PDF Oxu

Köşə

  • 14

Radikallar Tbilisidə ermənilərlə görüşə hazırlaşırlar

Radikallar Tbilisidə ermənilərlə görüşə hazırlaşırlar
Ermənistan müxalifəti Serj Sarkisyanın hakimiyyətini devirmək istəyir. Robert Köçəryan, hakimiyyəti partiya üzrə həmkarı S.Sarkisyana verməmişdən əvvəl, keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyanı nüfuzdan salmaq məqsədilə mitinqçiləri güllələmək əmri vermişdi. O vaxtdan etibarən Ermənistan müxalifəti beynəlxalq təşkilatlarda nə ölənlərə bəraət qazandıra bilir, nə də həbs edilənləri azadlığa buraxdırmağa nail olur.Müxalifətçi Stepan Dəmirçyanın başçılıq etdiyi "Ermənistan Demokratik Bloku"nun sıralarına 16 partiya daxil olmuşdur. Onlar müxtəlif yollarla S.Sarkisyanın hakimiyyətini zəiflətməyə cəhd edirlər. Ancaq S.Sarkisyan Ermənistanı Rusiyanın forpostuna çevirdikdən sonra ölkəni ordu gücünə idarə etmək niyyətindədir. Hazırda Ermənistan iqtisadiyyatının 80 faizi Rusiyanın vəsaiti hesabına idarə olunur. Rusiya da öz forpostundan imtina etmək niyyətində deyildir. Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan Rusiya Orta Asiya respublikaları, Belorus və Ermənistana stavka etməklə vəziyyətini düzəltməyə cəhd edir. Ancaq müəyyən mənada Orta Asiya respublikaları Rusiyanın təsir dairəsindən çıxmağa can atırlar. Belorus və Ermənistan isə Rusiyanın qarmağına ilişib. Bununla belə hətta bu yeni "ittifaq" respublikaları da Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina edirlər. AŞPA Rusiyanın Gürcüstanı işğal etdiyi haqda qərar qəbul etmişdir. ATƏT isə, öz növbəsində, Rusiyadan tələb edir ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etsin. Ermənistana cəza vermək məsələsinə gəldikdə, AŞPA "siçan-pişik" oyununu davam etdirməkdədir. Qış yığıncağında Ermənistan iqtidarını cəzalandırmaq istəməyən AŞPA S.Sarkisyana yazadək vaxt vermişdir. Yəqin ki, yazda payıza, payızda isə qışadək vaxt verəcək. Beləliklə, cəzalandırma məsələsi illərlə təxirə salına bilər.

Stepan Dəmirçyan iqtidara qarşı Ermənistan müxalifətinin yekdil gücü ilə mübarizə aparır. Ancaq o, Rusiya silahları ilə get-gedə güclənməkdə olan S.Sarkisyan rejiminə qarşı Cənubi Qafqazın bütün müxalifətinin gücünü qoymaq istəyir. O, Gürcüstan və Azərbaycan müxalifətinə müraciət edib, hər müxalifətə öz respublikasında hakimiyyəti ələ almağı tövsiyə edir. S.Dəmirçyan tezliklə Tbilisidə üç Cənubi Qafaz respublikası müxalifətinin görüşünü keçirmək istəyir. Görüşün mövzusu belədir: "Qafqazda hakimiyyəti ələ alaq". Azərbaycan radikallarından İsa Qəmbərov, Ə.Kərimov, Sərdar Cəlaloğlu və Etibar Məmmədov bu görüşə dəvət ediliblər. Hazırda onlar hansı formada iştirak edəcəklərini müəyyənləşdirməkdədirlər.

Həm Köçəryan, həm də Sarkisyan müxtəlif bəhanələrlə Azərbaycan Prezidenti ilə üz-üzə gəlməkdən çəkinmişlər. Köçəryan Paris görüşündə ayaqyoluna çıxmaq adı ilə necə aradan çıxmışdısa, nə Tağını, nə də qığını görən olmamışdı. Bu cür geri baxmadan qaçmağa "dabanına tüpürüb qaçdı" deyirlər. Davos görüşündə də Sarkisyan yarım saatadək Azərbaycan Prezidenti və Türkiyənin baş naziri ilə görüşdə iştirak etməmiş, nəhayət, yerinə xarici işlər nazirini göndərmişdir. Ermənistan prezidentlərinin bu hərəkəti beynəlxalq təşkilatlarda gülüş, erməni müxalifətində isə qəzəb doğurur.

Bizim ermənilərlə Tbilisi görüşünə hazırlaşan radikallara münasibət də birmənalı deyil. Əhali onlara birmənalı tərzdə inanmır. Ancaq radikalların aşağı eşalonunda onlara meyil edənlər vardır. Bu günlərdə "DUİ" daxilində baş verən mübahisələrdən birinin məzmunu belə idi. Zəlimxan Məmmədli, Mehriban Vəzir, Əhməd Oruc və qurumun digər partiya nümayəndələri təklif edirdilər ki, Müsavatın və ya "Azadlıq" blokunun referendum əleyhinə kampaniya aparan təşəbbüs qruplarından birinə qoşulsunlar. Mirmahmud Fəttayev isə deyirdi ki, zalım uşağı, sizi oraya nə İ.Qəmbərov, nə də Ə.Kərimov əlində gül dəstəsi tutub dəvət etmir, nə səbəbə yüngülsaqqallıq edirsiniz?

Digər xəbərlər