PDF Oxu

Köşə

  • 16

“İP”-də “kölgə kabineti” mövzusu hallandırılır

“İP”-də “kölgə kabineti” mövzusu hallandırılır

Ədalət Yusifov:

Həm Pənahın göz işığı, qorası,

"Kölgə Kabineti" "İP"-in xorası,

Mənim yerim Koordinasiya Şurası,

Mən KŞ-nin nümunəvi üzvüyəm.


Pənah Hüseynov:


Sözümdən çıxanlar qalsınlar gözsüz,

"KK"-siz "İP" özü qalardı üzsüz,

Kölgəni mən atdım ortaya, sözsüz,

"KK" mövzusunda hörmət tövsiyəm.


Ədalət Yusifov:


Çaya düşən mis pul çöpə yapışmır,

Tipsizlik Pənah tək tipə yapışmır,

"Kölgə Kabineti" "İP"-ə yapışmır,

Nə olsun ki, qövsü-quzey qövsiyəm.


Pənah Hüseynov:


Sinəm dopdoludu, sanma tükənim,

Mənim təklifimə kəsilmə qənim,

"Kölgə kabineti"-ideya mənim,

Nə olsun amalsız, səfəh, səfsəyəm.


Ədalət Yusifov:


"KK" sinirib getmərəm huya,

Kabinet mənə çox şey verər guya,

Əsla, söykənmərəm pis ideyaya,

Nəhs olan kəlamın əsil nəhsiyəm.


Pənah Hüseynov:


Sözünü ağzında yoğur deməkdir,

Kabinetsiz "İP"-də çuxur deməkdir,

"Kölgə Kabineti" uğur deməkdir,

Bəhs edən kəslərin kəskin bəhsiyəm.

Ədalət Yusifov:


Boss elə boş yerə göndərmir pulu,

20 il olubdu cibin də dolu,

Uğur qazanardı nəfsinin qulu,

Sən xəsis, mən isə Hatəm nəfsiyəm.


Pənah Hüseynov:


Çox yaxşı bilirəm "İP"-də yerimi,

Mən də kabinetə verdim "həri"mi,

Bu gözəl təklifi alım gerimi?

Yersiz sözmü dedim sizlərə, bəyəm?


Ədalət Yusifov:


Hər yerindən duran bir bina tikir,

Pənah "İP" şumunda yad toxum əkir,

Mən öyrənmək üçün konkret fikir,

Gərək İsa ilə Əliyə dəyəm.


Pənah Hüseynov:


Mən tikdim çox uca gözəl bir bina,

Kabinet adını qoymuşdum ona,

Yalnız ideyamdan edib imtina,

Əl qoyub köksümə gərək baş əyəm.


Ədalət Yusifov:


Qarşımda qadağa, zapret, tabu net,

Pənahın dözümü nə də tabı net,

Yaraşıq verərmi "İP"-ə kabinet,

Sənin nəzərində bəyəm mən nəyəm?!


Pənah Hüseynov:


Büdcəni dağıtdım oynayıb odla,

Saxlaya bilmədim qanımı yodla,

Mənimki odur ki, müxtəlif adla

Xaricdən əlimə keçəni yeyəm.


Ədalət Yusifov:


Gah sağa meyl edib, sola sapma gah,

Gahdan da ortaya atılma Pənah,

İsadı, Əlidi liderim, vallah,

Başımın üstündə oturub yiyəm.


Pənah Hüseynov:


Beyinsiz başları yeyibdi güvə,

Ona talib olun varkən girəvə,

"Kölgə Kabineti" əlçatmaz zirvə,

Gərək bu təkliflə özümü öyəm.


Ədalət Yusifov:


"İP"-də iş görülmür əsla xəlvətdə,

Sənin kimilər çox bizim külfətdə,

Fikrini öyrənmək üçün, əlbəttə,

Gərək gizli yolla liderə dəyəm.


Pənah Hüseynov:


Bosslar ideyama gözünü dikir,

Oyuncaq liderin belini bükür,

Liderin söyləmir nədən bir fikir?

Gərək liderinə çığxırıb söyəm.


Ədalət Yusifov:


Heç vaxt olmamısan sən yaxşı həmkar,

Bizim "İP"-imizdə vacibdi qəmkar,

Sərsəm təklifləri etməkçün inkar,

"İP"-in sayəsində itidi tiyəm.


Pənah Hüseynov:


Kabinetsiz "İP"-i saymıram qurum,

Liderinizdən xali şüurum,

Sizinkindən yüksək ali şüurum,

Mən yerdən kənaram, səmayam, göyəm.


Ədalət Yusifov:


Çoxlu problem var kabinetində,

Yarat bir pivnoy bar kabinetində,

Öz "İP"-siz, həm də dar kabinetində,

Sənə yemək üçün verərik göyəm.


Pənah Hüseynov:


Cırıblar üzünü Sabirabadda,

Deşiblər gözünü Sabirabadda,

Sevmirlər özünü Sabirabadda,

Sənin təklifindən qaçmaqda Zəyəm.


Ədalət Yusifov:


"İP"-in mehrabında bizim tək əyil,

Sərsəm ideyaya eyləmə meyil,

Təklifin "İP" üçün münasib deyil,

Olsun kabinetin mənim mal pəyəm.


Pənah Hüseynov:


Sağlamsan, özünə sən qrip demə,

Mənə də möhkəmdən əfəl, tip demə,

Yalandan hay təpib, çox "İP"-"İP" demə,

İpimi əlinə verim, ol dayəm!


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər