PDF Oxu

Köşə

  • 9

Kim-kimin qucağındadır, “bəy”?

Kim-kimin qucağındadır, “bəy”?
Vallah, məni qınamayın, mənim bu müxalifət nümayəndələrinə baxanda bir yazığım gəlir, bir də, pis çıxmasın adamda allergiya yaranır. Deynən niyə? Hə, bax əsas məsələ də budur. Adamın bunlara yazığı gəlir, ona görə ki, bir insan kimi cəmiyyətdə müxalifət nümayəndərinin, pis çıxmasın it yerinə də qoyulmaması, camaatın bunlara peşkeş kimi yanaşmalarına baxanda, bir növ kövrəlirsən. Adamdır da, istəməzsən ki, bu günə düşsünlər. Amma sual olunur, kim bunları bu günə salıb? Cavab birdir: heç kim, elə özləri. O qədər onun-bunun qucağına, qrant kisəsinə atılıblar ki, bu günə düşüblər də. İndi bu qucaq məsələsinə bir azdan aydınlıq gətirəcəm.
Bunların açıqlamalarından ona görə allergiyaya tutulursan ki, yəni adam deyilən bəndə də bu dərəcədə həyasız olar? Gör nə gündədirlər ki, heç Allahın Herkeli, Qrossu da bunları adam yerinə qoymurlar, amma danışanda ağızlarına .., əstəğfürullah pis söz deyəcəkdim, nədi o, hə, çullu dovşan sığışmır. Blirsiniz niyə? Çünki vaxtı ilə onların qrantlarını görməmiş kimi basıb yeyiblər, verdikləri "vədləri" də qoyublar yarımçıq, yəni bunlar Avropadakı qrant bosslarına "atıblar". Ona görə də, müxalifət rəhbərləri nə qədər gedib Strasburqda çığırıb yalvarsalar da, heç kim onlara inanmır. "Atanşik"dirlər, axı! İndi də qarınları quruldaya-quruldaya, özlərindən boşboğaz bəyanatlar yayıb siyasi gündəmdə qalmaq üçün ağıllarına gələni deyirlər.
Hə, indi gələk AXCP (i) sədri Əli Kərimovun dünən "Azadlıq" qəzetində dərc olunmuş yazısına. Vallah, mən həmişə köşə yazısı yazanda, fikirləşirəm ki, yazdığım yazı elə olsun ki, əsil reallığı əks etdirsin və camaat yazdığıma qiymət versin, baxanlar nəticə çıxarsınlar. Yəni, mən yazılarımda nə varsa, onu deyirəm, elə müxalifət barəsində də. Neçə müddətdir ki, qardaş bildiyimiz Türkiyənin Ermənistanla sərhədləri açması barəsində nəinki ölkəmizdə və Türkiyədə, bütün dünyada qızğın müzakirələr gedir. Hətta ABŞ boyda ölkənin prezidenti qarabala Barak Obama da işini-gücünü atıb İstanbula gəldi və müzakirələr apardı. Apardı-aparmadı? Əlbəttə, apardı. Cənab Prezident İlham Əliyev, XALQIN və DÖVLƏTİN milli maraqlarını əsil Azərbaycan KİŞİSİNƏ məxsus şəkildə qoruyub İstanbula getməkdən imtina etdi-etmədi? Əlbəttə, etdi. Ay atana rəhmət, bütün dünya və Türkiyə mətbuatı ölkə Prezidentinin bu jestini yüksək qiymətləndirdimi? Yüz faiz. Adamın üstündə Allah var, gərək danışanda HAQQA danışasan, bir sıra müxalifət rəhbərləri də buna yüksək münasibət bildirdilərmi? Bəli, bildirdilər.
Ə.Kərimov deyir ki, sammitə qatılmamaqla Türkiyəni küsdürdük və Rusiyanın qucağına atıldıq! Pah atonnan, deyəndə ki, bunlara baxanda, məni allergiya tutur, elə bilirlər ki, mən də bəzi siyasətçilər kimi, "publikaya" işləyirəm. Əli "bəy" özü-özünü rüsvay etdi, özü də yüz faiz. Denən niyə? Ona görə ki, birincisi, qoy Türkiyə yüzlərlə azərbaycanlını diri-diri şişə keçirən, hamilə qadınların qarnını yarıb körpə uşaqları oda atan, torpaqlarımızı talan edən, ən əsası isə Türkiyənin özünə düşmən kəsilən Ermənistanla sərhədi açmağı ağlına gətirdiyinə görə özü-özündən küssün, bizdən niyə küsür? Sonrası da bu qucaq məsələsi, deyəsən, Əli bəyin yaman xoşuna gəlir ha. Dəfələrlə qəzetlər, elə müxalifət qəzetləri də onu manşetlərində o qədər pis vəziyyətlərə salıblar ki... Qətiyyən belə səhvlər etməyin, "bəy". Özünə kimin qucağında yer edirsənsə et, bunu başqasına məsləhət görmə! Gedin işinizlə məşğul olun, siyasət sizlik deyil!

Digər xəbərlər