PDF Oxu

Köşə

  • 19

Ağ Ev, ehtiyatlı ol!

Ağ Ev, ehtiyatlı ol!
Bonapart Napoleon deyirdi ki, qadınlar əsgərlər üçün əyləncə, avaralar üçün vaxt keçirmək vasitəsi, hökmdarlar üçünsə əsil tələdir. Bax, bu ABŞ prezidenti Barak Obama qadın kimi diplomatiya işlədən və daima siranuşları "qabağa verən" ermənilərin qarmağına keçib. Düzdür, cənab Obama erməni gözəlləri ilə hələ də səyahət etməyə vaxt tapmayıb. (Obama dayı, birdən Bill Klintonun Monika xala ilə yaşadığı eşq həyatını xatırlayasan, ha! Bax, sonra fısdırığı pis çıxar, demə ki, demədik.- M.) Amma bu ermənilərin kişiləri ilə qadınları arasında fərq yoxdur axı. Deyirəm uşaqlıqdan ata üzü görməyən bu Obama da ABŞ prezidentliyinin dadını əməllicə çıxarmadı ki. Gələn kimi dünyanı maliyyə böhranı bürüdü, dollar pis günə qaldı. Elə bil, bütün qəzavü-qədər bu kişinin baxtına düşdü. Əslində, ermənilər ABŞ prezidentindən istədiklərini niyə tələb etməməlidirlər ki? Bu Obama dayı seçkilər ərəfəsində elə vədlər verib ki, indi onların əzabını çəkir. Yadınızdadır da, deyirdi ki, prezident seçiləcəyi təqdirdə, ermənilərin "soyqırımını" diqqətdə saxlayacaq. Bəlkə də mister Obama seçkilər ərəfəsində prezident seçiləcəyini heç ağlına da gətirməyibmiş. Fikirləşib ki, qarabala hara, cah-cəlallı, dünyanı idarə edən Ağ Ev sarayı hara? Ona görə də yumub gözlərini başlayıb ermənilərə vədlər verməyə. Xüsusilə, prezident seçkiləri ərəfəsində özündən əvvəlki prezidentliyə namizədlər kimi bu da düşünüb ki, yəqin erməni disasporunun səsini alıb seçkiləri udacaq, sonrasına Allah Kərimdir də. Amma mister Barak bilmirdi ki, bunların əlindən qurtulmayacaq qədər fəlakətli bir cəncələ düşüb. Kim bu vaxta qədər erməni diasporunun əlindən qurutula bilib ki? Heç kim! 1980-ci illərdə Avropadakı türk diplomatlarını qırıb çatan erməni "ASALA"-sı heç kəsdə hayıf qoymayıb. Bilmirəm, ermənilərin ABŞ-dakı lobbiləri Obama üçün seçki ərəfəsində nə qədər xərcləyiblər, amma bu nəqddir ki, erməni diasporu hazırkı məqamda Obama administrasiyasından "erməni soyqırım"ı haqqında qərar qəbul olunmasını tələb edir. Artıq onların Konqresdə və Senatda bu yöndə iş apardıqları da bildirilir. Yəni nə vəd vermisiniz, yerinə yetirin. Amma bir məsələ də var ki, bu kifayət qədər çətin və ağır məsələdir. Çünki nə Barak Obama, nə də "erməni soyqırımı aktının" taleyinin əlində olduğu deyilən dövlət katibi Hillari Klinton bu məsələdə risq edə bilməzlər. Təsəvvür edin ki, ABŞ Konqresi bu məsələni ermənilərin xeyrinə həll etsə, ABŞ hazırkı dövlət katibi Hillari xanımın əri olan Bill Klintonun o vaxt Ağ Evin qulluqçusu olan Monika Levinski ilə biabırçı eşq macərasından da pis günə qala bilər. Bu, bütün ABŞ-ın Şərqdəki maraqlarını dibindən baltalamaq demək olacaq. Sözsüz ki, nə B.Obama, nə də Türkiyə və Azərbaycanla yaxşı münasibətləri olduğu deyilən Hillari Klinton bu risqə gedə bilməzlər. Xüsusilə, nəzərə alanda ki, bütün dünya siyasəti hazırda bir-birinə dəyib, dünyanı maliyyə böhranı bürüyüb, iqtisadi maraqlar bütün maraqlardan öndədir və ən önəmlisi ABŞ-ın Yaxın Şərqdə iki ən etibarlı müttəfiqi olan Türkiyə və İsrail az qala "soyuq müharibə" durumundadırlar, Ağ Ev heç vaxt buna getməz. Hələ, üstəlik, yerləşdiyimiz regionda ABŞ üçün qətiyyən xoş olmayan proseslər baş verir, yaxın müttəfiqi Türkiyə açıq şəkildə ABŞ-ın qatı rəqibi olan Rusiya ilə əməkdaşlıq yaradır, bu, ümumiyyətlə, mümkün deyil. Lap tutaq ki, ABŞ "erməni soyqırımı"nı qəbul etdi, sonra bilirsiniz nə olacaq? Bu, o demək olacaq ki, Türkiyə regionda və dünyada anti-ABŞ strategiyasının aparıcı qüvvəsinə çevriləcək, Rusiya və ABŞ-ı istəməyən qüvvələrlə sıx tərəfdaş olacaq və ABŞ regiondakı on-on beş illik planlarını ən azı yüz ilə qədər təxirə salmalı olacaq. Türkiyə də elə bir dövlətdir ki, onun sükanı dəyişəndə geri döndərmək üçün bir o qədər də vaxt lazımdır. Bütün məqamlarda "erməni soyqırımı" ABŞ üçün yaxşı heç nə vəd etmir. Kim öz kisəsinə zəhər qatar? Heç kim. Yəqin ki, Pentaqonda bunu düşünən beyinlər kifayət qədərdir. Ermənilər nə qədər Barak Obamanı və onun komandasını sıxışdırsalar da, bu məsələ çətindir. Düzdür, ola bilər ki, erməniləri sakitləşdirmək üçün Senat və Konqresdəki ermənipərəst deputatlar onu müzakirələrə hazırasınlar. Amma bunu bu il qəbul etmək mümkünsüzdür. Amma yenə də cənab Obama və xanım Hillari, ehtiyatlı olun!

Digər xəbərlər