PDF Oxu

Köşə

  • 35

Etibar Məmmədov və İsa Qəmbərov qarşıdurması

Etibar Məmmədov və İsa Qəmbərov qarşıdurması

İsa Qəmbərov:

Etibar Məmmədov, gəl ayıl bu gün,
Yaxanı çəkibsən kənara neçün?
Çox yaxşı olardı "İP"-çilər üçün,
Etibar da ora gəlsəydi əgər.

Etibar Məmmədov:

Çoxunuz qalxdınız alçalmağımla,
Ya da ki, kənarda tək qalmağımla,
Mənim palataya üzv olmağımla,
Etdiyi pisliklər azalar məgər?

İsa Qəmbərov:

Bildikləri üçün məkrlərini,
Heç kim bəyənmədi zikrlərini,
Əgər cəmləməsən fikirlərini,
Siyasətə dönüş səndə çox çəkər.

Etibar Məmmədov:

Sənə nə dedilər daim yox dedin,
Acından ölsən də, yarı tox dedin,
Ünvanıma ağır sözlər çox dedin,
Guya qərarların dadıb bal-şəkər.

İsa Qəmbərov:

Boss adlanan nəhəng dairəmizlə,
Badəpərəstlik və sairəmizlə,
Bizim mükəmməl bir işarəmizlə,
Bosslar ətəyinə çox qrant tökər.

Etibar Məmmədov:

Meydanda sənindi ya o tin, bu tin,
Xərifləməkdəsən, çoxalıbdı sinn,
Düşsəydi əlinə bir-ikicə min,
Dişlərin onları yamanca sökər.
İsa Qəmbərov:

Baş nazir olmaqçün dönmüşdün şirə,
Axırda çevrilib olmuşdun fərə,
AMİP parçalandı tən iki yerə,
Vaxt gələr onlar da dağılıb çökər.

Etibar Məmmədov:

Aşmaq üçün daim axtardım təpə,
Sən yedin doyunca, boss verdi ləpə,
Heç vaxt qoşulmaram o çürük "İP"-ə,
Get ol bosslarının önündə nökər.

İsa Qəmbərov:

Bizə, "İP"-imizə Qədər toxunmaz,
Sənə toxunanlar hədər toxunmaz,
Bizdən sənə heç vaxt xətər toxunmaz,
Başını AMİP-in gəncləri əkər.

Etibar Məmmədov:

Xaricə casusluq yemi olsanız,
Asan batarsınız gəmi olsanız,
Əgər keçmişdəki kimi olsanız,
Xalq sizə öz nifrət gözünü dikər.

İsa Qəmbərov:

Əlçatmaz olubdu səninçün rütbə,
Cəlb etmir heç səni oxunan xütbə,
Kədərli gözünü zilləsən qütbə,
Partiyanın qəmi belini bükər.
Etibar Məmmədov:

Şər-xata işlərin getdin badına,
Yetmədi bir boss da, əsla, dadına,
Minibsən "İP"-inin xəyal atına,
Səni zülmətlərə aparar təkər.

İsa Qəmbərov:

Mən yaxşı, sən isə daim pis gündə,
Meydan təndirində küt getdi kündə,
Məni xoş müjdələr gözləyər öndə,
Sənisə arxada şər-xata digər.

Etibar Məmmədov:

Çatmaz arzusuna sən tək şər yeyən,
Mən palan tapdayan, sənsə xər yeyən,
O zaman olmuşudun sent, rubl, zər yeyən,
Mən isə meydanda siyasi zərgər.

İsa Qəmbərov:

Mən reallıq idim, xülya, güman sən,
Yaşıllıq mən oldum, adi saman mən,
"İcra strukturu" deyən zaman sən,
Mənldim mitinqlərdə müsəlləh əsgər.

Etibar Məmmədov:

Bossların qrantı nəmişə gəlib,
Arada partiyam qəmişə gəlib,
Sökmək əlinizdən həmişə gəlib,
Etibar AMİP-də əbədi tikər.
İsa Qəmbərov:

İndi get zəhmət çək, çap, doldurasan,
Cibini dibəcən lap doldurasan,
İstədin qaz vurub, qab doldurasan,
Bizlərdə qrantı qapmaqdı şakər.

Etibar Məmmədov:

Həvəssiz klarnet çaldın meydanda,
Kütləsiz xəyala daldın meydanda,
O qədər avara qaldın meydanda,
Boss payı ummağa oldun adətkər.

İsa Qəmbərov:

Gəl salma özünü nahaq saz hala,
AMİP-in, yetkilin enib qaz hala,
Sən özün düşmüsən yarıtmaz hala,
Boss səni qəfildən görərsə hürkər.

Etibar Məmmədov:

"İP"-iniz pul üçün bossa zarıldar,
Süqut gəminizdə qarğa qarıldar,
Yolumda Venera, Zöhrə parıldar,
Yolunun üstündə yox parlaq Ülkər.

İsa Qəmbərov:

Real cizgi boldu nağılda belə,
Səndəki qərəz yox paxılda belə,
Hörmətin qalmayıb daxildə belə,
Bizim nəzərimiz xaricə sürkər.

Etibar Məmmədov:

Qurumda bənzərəm sönməz mayaka,
Daim arxalandıq süni dayağa,
Səni həmkarların salıb ayağa,
Mənsə AMİP-də mükəmməl sərkər.

Digər xəbərlər