PDF Oxu

Köşə

  • 13

Radikallar istəməsə də, referendumun keçirilməsi labüddür

Radikallar istəməsə də, referendumun keçirilməsi labüddür
Bu radikal mövqelilərin hamısı birlikdə ifratçılığa meyil etmişlər. Elə bilirlər ki, xorla danışsalar, onların haqsız iradlarına haqq qazandırmaq mümkün olacaq. Həqiqətin onda birini desəydilər, bunu birtəhər başa düşmək olardı. Fikirdə həqiqət olmayanda, onun uğur qazanması müşkülə çevrilir. Ancaq yalançılar dil boğaza qoymadan danışır, danışdıqlarının məzmununa əsla fikir vermirlər. Bilmirlər ki, məzmunsuz danışmaqla çox da uzağa getmək olmaz.
L.Yunusova deyir ki, Kosntitusiyaya əlavə və dəyişikliklər deputatların 95 faizinin lehinə səs verdikləri vaxt mümkündür. Məgər deputatların 95 faizdən artığı səs vermədimi? 18 mart referendum seçkilərinin keçirilməsi respublika əhalisinin əksəriyyətinin ürəyincədir. Bunun başlıca səbəbi daxili sabitliyin bərpa edilməsi, iqtisadi-siyasi tərəqqinin bərpa olunmasıdır.
L.Yunusova kimiləri hadisələrin gedişinə sırf ifrat radikalizm prizmasından yanaşırlar. Blələri öz həmkarlarından da gileylənməyi özlərinə rəva bilirlər. Elə L.Yunusovanın özü "DUİ" və AMİP üzvlərinə irad tutur ki, onlar radikalların sıralarına qoşulub Konstitusiya Məhkəməsinə müraciət etməkdən imtina etmişlər. "DUİ"-çilərin ifratçılıqdan əl çəkdiklərini güman etmək səhv olardı. Ancaq Mirmahmud Fəttayev bu qurumu yaradanda, onun kimilərə güzəşt edəcəyini ağlına da gətirməmişdi.
"DUİ" məhz özünün bütün müxalifətin başında hiss edən İ.Qəmbərov, Ə.Kərimov, S.Cəlaloğlu və L.Hacıyeva kimi ciblərini güdən radikalların əleyhinə yaradılmışdır. Ümumiyyətlə, M.Fəttayev hər parlament və hər prezident seçkilərindən öncə bu cür qurum yaradıb liderlik azarına tutulmuş radikallara sərt cavab verməyi xoşlayır. Bu dəfə də, o, "DUİ" vasitəsilə İ.Qəmbərov və Ə.Kərimov kimilərin əsəbləri ilə oynamaq istəyir.
AMİP-ə gəldikdə, bu partiyanın da ifrat radikallara münasibətində fərdi yanaşma mövcuddur. Bu partiyadan L.Yunusovanın sualına Ayaz Rüstəmov cavab vermişdir: "Axı nə səbəbə biz onların sıralarına qoşuluruq? Qoşulmaqdısa, qoy onlar bizə qoşulsunlar". AMİP-çilər radikal qruplaşmalardan 2003-cü il 15 oktyabr prezident seçkisindən sonra ayrılıblar və ötən 6 il ərzində onların yaratdıqları birlik və bloklara qoşulmurlar. Əlbəttə, bu narazılığın səbəbi var. "DSİ"-nin yaradılması ilə İ.Qəmbərov E.Məmmədova qarşı güzəştsizlik yolu tutmuşdur. Bu da İ.Qəmbərovun özünü E.Məmmədovdan yüksək tutması demək idi.
Bu gün L.Yunusova yox, həm də digər radikallar yüklərini qərəzdən tutub, iqtidarın hər bir addımına irad tutmağı xoşlayırlar. Ancaq bunların iradları ciddi arqumentlərə əsaslanmadığından, özülsüz divar kimi yıxılmağa məhkumdur. İrad tutan kəs bilməlidir ki, ötən 16 il ərzində çox cahanşümul layihələri gerçəkləşdirmək mümkün olmuşdur. Hansısa bir neçə cüzi və lüzumsuz qüsur görülən nəhəng işlərin üzərindən qələm çəkmək üçün yetərli deyil. Çünki səhv mülahizələr üzərində qurulmuşdur.
O ki qaldı bu qüsurları geninə-boluna şişirdib, onu öz məqsədinə xidmət etdirənlər hakimiyyətdə olduqları vaxt onları əvəz etməyə razılıq verəcək insanların ayaqları altında palaz olmağa hazır idilər. Elə ki, yaratdıqları xaotik qarmaqarışıqlıq aradan qalxdı, yenidən özlərini vəziyyətin ağası kimi hiss etməyə başlayıblar. Bu isə onların səriştəli olmalarına dəlalət etmir.

Digər xəbərlər