Radikallar referendum əleyhinə
Radikallar daxili qarşıdurmanın qarşısını almaq üçün əks-hücuma keçirməyə cəhd edirlər. Dediklərinə görə, bu və ya digər müxalif partiyanın nümayəndələri referendum seçkiləri ilə əlaqədar təzyiqlərlə üzləşirlər. Əlbəttə, söhbət martın 18-də keçiriləcəyi nəzərdə tutulan referendumun keçirilməsi üçün imza toplantısı kampaniyası davam etdirilir. İstənilən partiya və ictimai təşkilat nümayəndələri imzatoplama kampaniyasında iştirak etmək hüququndadır.
18 mart referendum seçkiləri zamanı ölkə Konstitusiyasına bir sıra vacib əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur. Konstitusiyanın qəbul edilməsindən on ildən artıq vaxt keçmişdir və zaman bəzi müddəaların dəyişdirilməsində, bəzilərində isə düzəlişlər edilməsində zərurət yaratmışdır. Bu düzəliş və dəyişikliklər radikalları əsla narahat etmir. Onları narahat edən Yeni Azərbaycan Partiyasının təklifi ilə prezidentə aid maddəsində dəyişiklik edilməsidir.
Xatırladırıq ki, sovetlərin çökümündən sonra son sovet məmuru Kamran Bağırov iki daşın arasında qalmışdı. Bilmirdi ölməkdə olan sovetlərə yarınsın, yoxsa xalqına xidmət etsin. Uzun müddət yuxarıdan gələn əmr və sərəncamlara əməl edən K.Bağırov yuxarı tüpürəndə bığ, aşağı tüpürəndə saqqal görürdü. Qazax bölgəsində 400 hektar meşə sahəsini ermənilərə vermək haqda sərəncamı imzaladıqdan sonra, axır ki, Moskva K.Bağırovun istefasını imzalamağa razılıq verdi.
Moskva Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə Əbdürrəhman Vəzirovu təyin etdi. Erməni akademiki Azərbaycanın 1988-ci ildə Fransa jurnalında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi təklifi ilə çıxış etdikdən sonra ermənilər DQMV-yə sahib olmaq üçün addım-addım irəliləyirdilər. Ə.Vəzirov hakimiyyətdə olduğu 1988-1990-cı illərdə Moskvanın diqtəsi ilə xalqın ziyanına, ermənilərin xeyrinə müəyyən iş görməyə nail olmuşdur. O, fasiləsiz mitinqləri dağıtmaq üçün sovet qoşunlarının köməyindən istifadə etmişdi. Bundan başqa Ə.Vəzirov qısa vaxt ərzində Ermənistan ərazisində olan azərbaycanlıların hamısını vertolyotlarla daşıtmış, ancaq onların DQMV ətrafında məskunlaşmalarına yol verməmişdir. Ə.Vəzirov getməmişdən əvvəl Bakıda 1990-cı il 20 Yanvar faciəsini törətmişdir. Son olaraq o, Moskvaya qaçmışdır.
Moskva Ayaz Mütəllibovu bu qan üzərindən keçirərək Azərbaycan Respublikasının prezidenti təyin etmişdir. 1990-1992-ci illərdə A.Mütəllibov Qarabağın işğal dairəsini genişləndirmiş, 1992-ci il 26 fevral Xocalı soyqırımına yol vermiş, Şuşanın və Laçının işğalına zəmin yaratmışdır. Bu yolda ona AXC bəyləri "yardım" etmişlər. Nəticədə, yəni 1992-ci ilin 15 may inqilabından sonra A.Mütəllibov Moskvaya getmiş, AXC bəyləri isə hakimiyyətə gəlmişlər.
Ə.Vəzirov və A.Mütəllibovdan fərqli olaraq, bəylərin prezident postuna gətirdikləri Əbülfəz Elçibəy bu postda cəmi bir il duruş gətirmişdir. 1993-cü ilin iyunundan etibarən ulu öndər bütün ağırlığı öz çiyinlərinə götürərək, Azərbaycanda siyasi sabitlik və iqtisadi yüksəliş yaratmışdır. Bu vəziyyət on ildən çox davam etmişdir. 2004-cü ildə ulu öndərin siyasi varisi İlham Əliyev prezident seçilmiş və beş illik prezidentliyi dövründə göstərdiyi uğurlu fəaliyyətinə görə xalqın hörmət və ehtiramını qazanmışdır.
Konstitusiyanın prezidentə aid bəndində dəyişiklik məhz bu zərurətdən yaranmışdır. Radikallar rayonlarda əhali ilə görüşlər keçirib təxribat əməllərinə yol verirlər. Onlar gah əmanətlərin qaytarılması haqda, gah da referendum əleyhinə imza toplamaqla məşğul olur, sonra isə hakimiyyət orqanlarının təzyiqi ilə üzləşdiklərini deyirlər. Əslində, polis asayişin qorunması ilə məşğul olur.