaydı. Bələdiyyə seçkiləri vacib seçkidir və radikalların seçildikdən sonra qollarını çırmayıb işləmələri yerinə düşərdi. Elə ictimaiyyət nümayəndələri də bu yöndə radikallardan təpər gözləməkdədir.
Buyurun "bəylər", bələdiyyə seçkilərində səmimiyyətlə iştirak edin ki, parlament seçkiləri zamanı seçicilər bələdiyyələrdəki uğurlarınıza və ya uğursuzluqlarınıza istinad edə bilməsinlər. Bələdiyyə seçkilərində üz ağartsanız uğurlarınız get-gedə reallaşıb gözə görünən həddə çata bilər.
Bələdiyyələr xalqa xidmətin ilk pilləsidir və bu pilləni keçməyənlər parlament və prezident seçkilərində seçici etimadından məhrum olacaqlar. Demokratik quruluş bələdiyyələrin fəaliyyətinə şərait yaradırsa, hər bir demokratiya tərəfdarı bu seçkilərə rəğbətlə yanaşmalıdır. İfratçılar bələdiyyə seçkilərinə barmaqarası yanaşdıqlarından, özləri də daim seçicilər tərəfindən barmaq arasına alınırlar.