“Azadlıq” bloku sıradan çıxıb
Çünki müxalifət formalaşdığı gündən bu günə qədər hələ də burada nəyin üstündə qalamqalın baş verdiyini anlayan baş tapılmır. Digər bir tərəfdən isə müxalifət cəbhəsində hızırda elə proseslər baş verir ki, adamın tükləri irpəşir. Amma neynəmək olar ki, bunlar da Azərbaycan cəmiyyətinin nümayəndələridir və istər-istəməz onların yaşadıqları həyat ətrafa da təsir göstərir. Eyni zamanda, bir faktoru da unutmaq olmaz ki, müxalifət indiyə qədər cəmiyyətdə özünə möhkəm dayaq yarada bilməyibdir. Bunun da obyektiv və subyektiv səbəbləri vardır. Başlıca səbəb ondan ibarətdir ki, Azərbaycan müxalifəti adı altında indi özlərini müxalifətçi adlandıranlar nə zaman və hansı proseslərlə üzə çıxdığını hamı çox gözəl bilir. Başqa bir tərəfdən müxalifət məfhumuna isalar, əlilər, eldarlar, etibarlar rəhbərlik etdikdən sonra burada kimin yerinin hara olduğunu müəyyənləşdirmək çox çətin bir prinsipə çevrilib. Ona görə də, Azərbaycan cəmiyyəti öz daxilində olan xoşagəlməz ünsürü hər an məhv etmək və onu zərərsizləşdirmək üçün öz mövqeyini istənilən bir vaxt ortaya qoyub. Məhz bu baxımdan da indiki məqamda özlərini bütün imkanlardan məhrum etmiş müxalifətçilər daha çox daxili ziddiyyətlər hesabına gündəmdə qalmaq iqtidarındadırlar. Bu istəkləri isə qeyd olunan qüvvələrə heç də ucuz başa gəlmir. Daha çox bir-birinin imkanlarını mənimsəmək eşqinə düşmüş müxalifətçilər güzəştə getmək əvəzinə, daha çox aqressiya ilə çəkişməyin onlara sərf edəcəyini düşünürlər. Bu səbəbdən də "Azadlıq" blokundan son üç aydır ki, bir xəbər yoxdur. Adıçəkilən təşkilatın hansı səbəbdən siyasi arenadan getdiyini və kimlərin tabeçiliyinə keçidiyini, hələ ki, heç kim bilmir. Uzun müddət adıçəkilən təşkilata rəhbərlik etmiş "Milli Birlik Hərəkatı"nın lideri Lalə Hacıyevanın başı öz şəxsi işlərinə qarışdığı üçün təşkilatdan xəbəri yoxdur. Müxalifət düşərgəsində nüfuz savaşının başlandığı bir ərəfədə "Azadlıq" blokunun süstlüyü düşərgə daxilində bir çox gizlin proseslərin baş qaldırdığını üzə çıxarmış oldu. Ona görə də indi müxalifətçilər qazanc mənbələri kimi yanaşdıqları partiyalarını əllərindən daha möhkəm saxlayırlar. Çünki heç bir müxalifətçi L.Hacıyevanın aqibətini yaşamaq istəmir. Çünki bu düşərgədə təmsil olunan hər bir şəxs öz partiyasına şəxsi maraqlarının keşikçisi kimi yanaşır. Elə bu səbəbdən də müxalifət partiyaları arasında "Azadlıq" blokunun adının bir çox qaranlıq proseslərdə hallanması heç də təsadüfi deyil.