PDF Oxu

Köşə

  • 11

Rəsul Quliyev partiyasını fəallaşdırmaq istəyir

Rəsul Quliyev partiyasını fəallaşdırmaq istəyir
Rəsul Quliyevin liderlik və Akif Şahbazovun sədrlik etdiyi "Açıq Cəmiyyət Partiyası", son bir il ərzində, maliyyə sıxıntısı keçirirdi. Sədr-lider və sədr-funksioner münasibətlərində yaranan qarşıdurma və soyuqluq isə, məhz bu səbəbdən intişar tapırdı. Ötən saylarımızda gedən yazılarımızdan birində bu haqda yazmışdıq. Ümumiyyətlə, maliyyə çatışmazlığı həmişə araya narazılıq toxumu səpir. İş o yerə çatmışdı ki, hətta Aydın Quliyev liberal mövqeli partiya yaratmaq istəyirdi. Partiyadaxili parçalanma həmişə böhrana aparır və böhran vaxtı heç kəs bildiyini babasına vermir.
Doğrudan da, R.Quliyev son vaxtlar partiyasının maliyyə vəsaitini dayandırmışdı. Ancaq aldığımız məlumata görə R.Quliyev gələn ildən etibarən "ACP"-nin maliyyə durumunu yenidən bərpa edəcəyini bildirir. hazırda Avstriyada olan R.Quliyev A.Şahbazova belə bir mesaj göndərmişdir ki, mayın 1-də Azərbaycan Kommunist Partiyasının zəhmətkeşlərin həmrəylik gününə həsr etdikləri nümayişdə iştirak etsin. O, bu məqsədlə ilkin xərc kimi partiyaya 10 min dollar göndərmişdir.
"ACP"-nin kommunistlərin nümayişində iştirak etməsi R.Quliyevin nəyinə lazımdır. Bayaq dedik ki, R.Quliyev Avstriyadadır. Məlum olduğu kimi, Avropanın bu ölkəsində kommunistlərin fəaliyyətinə diqqət verilir. R.Quliyev də Avstriya rəsmilərinin xoşuna gəlmək üçün öz partiyasını 1 may nümayişinə çıxarmaq istəyir. 1999-cu ildə R.Quliyev Avstriyanın neft şirkətlərinə 300 milyon dollar məbləğində investisiya qoymuşdu. Bir il sonra məlum oldu ki, R.Quliyevin pulları batmaq təhlükəsindədir. Görünür, neft şirkətinin işində əngəllər yaranmışdır.
Son 10 il ərzində Avstriya neft şirkəti R.Quliyevə cəmi 20 milyon dollar qaytarmışdır. Son vaxtlar R.Quliyev təcili olaraq Avstriyaya çağrılmışdır. Ona neft şirkətinin yenidən işə başladığı bildirilmiş və R.Quliyevə pullarının qalanını investisiya kimi yenidən neft şirkətinə qoymağı məsləhət görmüşlər. R.Quliyev bu təklifi qəbul etmişdir. İlkin pay bölgüsü 5 faiz həddindədir. R.Quliyev tezliklə çoxlu pul qazanacağını gözləyir. O, A.Şahbazova belə bir mesaj göndərmişdir ki, bir il ərzində banklardan kredit götürüb, partiyanın fəaliyyətini gücləndirsin. O, Avstriya neft şirkətindən gələn gəlirdən borclarının qaytarılmasına göndərəcəyinə söz vermişdir.
R.Quliyev A.Şahbazova xəbər göndərib ki, Etibar Məmmədovu da kommunistlərin 1 may nümayişinə cəlb etsin. AMİP liderinin razılaşacağı təqdirdə, R.Quliyev ona 10 min dollar göndərəcək. May nümayişindən sonra R.Quliyev başlıca diqqəti "AXC"-nin münasib bir blokda fəaliyyət göstərməsini arzu edir. başlıca diqqət "ACP"-nin E.Məmmədovun AMİP-i, İlyas İsmayılovun Ədalət partiyası ilə bir blokda birləşməsinə yönəldilib. Yaxın və ya uzaq gələcəkdə isə bu partiyaların birləşməsi məsələsi müzakirə oluna bilər.
"ACP"-nin son durumu çox sönük olmuşdu. A.Şahbazov partiyanın maliyyə durumunu dalana dirəyən R.Quliyevlə hesablaşmaq istəmirdi. "ACP" parçalanma təhlükəsi qarşısında idi. R.Quliyevin partiyanı maliyyələşdirməyə başlaması "ACP" funksionerlərində ruh yüksəkliyi oyatmışdı. O ki qaldı AMİP və Ədalət partiyasına, düzü, ölkədəki siyasi sabitlik onları əldən-dildən salmışdır.
E.Məmmədov 4 il əvvəl sədrlikdən istefa verib, AMİP lideri postuna yüksəldikdən sonra Əli Əliyev partiyanı parçaladı. Ondan sonra E.Məmmədov AMİP-in qalan hissəsinə Ayaz Rüstəmov sədrlik etdi. Elə ki, ondan şübhələndilər, A.Rüstəmov istefa verib getdi. E.Məmmədov indiyədək AMİP-ə sədr tapa bilmir.
İlyas İsmayılovun Ədalətində bir ədalətlik qalmayıb. Ancaq İlyas bəy heç R.Quliyevin təklif etdiyi blokun da nəyəsə qadir olacağına inanmır. Onun siyasət aləmində öz düşüncəsi, öz anlamı var. İ.İsmayılov belə hesab edir ki, Azərbaycan müxalifətinin yeganə xilas yolu "SİDSUH"-u yenidən bərpa edib, onun sıralarında təmsil olunmaqdır.

Digər xəbərlər