PDF Oxu

Köşə

  • 20

Radikallar imzatoplama kampaniyasına mane ola bilmədilər

Radikallar imzatoplama kampaniyasına mane ola bilmədilər
Müsavat, AXCP (i), "MBH", AMİP, ADP, "ACP" və "DUİ" rəhbərləri düşərgə daxilində nüfuzlarını istəsələr də, özlərinin "lider" statusundan dördəlli yapışmaqda davam edirlər. Hamısının qarşısına qoyduğu başlıca məqsəd əhali arasında referendum əleyhinə təbliğat aparmaqdır. Hələ ki, bu yöndə işlərində mürəkkəbliklər mövcuddur. Başlıca maneə əhalinin radikallara inamlarının olmamasıdır.

1988-ci ildən səhv buraxa-buraxa ətraflarında olanların başını qatanlara inanmaq sadəlövhlük olardı. 1988-ci il noyabr-dekabr fasiləsiz mitinqlər dağıdıldı, 1990-cı ilin 20 yanvarında Bakıda qırğın törədildi, 1992-ci ilin 26 fevralında Xocalı faciəsi baş verdi. 1992-ci il mayın 8 və 17-də, müvafiq olaraq, Şuşa və Laçın işğal edildi. Beləliklə, işğal dairəsi genişləndi, torpaqlarımızın 20 faizi düşmən tapdağı altında qaldı və bir milyondan çox vətədaşımız qaçqın taleyi yaşamalı oldu.

Müqəssirlərin bir qismi siyasət səhnəsini tərk etdilər. Azərbaycan Kommunist Partiyasının sonuncu birinci katibi Kamaran Bağırov könüllü istefa verib, tutduğu postu tərk etdi. Moskvanın vassalı sayılan Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov Kremldə sığınmağı lazım bildi. Yalnız xarici ölkələrin maliyyə dəstəyinə güvənənlər ölkə hüdudlarını tərk etmədilər. Xarici ağaları pulları elə-belə vermir, əvəzində, onların Azərbaycanda təxribat törətmələrini tələb edirdilər.

1993-cü ilin yayında AXC iqtidarının süqutu zamanı "bəylər" yalvar-yaxarla postlarını təhvil verib, qaçmağa üz qoymuşdular. Onlar ölkə hüdudlarını tərk etmir, sadəcə olaraq, künc-bucaqda gizlənməyə cəhd edirdilər. Bunun adı son anda da xarici qrantlardan dördəlli yapışmaq idi.

Bundan sonra xalq nə səbəbə radikallara inanmalı idi? İnanmadılar da. Radikallar bir də dörd ildən sonra, yəni 1997-ci ildə üzə çıxıb, nəzərləri özlərinə cəlb etmək istədilər. Xalq isə çətin məqamda qaçanlara inanmaq istəmədi. Əksinə, bu vaxt ərzində sabitlik yaradanların ardınca getməyə üstünlük verdi. Parlament və prezident seçkilərindən sonra radikallar ən azı bir neçə kobud qüsur buraxırdılar. Ancaq yaxşı bilirdilər ki, xarici maliyyə dəstəkçiləri onların qüsurlarını pulla sığortalayacaqlar. 2008-ci il 15 oktyabr prezident seçkilərində namizədlərini irəli sürməyən radikallar, seçkidən sonra səhvə yol verdiklərini anladılar. Ancaq artıq gec idi və boykot gözlərini qapamışdı.

Bundan sonra radikallar ümidlərini 2013-cü il prezident seçkilərinə dikdilər. Ancaq aqil adamlar onların ümidlərinin çiçək açmaması üçün sabitliyin ömrünü uzadacaq təkliflərlə çıxış etdilər. Bunun üçün sabitliyin qarantı olub ikinci müddətə seçilmiş Prezidentin prezidentlik müddətinə qoyulmuş məhdudiyyəti aradan qaldırmaq və Konstitusiyanın müvafiq maddəsinə düzəliş etmək vacibdir.

İmzatoplama kampaniyasında radikalların nümayəndələri də iştirak edirdilər. Ancaq başlıca məqsədləri seçicilər arasında referendum əleyhinə fikir formalaşdırmaq idi. Ancaq seçicilər onların dabbaqda gönlərinə bələd idilər və dediklərinə inanmadılar. Bəzi məlumatlara görə qəzəblənmiş seçicilər radikalların bir çox nümayəndələrini qapılarından qovur, radikallar təxribatlarını təkrar etdikdə, onları tutub polis bölmələrinə təhvil verirdilər.

Seçiciləri qınamaq olarmı? Əlbəttə, yox! Çünki bir dəfə səhv edənə güzəş edirlər. Günahı ikinci dəfə səhv edənin özündə görürlər. Üçüncü səhv edəni isə bağışlamırlar. Radikallara inananlar isə ömürləri boyu səhv etməyə məhkumdurlar.

Digər xəbərlər