PDF Oxu

Köşə

  • 4

“QRUVH” üzvləri pulları necə bölüşdürür

“QRUVH” üzvləri pulları necə bölüşdürür
MSK təsdiq edilmiş təşviqat qruplarının hərəsinə 23 min manat pul ayırıb. Bu pul vəsaitindən "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" adlı təşəbbüs qrupuna da 23 min manat ayrılıb. Təşəbbüs qrupunun "Azadlıq" bloku nəzdində yaradıldığı məlumdur. "Azadlıq" siyasi blokunun üzvləri AXCP (i), "MBH" və "VİP" liderləri Əli Kərimov, Lalə Hacıyeva və Əli Əliyevin gözlərini həmin məbləğə dikdiklərini demək artıqdır. Ancaq təşəbbüs qrupunun başqa üzvləri də vardır. "ANİF" və ADP də burada təmsil olunurlar. "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı"nın MSK təmsilçisi Həsən Kərimovdur. Təşəbbüs qrupunun maliyyə məsələləri ilə məşğul olmaq "ANİF" prezidenti Eldar Namazova həvalə edilmişdir. E.Namazov xarici ölkələrin maliyyə qurumları ilə əlaqə saxlamaq üçün "QRUVH"-nin büdcəsindən beş min manat götürmək istəyir. Qrupdan kənarlaşdırılmış təsiri bağışlayan "Yurd"çu H.Kərimov təşviqat sahəsində ilkin xərclər üçün 3000 manat istəyir. ADP sədri Sərdar Cəlaloğlu pul bölgüsünə gecikdiyini zənn edib, partiya üzrə həmkarlarına borclu qaldığı məvacibi qaytarmaq üçün minimum 4500 manatın lazım olduğunu bildirir. Görəsən, Ə.Kərimov qalan 10500 manatı on günlüyə də olsa "QRUVH" təşəbbüs qrupunun büdcəsində saxlaya biləcəkmi? Xatırlatmaq istərdik ki, artıq "Azadlıq" blokunun üzvləri E.Namazov və S.Cəlaloğlu kimi legionerlərin pulları necə acgözlüklə qamarlamaq istəmələrini kənardan qısqanclıqla müşahidə etməkdədirlər. İşdir, iddiaçıların biri istədiyi məbləği götürə bilsə, onlar alıcı quş kimi leş üstünə daraşacaqlar. Göründüyü kimi, radikal mövqelilərdən olan "QRUVH" təşəbbüs qrupu pul qazanmamış onu bölüşdürməyə cəhd etməklə özünü gülünc vəziyyətə salır. Digər təşəbbüs qruplarında da analoji proseslərin cərəyan etməsi istisna edilir. Necə deyərlər, elə buradan da xoruzun quyruğu görünür. Yəni radikallar hər yerə özlərinin şəxsi qazanc mənbələri kimi baxırlar. Bu da son nəticədə parçalanmalarına zəmin yaradır. İfrat radikallar zamanın müəyyən dönəmlərində az-çox pul əldə etdikdən sonra geri çəkilərək onu xərcləyir və pul qurtardıqdan sonra yenidən siyasət meydanına qayıdıb, hansısa məxsusi yerlərini tutmağa çalışırlar. Xarici ölkələrin maliyyə dəstəkçiləri də bizim ifrat radikalları elə bu cür qeyri-standart hərəkətlərinə görə bəyənmirlər. Bunlar verilən pulları göydə qapıb, sonra aradan elə çıxırlar ki, illərlə onları gördüm deyən tapılmır. Bir daha təkrar edirik ki, maliyyə durumlarında mürəkkəbliklər yaranan kimi, dərhal küçə və meydanlarda görünürlər. Bu radikallar həmişə belə edirlər. AXC iqtidarında bunlar bir il ərzində pullu vəzifələrə zəli kimi daraşıb sonra aradan çıxmağa üstünlük verdilər. Üstündən dörd il keçdikdən sonra yenə də geri qayıdıb, köhnə peşələri üzrə pul yığmaq işinə girişdilər. O vaxtdan bu yana ara-sıra ciblərini doldurmağa imkan tapsalar da, son nəticədə seçicilərin etimadını itirməli oldular. Bu gün radikallar mövqelərini dəyişməklə qazanc əldə etmək fikrinə düşüblər. Məsələn, Müsavat yetkililəri xalqçılığı və millətçiliyi bir kənara atıb Avropa liberallarına qoşulmaq əqidələrində dəyişiklik yaratmağa cəhd ediblər. Avropada müsavatçıları pul üçün ən çirkin işi belə görməyə hazır olan ucuz siyasi qüvvələr kimi qiymətləndirir və onlara ən ciddi iş üçün belə az miqdar vəsait ayırırlar. Radikal qurumlar öz daxillərindən parçalanır və get-gedə fiaskoya uğrayırlar. Radikal partiyaların ayrı-ayrı funksionerlər liderləri sriştəsizlikdə ittiham edib, hər biri onları əvəzetməyə cəhd edirlər. Çünki pulları bölmək səlahiyyəti liderlərdə olur. "QRUVH" təşəbbüs qrupunun qalan 10500 manatı büdcədə saxlayacağı da inandırıcı səslənmir.

Digər xəbərlər