PDF Oxu

Köşə

  • 13

Xaric radikallara təxribat törətmək üçün pul ayırıb

Xaric radikallara təxribat törətmək üçün pul ayırıb
"Azadlıq" bloku 18 martda keçiriləcəyi nəzərdə tutulan referendum əleyhinə mübarizə aparır. MSK-ya təqdim etdikləri imzalarla sübut etmək istəyirlər ki, konkret miqdarda əhali referendumun keçirilməsi əleyhinədir. MSK-da qeyd edilən ikinci radikal qurum Müsavat partiyasının nəzdində yaradılan "Respublikaçı" təşəbbüs qrupudur. Qrupa müsavatçı Gülağa Aslanı başçılıq edəcəkdir. Müsavat bu qrupun köməyi ilə bölgələrdə imzatoplama kampaniyasında iştirak edib, öz mövqeyinin doğruluğunu təsdiq etmək üçün səy göstərmişdir. Başlıca məqsədləri referendumun keçirilməməsinə nail olmaqdır.
Təşəbbüs qruplarının hamısı topladıqları imzaları MSK-ya təqdim ediblər və son sözü martın 18-də keçiriləcək referendumda xalq deyəcəkdir. Respublika əhalisinin mütləq əksəriyyəti əsası ümummilli lider tərəfindən qoyulan məqsədyönlü siyasəti dəstəkləyir və hakimiyyətə bir daha ləyaqəsiz siyasətçilərin gəlməsini istəmir. Xalq yaxşı xatırlayır ki, 1993-cü ilin yayından başlayan siyasi sabitlik dövründə məhz özlərini millət qəhrəmanları adlandıran, əslində, qeyri-sabitlik şəraitində ciblərini dolduran Əlikram Hümbətov, Surət Hüseynov, Rəhim Qazıyev və onların havadarları hələ də aranı qarışdırmaqda davam edirdilər.
1993-cü ilə qanunçuluğun bərpa olunması və Konstitusiyanın tətbiqi cinayətkarların qarşısına sipər çəkmişdi. S.Hüseynov, Ə.Hümbətov və R.Qazıyev yerində otuzdurulduqdan sonra, "OMON"-çu Rövşən və Mahir Cavadov qardaşları buynuz göstərdilər. Ancaq onların qanunçuluq sipərinə toqquşan buynuzları dərhal sındırıldı. Bundan sonra buynuzu gicişən tapılmadı. 2003-cü ilin 15 oktyabrından sonra ölkənin iqtisadiyyatının daha da inkişaf etdirilməsi üçün cahanşümül layihələrin gerçəkləşdirilməsi məsələsi ortaya atıldı və həllinə yaşıl işıq yandırıldı. Ötən beş il ərzində 700 mindən artıq iş yerinin açılması əhalinin sabaha olan inamını birə-beş artırdı.
Ötən müddət ərzində Konstitusiyada təsbit olunmuş maddələrin bir qisminin dəyişdirilməsi zərurəti ortaya çıxdı. Özünün məqsədyönlü fəaliyyəti ilə əhalinin rəğbətini qazanan Prezidentin səlahiyyət müddətinin artırılması məsələsi zamanın bir nömrəli sualına  çevrildi. Referendum zamanı 29 dəyişikliyin edilməsi məsələsinə baxılacaqdır. Bu dəyişikliklərin hamısı xalqın sosial rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Onları ancaq xalqını və dövlətçiliyini sevməyənlər qəbul etməzlər.
Vətəninin qəniminə çevrilənlər radikal cəbhədə birləşmişlər. Onların yeganə məqsədi Azərbaycan dövlətçiliyinin bünövrəsini laxlatmaqdır. Qərbədə Azərbaycanın inkişafını gözü götürməyənlər bizim radikalların regionlarda təxribat törətmələri üçün 285 min avro ayırmışlar. Radikalların başlıca məqsədi bu məbləğin böyük qismini qamarlamaqdır. Əsas mübarizə məhz bu yöndə aparılmaqdadır.
"Azadlıq" siyasi bloku və Müsavat partiyası özlərini digər radikallardan bir barmaq yüksəkdə hiss edirlər. Onlar elə zənn edirlər ki, MSK-da təmsil olunmaları imkanlarını artıracaqdır. Xarici ölkələrin maliyyə dəstəkçiləri daha çox təxribat törədənlərə stavka edirlər. K.Aslanlı və H.Kərimovun MSK-da partlayış törədəcəkləri şübhə doğurur. Bölgələrdə də, həmçinin. Hər bir təşkilatın və hər bir vətəndaşın hüququ qanunla qorunur. Qanunsuz addım atanlar isə qanunun qüvvəsini öz çiyinlərində hiss edəcəklər.

Digər xəbərlər