PDF Oxu

Köşə

  • 8

Ermənilər “soyqırım” pərdəsi arxasında gizlənməyə cəhd edirlər

Ermənilər “soyqırım” pərdəsi arxasında gizlənməyə cəhd edirlər
Ermənilərin mövcudluqları boyu özlərini məzlum millət kimi qələmə vermələri yenilik deyil. Ermənilərə xristian dövlətləri içərisində yaşamaq heç vaxt nəsib olmamışdır. Onların çürük mənəviyyatına bələdə olan heç bir xristian xalqı və milləti ermənilərlə qonşuluq şəraitində yaşamaq istəməmişdir. Qısa müddət ərzində hər hansı bir ölkədə yaşayan ermənilər "yer mənim" deyib torpaqlara göz dikdiklərindən, onlara erməni azğın adı verilmişdir.
Bəzi xristian ölkələrinin maraqlı siyasətçiləri bu bədnam haykları türklər əhatəsində yaşamağa və müharibələr zamanı onlara fayda gətirməyə məcbur etmişlər. Türk torpaqlarını mənimsəmək istəyən ermənilər dindaşlarının bu qərarı ilə razılaşmışlar. Xoş niyyətli türklər həmişə artıb çoxalmış, bədnam, xain və paxıl ermənilərdə isə heç vaxt artım müşahidə edilməmişdir. Bu minusu aradan qaldırmaq istəyən ermənilər qızlarını başqa millətlərə ərə verməklə, ana qanını əsas götürüb, saylarını artırmağın qayğısına qalmışlar.
Osmanlı imperiyasının süqut mərhələsinə qədəm qoyması bəzi xristian ölkələrində erməniləri Cənubi Qafqazda yerləşdirmək fikri oyatmışdır. Türklərin güclü vaxtlarında onlarla yaltaqlanmaqla özlərini sığortalayan ruslar türklərin ağır vaxtlarında onlara arxadan zərbələr endirmişlər. Ermənilərin Cənubi Qafqazda yerləşdirilməsinin digər səbəbi Azərbaycanda, İranda və ətraf bölgələrdə möhkəmlənmiş Şah İsmayılın, Təhmasibin, Şah Abbasın, Nadir Şahın, Ağa Məhəmməd Şah Qacarın öz ərazilərini xristianlardan, xüsusən, ruslardan mərdliklə qorumaları olmuşdur. Rusların qüdrətli Pyotru Nadir Şahın qabağında söz deyə bilmirdi, Boris Qodunov isə Şah Abbasın məktubunu öpüb gözünün üstünə qoyurdu. Yalnız XIX əsrdə Qacarlar Rusiya imperiyasını çox böyük itkilərə məruz qoymuşdular. Ruslar yalnız XX əsrin birinci rübündə İranda Qacarların yerinə şah rejimini tətbiq etməklə, təhlükəsizliklərini təmin etməli olmuşlar.
Ruslarla Qacarlar arasında gedən yorucu müharibələr 1828-ci ildə "Türkmənçay" müqavisəsi ilə başa çatmışdır. Bundan sonra ermənilərin Cənubi Qafqaza axını başladı. Ermənilər yaltaqlanaraq Azərbaycanın bütün bölgələrinə yayıldılar. Rusiyada bolşevizm geniş vüsət aldıqdan sonra Bakıda yaşayan ermənilərin yadına türklərə nifrət etdikləri düşdü. Onlar 1918-ci ilin martında başıpozuq Rusiya silahlılarına qoşularaq Bakıda, Şamaxıda, Qubada dinc azərbaycanlılara divan tutmağa başladılar. İki həftə ərzində 30 mindən çox dinc azərbaycanlılar qətlə yetirildilər. Şamaxının özündə, kəndlərində və bir çox rayonların kəndlərində əhali tamamilə məhv edilmişdi.
Bundan sonra ermənilərin yalançı soyqırıma məruz qalmaları haqda bəyanatlar verməkdə davam etmələri, sadəcə olaraq, gerçəkləşməmiş bir sıra iddialarını gerçəkləşdirmək niyyətindən irəli gəlir. Onların başlıca istəkləri ərazilərini Azərbaycan torpaqlarının hesabına artırmaqdır. Nəhayət, onlar erməniçiliyin süqutuna qədər Türkiyə hökumətindən təzminat alaraq yaşamaq istəyirlər.
Sovetlərin çökümündən sonra keçmiş sovet məmurları ermənilərlə birləşərək əleyhimizə mübarizə aparmağı lazım bildilər. Nəticədə DQMV-də ermənilərin üsyanı genişləndi. 1989-1992-ci illər arasında hakimiyyət kürsüsündə Moskvanın diqtəsi ilə işləyən Ə.Vəzirov və A.Mütəllibov xalqının və dövlətçiliyinin ziddinə getmişdir. Nəticədə 1990-cı il Bakı qırğını - 20 Yanvar faciəsi baş verdi. Daha sonra Kəlbəcər, Qubadlı, Laçın, Cəbrayıl, Füzuli, Ağdam rayonları düşmənə təhvil verildi. 26 fevral Xocalı qırğını və 8 may Şuşanın işğalı Kremlpərəstliyin kökünü kəsdi.
1992-ci ildə A.Mütəllibovla qarşıdurma zəminində AXC-çilər əks həmləyə keçdilər. 1992-ci il 15 mayda A.Mütəllibov AXC-çilərin qabağından qaçdı. Ancaq AXC-çilərin bir illik hakimiyyətləri dövründə ermənilər üzərində qələbə əldə edilmədi. İşğalın dairəsi isə bir qədər də genişləndi. Ermənilərə qarşı əsil mübarizə bundan sonra başlandı.

Digər xəbərlər