PDF Oxu

Köşə

  • 18

İsa Qəmbərov “Soros” fondunun rəhbərliyi ilə görüşə hazırlaşır

İsa Qəmbərov “Soros” fondunun rəhbərliyi ilə görüşə hazırlaşır

İsa Qəmbərov:

İndi mənim pas tutubdu poladım,
Xaricdə çox qab dibini yaladım,
Bosdan axan milyonları taladım,
"Soros" məndən istəyəcək hesabat.

Tofiq Yaqublu:

Get deyəndə İsanı tutur vərəm,
Dəstək verdim görmədim ondan kərəm,
Müsavatda başqan olmaq istərəm,
Bu fikrimi çox yazıbdı mətbuat.

İsa Qəmbərov:

İndi heç kəs bura salmır yolunu,
İtiribdi siçovul da kolunu,
Geri alır boss verdiyi pulunu,
İndi mənə şıllaq atır Müsavat.

Tofiq Yaqublu:

Boss pul vermir, batıb başqan gəmisi,
Eyni vaxtda yandırılıb zəmisi,
Savadda yox burda mənim kimisi,
Bir çoxları İsa kimi bisavad.

İsa Qəmbərov:

Gicgahıma vurub zərbə çağırır,
Sülhə deyil, sözsüz, hərbə çağırır,
İsrar ilə məni Qərbə çağırır,
İnanmıram "Soros" verə mükafat.

Tofiq Yaqublu:

Qüdrətliyəm, burda meşə salaram,
Ətrafımı dilə-dişə salaram,
Müsavatı özüm işə salaram,
İndi ona yoxdu burda tələbat.
İsa Qəmbərov:

Mən demişəm, "İT"-də özüməm şaman,
"Soros" isə mənə gətirmir iman,
Pulu məndən geri istəyən zaman,
Gözlərimdən qaçdı bütün hürufat.

Tofiq Yaqublu:

İsa deyir heç əzəlim olmayıb,
Heç bir zaman yaxşı təlim olmayıb,
Müsavatda məntiq, elm olmayıb,
Burda didir beyinləri xurafat.

İsa Qəmbərov:

Mənim kimi lider burda məgər var?
Mən "Soros"a yollanıram, ciyər var,
Nə qədər ki, məndə ali dəyər var,
Qismət oldu mənə əsil xarabat.

Tofiq Yaqublu:

Sözsüz, İsa Qərbdə bossların qulu,
Gecə-gündüz suda qalmaqda çulu,
Soruşsalar hara xərclədin pulu?
Cavab vermək ona gəlir zarafat.

İsa Qəmbərov:

Xəfiyyəyəm, sözsüz, cavan yaşımdan,
Süd, şampanski axıb daim duşumdan,
Onlar pulu özü töküb başımdan,
"Soros" mənə verməyəcək tələfat.
Tofiq Yaqublu:

Qalıb ona adi Kosa dəyəri,
Düşündürür onu kassa dəyəri,
Boss yanında yoxdu İsa dəyəri,
Gəlin onu eyləməyək balovat.

İsa Qəmbərov:

Sözsüz, yenə mənim olar qələbə,
Onlar qorxar xəncər çəksəm bülövə,
Boss pul verər Qərbdə mənə əlavə,
Qüvvəm qalıb bir neçə yüz kilovat.

Tofiq Yaqublu:

Həmkarına əl verməyən başqana,
Yal üçün çox gur hürməyən başqana,
Qərbdə bosslar iş görməyən başqana,
Yatmaq üçün verəcəkdir kravat.

İsa Qəmbərov:

Tam gücünü sərf eyləyən utanmaz,
Qrant lazım mənə, bosslar da danmaz,
Pul istəyib mən utanmaz-utanmaz,
Deyəcəyəm, vallah, budu şurovat.

Tofiq Yaqublu:

Etibar etməmiş İsa dostuna,
Nəhayət, mən çıxdım onun rastına,
Mən tez gəlsəm əgər sədr postuna,
Müsavatı eyləyərəm mən abad.
İsa Qəmbərov:

Çox bədxahın gözlərini oymuşam,
Nəsimi tək dərisini soymuşam,
Yaqublunu mən müavin qoymuşam,
Ancaq yoxdu onda azacıq savad.

Tofiq Yaqublu:

O, meydanda çox aldatdı, bil, xalqı,
Düşündürdü onu xaricdən alqı,
Mən bu günəm, İsa keçmiş qalığı,
Mən Sərvərəm, o, bir Məşədi İbad.

İsa Qəmbərov:

O, bədəncə məndən xeyli iridi,
Əfəl deyil, bir az məndən diridi,
Bu Yaqublu bir naşının biridi,
Müsavatı eyləyibdi o, bərbad.

Tofiq Yaqublu:

O, çox köhnə, mən yeniyəm, həm təzə,
Gecə-gündüz qəbul edir mey-məzə,
İsa bəydən çıxar bir Keçəl Həmzə,
Mən yanında, əsil gəncəli Cavad.

İsa Qəmbərov:

Uzun illər çəkdim zəhmət, əməllər,
Xaric verdi, yedim yağlı yeməklər,
Bu Yaqublu siyasətdə iməklər,
Radikal içində qazanmışam ad.

Tofiq Yaqublu:

Qoca İsa yaşlaşıbdı, buzlayır,
20 ildi meydanları tozlayır,
Gecə-gündüz sızım-sızım sızlayır,
O, bədbindi, mən nikbinəm, həm də şad.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər