PDF Oxu

Köşə

  • 16

“Azadlıq” bloku iflas astanasında

“Azadlıq” bloku iflas astanasında
Radikal qurumlarda qarşıdurmalar bir-birilərinə ötürülür. Əvvəl Mirmahmud Fəttayev bütün radikal partiyalara etiraz əlaməti olaraq, özünün "DUİ"-sini yaratmışdır. Onun "DUİ"-si radikallara kifayət qədər maneçilik törətmiş və nəticədə heç bir ciddi blok yaratmağa nail olunmamışdır.
Son bir neçə ildə radikal liderlər iri blok yaratmağa nail olmayıblar. Sadəcə olaraq, hər biri "Azadlıq" blokunda manevr etməklə vəzifələrini bitmiş hesab etdilər. Blok yarananda üzvləri Müsavat, AXCP (i) və ADP-dən ibarət idi. 2005-ci il 6 noyabr parlament seçkilərindən sonra Müsavat "Azadlıq" blokunun sıralarını tərk etməli oldu. Çünki "Azadlığ"ın digər iki üzvü - ADP və AXCP (i) Müsavat funksionerlərindən qazandıqları mandatdan imtina etməyi tələb edirdi.
Müsavatın deputat mandatı qazanmış funksionerləri Milli Məclisin yığıncaqlarında iştirak etməyə üstünlük verdiklərindən blokun sıralarını tərk etməli olmuşlar. "Azadlıq" blokunda Müsavatın yerini MBH" və "VİP" tutmuşdur. "MBH" lideri Lalə Hacıyeva qazandığı mandatdan imtina etdiyi üçün Ə.Kərimov və S.Cəlaloğlu onu gülər üzlə qarşılamışlar. "VİP" sədri Əli Əliyevin isə "ömür billah" mandatı olmamışdı.
Blokdaxili manevr bununla başa çatmamışdır. Növbəti hədəf ADP-nin baş katibi Sərdar Cəlaloğlu olmuşdur. Ə.Kərimov və L.Hacıyeva S.Cəlaloğlunu sədrinə xəyanətdə suçlu bilib blokdan kənarlaşdırmağı lazım bilmişlər. S.Cəlaloğlu R.Quliyev əleyhinə təbliğat aparmağa başlamışdı. R.Quliyev 2005-ci il 17 oktyabrda Bakıya qayıtmaqda cəsarətsizlik göstərdiyi üçün S.Cəlaloğlu onu ADP sədrliyindən uzaqlaşdırmaq istəyirdi. Blokdan uzaqlaşdırılmaq ərəfəsində, o, R.Quliyevin bir neçə sirrini açmışdı. Kimin xoşuna gəlirsə-gəlsin, bu, blokdaxili reallıq idi.
Qarşıdurmalar heç bir radikal partiyadan yan ötməmişdi. AXCP (i) daxilində Ə.Kərimov və Q.Əlibəyli arasında baş vermiş qarşıdurma ikincinin partiyanı tərk etməsinə və "Aydınlar" adlı partiya yaratmasına səbəb olmuşdur. "MBH" lideri Lalə Hacıyeva Əvəz Temirxanla əməlli-başlı qarşıdurma məqamları yaşamışlar. Müsavat daxilində də qarşıdurmalar səngimir. Ən böyük narazılıq İ.Qəmbərovla R.Arifoğlu arasında baş vermişdir. Yəni bu cür qarşıdurmalar radikallar daxilində baş alıb gedir və heç biri də bundan sığortalanmayıb.
Sözümüzün canı "Azadlıq" blokunun bugünkü durumundadır. Ə.Kərimov, L.Hacıyeva və Ə.Əliyev ağızları köpüklənə-köpüklənə "Azadlığ"ın kifayət qədər olmasından danışırdılar. Ancaq bədbəxtlik hərlənib-fırlanıb onların möhkəm dedikləri blokun da qapısını döydü. Bu gün blokun üç üzvü arasında didişmə gedir. Deyilənə görə, Ə.Kərimov həmkarlarına atıb. L.Hacıyeva və Ə.Əliyev xeyli araşdırma apardıqdan sonra bəzi mətləblər üzə çıxmışdır.
Məlum olduğu kimi, blokun Sədrlər Şurasına L.Hacıyeva rəhbərlik edir. Ancaq Ə.Kərimov özünü bu qurumun başçısı sayı. "Azadlıq" blokunun "Respublika və Qarabağ Uğrunda Hərəkat" adlı təşviqat qrupu var idi. "Soros" fondu bu təşviqat qrupunun fonduna 200 min dollar köçürmüşdür. Həmin məbləğdən 24 min dollar qalmışdı. Qalanını Ə.Kərimov öz ata malı kimi mənimsəmişdi. VİP" sədri və "MBH" lideri Ə.Kərimovun pulu qaytarmayacağı təqdirdə, onlan ayrılacaqlarını bəyan ediblər. Ə.Kərimov pulu qaytarmayacağını bildirib. Dediyinə görə, pulları müavini Fuad Mustafayevdə bölüşdürüb xərcləyib.
Beləliklə, "Azadlıq" blokunda yaranan qarşıdurma hər an dərinləşməkdədir. Ə.Kərimovun həmkarları ilə razılaşmayacağı təqdirdə, "Azadlıq" bloku bu tərkibdə fəaliyyətinə yenidən baxa bilər. İflas qaçılmazdır.

Digər xəbərlər