PDF Oxu

Köşə

  • 10

Liberallaşmış radikallar daxilində mühafizəkar seyrəlmələri

Liberallaşmış radikallar daxilində mühafizəkar seyrəlmələri

İmzatoplama kampaniyasında uğursuzluğa uğrayan radikallar partiyadaxili parçalanma faktoru ilə üzləşmişlər. "Azadlıq" blokunda "MBH" lideri Lalə Hacıyeva ilə AXCP (i) sədri Əli Kərimov imzatoplama kampaniyasındakı uğursuzluğa görə bir-birini qınamaqdadırlar. Ə.Kərimov imzatoplama kampaniyasında etibar etdiyi bir AXCP (i)-çi tapmadığını etiraf edir. L.Hacıyeva isə həmkarı ilə müqayisədə özünün toya getməli olduğunu bilirdi. Dedi ki, bu ahıl vaxtımda heç vaxt evlənməyən Əvəz Temirxanın mənə inamını bütün AXCP (i)-çilərin cılız əqidələri ilə dəyişməzdim. Bu mübahisə dialoqu, deyəsən, uzun sürəcəkdir.
AMİP daxilində mübahisə başqa istiqamətdə gedir. Burada imzatoplama kampaniyası mövzusu gündəliyin birinci dərəcəli mövzusu deyil. Əli Əliyev öz dəstəsi ilə getdikdən sonra qalan AMİP-çilərin yarıdan çoxu E.Məmmədovun liderliyini qəbul edir. AMİP funksionerlərinin əksəriyyəti Ayaz Rüstəmovun öz xoşu ilə tərk etdiyi sədrlik postunu tutmaq uğrunda savaşa giriblər. Çoxusu E.Məmmədovun liderliyinə rişxəndlə yanaşır. Deyəsən, AMİP-də liderdən çox, sədrə üstünlük verirlər. Bunu başa düşən E.Məmmədov liderlik kitabının bağlandığını hiss etməkdədir.
Əli Əliyevin "VİP"-inə gəldikdə, bu "cırtdan" qurumda üzvlər öz sədrlərinə bir o qədər də stavka etmirlər. Çünki Ə.Əliyev Ə.Kərimovla L.Hacıyeva arasında var-gəl etməklə baş girləməkdədir. "VİP" üzvləri də Ə.Əliyevə bel bağlayıb, dolayı yolla xoşbəxtliyə çatmaqdansa, öz ümid obyektlərini, müvafiq olaraq, ya Ə.Kərimova, ya da L.Hacıyevaya doğru istiqamətləndirirlər. Elə AMİP-çilər də var ki, gözləmə mövqeyi tutub, liderlərdən hansının üstünlük qazanacağını gözləyirlər.
"DUİ" üzvləri isə həmkarlarına nisbətən özlərini inamlı aparmağa cəhd edirlər. Verdikləri hesabata görə guya imzatoplama kampaniyası zamanı rekord miqdarda imza toplayıb, MSK-ya təqdim ediblər. Əslində, onların bu hesabatı radikallara acıq, özlərinə isə təsəlli vermək məqsədi daşıyır. Bir neçə "cırtdan"ın xarüqələr yaratması qeyri-mümkündür. Bəzən "ANİF" prezidenti Eldar Namazov da dərin məzmunlu təklifləri ilə yadda qalmağa cəhd edir. Ancaq onun Qərbə inteqrasiya olunma haqda son təklifləri radikalların diqqətini bir o qədər də cəlb etmədi. Rəsul Quliyevin "ACP"-si də heç bir siyasi uğur qazana bilmir. Əleyhdarları bunu qurumun sədri Akif Şahbazovun kolxoz sədri təfəkkürü ilə bağlayırlar.
ADP sədri Sərdar Cəlaloğlu radikallardan uzaqlaşmaq istədiyini bildirib, iqtidarla dialoqa girmək istədiyini bəyan etsə də, bəzən 180 dərəcəli bucaq altında dönüb geri qayıtmağa və "düşmənləri" ilə əlaqə yaratmağa cəhd edir. İqtidar partiyalarında, onun əlaqə yaratmağa cəhd edir. İqtidar partiyalarında onun dialoqun şərtlərini anlamamaqda, radikal dairələrdə isə radikalizmin ləzzətini duymamaqda ittiham edirlər. Çünki iqtidarı dialoqa çağıran kəs iqtidar partiyasının proqramını qəbul etdikdən sonra dialoq təklifini irəli sürməmişdir. Radikalizmin ləzzətini duymağa gəldikdə isə, deyəsən, S.Cəlaloğlu bu hissdən məhrum deyil. Ancaq deyəsən, ifratçılıq onu darıxdırmağa başlamışdır.
Müsavat partiyasında liberalların sayının artmağa doğru meyil etdiyi bir vaxtda mühafizəkarlarla söz atışmasına başlanmışdır. Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev və "Yeni Müsavat" qəzetinin baş rekdaktoru Rauf Arifoğlu Sülhəddin Əkbəri və Müsavat başqanını xarici kəşfiyyata işləməkdə suçlu bilmişlər. Qəzəblənmiş radikallar azğınlaşmış mühafizəkarlara "atval" verməyin zəruriliyini başa düşmüşlər.
Ən zəif partiya qərargahlarını tərk etməyə məcbur olub. R.Arifoğlu gedərkən, "Yeni Müsavat" qəzetini də özü ilə "Yeni Müsavat" partiyasının 8-ci kilometrdəki köhnə qərargahına aparmalı olub. Son dəfə İ.Qəmbərov Avropa liberalları ilə birləşdikdə, hay-haray və qaraqışqırıq salan Rauf Arifoğlu şou yaratmaqla partiya yaratmaqla gündəlikdə qalmağa cəhd etdi. Deyilənə görə, o, yeni partiya yaratmağı da nəzərdə tutur. Bu da son nəticədə Müsavatın real parçalanması deməkdir.

Digər xəbərlər