PDF Oxu

Köşə

  • 12

Radikalları çaşdıran sabitliyin dönməzliyidir

Radikalları çaşdıran sabitliyin dönməzliyidir
Radikal düşərgədə baş verən qarşıdurmalar, bilavasitə, uzun illər ərzində ölkədə hökm sürməkdə olan sabit durumla əlaqədardır. Radikallara 1988-1993-cü illərin xaos və dərəbəylik dövrü hava və su kimi lazımdır. Ancaq həmin məşum beş il ərzində 20 Yanvar, Xocalı soyqırımı, 7 rayonun, yəni torpaqlarımızın 20 faizinin işğalı və bir milyonadək əhalinin doğma yurd-yuvalarından didərgin düşməsi baş vermişdir. Əgər hazırda ifrat radikalizm mövqeyindən çıxış edən AXC iqtidarı 1992-ci ilin mayından 1993-cü ilin iyununadək torpaqların işğaldan azad edilməsi yönündə cüzi bir iş görə bilsəydi, bunu təqdir etmək olardı.
Hakimiyyətdə olduğu bir il ərzində AXC iqtidarının dövlətçiliyin möhkəmlənməsi yönündə real bir fəaliyyət göstərə bilməməsi, bu hökumətin təxribatlarda, bilavasitə, əlinin olmasına dəlalət edir. Azərbaycanda sabitlik Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və AXC iqtidarı hakimiyyətdən getdikdən sonra bərpa edilməyə başlamışdır.
Bunun üçün müxalifət də Azərbaycan xalqı kimi ümummilli lider Heydər Əliyevin 15 iyun Qayıdışına minnətdar olmalıdır. 1993-1997-ci illərdə Kələkidə mövqe tutmuş AXC iqtidarı 1997-ci ilin payızında dillərində "vətəndaş sülhü" ifadəsi paytaxta qayıtdıqdan sonra ölkədə yeni müstəqil Konstitusiya fəaliyyət göstərir və sabitlik hökm sürürdü.
Əlbəttə, paytaxtdakı sabitlik ab-havası radikalların xoşuna gəlmədi. Ancaq bununla belə taleləri ilə barışıb, 2003-cü il prezident seçkilərini ümidlə gözləməyə başladılar. Ancaq yaratdıqları "BMH", "MKM" və "DSİ" kimi qurumların köməyi ilə, çox arzu etsələr də, sabitliyi poza bilmədilər. Ancaq başa düşdülər ki, bundan sonra heç vaxt sabitliyi pozmağa nail olmayacaqlar. 2003-cü il 15-16 oktyabrda onlar işlək qanunçuluq mexanizmi ilə üzləşmişdilər. Radikallar 2005-ci il 6 noyabr parlament seçkilərində də özlərinə gələ bilmədilər.
İfrat radikalizmin çat verməsi daxili parçalanmanın nəticəsi kimi üzə çıxmışdı. Bu gün bütün radikal partiyalar problemlər məngənəsində çapalamaqdadırlar. Avropa liberallarına sığınıb qazanc əldə etmək istəyən İ.Qəmbərov artıq onlarla Müsavat funksionerinin Rauf Arifoğlu səmtinə getməsini izləməklə kifayətlənməkdədir. R.Arifoğlu isə keçmiş "Yeni Müsavat" partiyasını bərpa etməklə bələdiyyə və parlament seçkilərinə qoşulmaq istəyir. Həmkarlarının dediklərinə görə işləri bir o qədər pis getmir.
Etibar Məmmədov 2005-ci il dekabr qərarından sonra AMİP-ini heç cür dirçəltməyə nail olmur. Çünki dörd il əvvəl olduğu kimi, bu gün də kütlələrin fəallığı müşahidə edilmir ki, E.Məmmədov 20 il əvvəl olduğu kimi, ortaya atılıb kütlələri öz ardınca aparsın. AMİP "VİP" tərkib hissəsinə ayrıldıqdan sonra özünə hətta yeni sədr də tapa bilmir.
"MBH" lideri Lalə Hacıyeva o qədər yuxarı baxdı ki, nəticədə ayaqları altında nə ALP-ni, nə də binəva Əvəz Temirxanı görmür. Bu cür davam edəcəyi təqdirdə, yaxın bir-iki ildə "MBH" də ALP kimi arxiv tullantısına çevrilə bilər.
AXCP-nin bir neçə hissəyə parçalanmasının real şahidi olan Əli Kərimov öz AXCP (i)-sində bir yığın "Yurd"çusu ilə qalmışdır. Ancaq Qulamhüseyn Əliyev "Aydınlar" partiyasını yaratdıqdan sonra qalan "Yurd"çular da məqsədyönlü şəkildə dağılışıb getməkdədirlər. Naəlac qalan Ə.Kərimov isə qeyri-iradi Hafiz Hacıyevlə aralarında yaşanan qalmaqalı Nəsimi məhkəməsində həll etməyə girişməli olmuşdur. AXCP (i) sədri H.Hacıyevin başçılıq etdiyi "Müasir Müsavat" qəzetində ardcıl surətdə gedən köhnə qalmaqalı hətta böyük xərc çəkmək bahasına səngitmək istəyir. Qarşı tərəf isə geri çəkilmək fikrində olmadığını bildirir.

Digər xəbərlər