PDF Oxu

Köşə

  • 10

AMİP-ə sədr Parisdən gəlir

AMİP-ə sədr Parisdən gəlir
Radikal bloklara və onların referendum əleyhinə təşəbbüs qruplarına qoşulmayan AMİP lideri Etibar Məmmədov nəzarəti altında olan partiyanın bünövrəsini möhkəmləndirmək istəyir. AMİP-in bünövrəsi bir neçə dəfə əsasından silkələnmişdi. E.Məmmədov sədrliyi Əli Əliyevə həvalə edib liderlik xülyasına düşdükdən il yarım sonra xalaoğlu E.Məmmədova arxadan zərbə endirib, AMİP-i "Azadlıq" blokuna qoşmuşdu. Təcili tədbir görən E.Məmmədov partiyanın bir hissəsini xilas edib Ayaz Rüstəmovu sədr elan etmişdi. Əli Əliyev isə AMİP-çilərin ikinci hissəsini  təşkil edən həmkarları ilə "Azadlıq" blokunda qalmışdı. O, AMİP-dən qopub tabeçiliyində qalan hissəni "VİP" adlandırmalı olmuşdu.
Daha il yarım keçdikdən sonra AMİP-in fəaliyyətində enmələr müşahidə edilmişdi. Yeni sədr məsələsi ortaya atıldıqda isə Ayaz Rüstəmov səhhəti ilə əlaqədar tutduğu sədr postundan istefa vermişdir. O vaxtdan il yarım keçsə də, AMİP-in sədr postu boş qalmaqda davam edir. Bəlkə E.Məmmədov ALP-dəki durumu təkrarlamaq fikrinə düşüb? Əldə etdiyimiz yeni məlumat fikrimizin yanlışlığı qənaətini möhkəmləndirdi. Öyrəndik ki, E.Məmmədov bir milli istiqlalçı lider kimi öz AMİP-ini yüksəliş yoluna istiqamətləndirməyə cəhd edir.
Fevralın 19-da E.Məmmədov AMİP-in Nəsimi rayon təşkilatının ofisində Fransanın iqtidar partiyalarından birinin nümayəndəsi Jak Helvosla görüş keçirmişdir. Görüşdə AMİP-in baş katibi Fuad Muxtarov, siyasi məsələlər üzrə sədr müavini Əli Ələkbərov və mətbuat məsələləri üzrə sədr müavini Əli Orucov iştirak etmişdir. Yığıncaqda müzakirə edilən başlıca məsələ boş qalmış AMİP sədrliyini kimin tutacağı haqda fikir mübadiləsinə həsr edilmişdir.
Oxucular soruşa bilərlər ki, bəs Fransanın iqtidar partiyasının nümayəndəsi Jak Helvosun bu məsələyə nə dəxli var? Söhbət ondan gedir ki, AMİP lideri E.Məmmədov istəyir ki, məhz Jak Helvosa AMİP sədri olmaq təklifi ilə müraciət edib. E.Məmmədovun başlıca məqsədi D.Helvosdan maddi dəstək almaqdır. Xtırladaq ki, J.Helvos iqtidar partiyasının üzvü olmaqdan başqa, həm də çox imkanlı adamdır. Yəni bu adamın Parisdə, eləcə də Fransanın müxtəlif şəhər və bölgələrində iri zavod və fabriklərə malikdir. Bu yerdə E.Məmmədovun məqsədi başa düşülür. Düzü, elə J.Helvos da vəd etmişdir ki, AMİP-ə sədri vəzifəsini icra etməyə razılıq veribmi? E.Məmmədovun təklifinə hörmət və ehtiramla yanaşan J.Helvos bu məsələ ətrafında müəyyən müddət fikirləşdikdən sonra konkret cavab verəcəyini bildirdi. Yığıncağın gedişində iştirak edən AMİP-in elitar dairələrinin nümayəndələri F.Muxtarov, Ə.Ələkbərov və Ə.Orucov J.Helvosun maliyyə dəstəyindən sonra AMİP-in fəaliyyətindəki mürəkkəbliklərə son qoyulacaqdır. Yəqin ki, tezliklə bu məsul yığıncaqlarda iştirak edənlər AMİP-in varlanacağı haqda məlumatı partiyanın aşağı eşalonuna ötürəcəklər. O zaman AMİP üzv və funksionerlərinin sevincinin həddi-hüdudu olmayacaqdır.
Bu gün radikal yönlü partiya liderlərinin hər biri rəhbərlik etdiyi qurumu ayağa qaldırmaq üçün özlərinə məxsus çıxış yolu axtarır. Ancaq indiyədək heç kəs partiyasının sədr postunu xarici ölkə vətəndaşına həvalə etmək haqda düşünməmişdi. Radikal ekspertlər hələ bu yöndə öz orijinal mülahizələrini irəli sürməmişlər. Görünür, onlar E.Məmmədovun bu addımını uzağa gedən siyasətçi addımı kimi qiymətləndirəcəklər.
Hamı yaxşı bilir ki, Rəsul Quliyev ADP-ni xaricdən idarə edə bilməyib, "ACP" sədrliyi ilə kifayətləndi. Lalə Hacıyeva "MBH" zirvəsinə yüksəldikdən sonra ALP nəzarətçisinə yuxarıdan aşağı baxmağa başlayıb. İsa Qəmbərov öz Müsavatını Avropa liberallarına pərçim edib. Əli Kərimov ciddi bir iş görməyə müvəffəq olmasa da, Rusiya liberalı Jirinovski ilə xosunlaşmaq xəyalına düşüb. Digərləri isə "QRUBH"-ə təpilib. E.Məmmədov isə rəhbəri olduğu partiyanın sədr postunu tutacaq adamın Parisdən gəlməsini gözləyir və bunu təbii hesab edir.

Digər xəbərlər