PDF Oxu

Köşə

  • 13

Əhməd Orucla Pənah Hüseynovun “razborkası” davam edir

Əhməd Orucla Pənah Hüseynovun “razborkası” davam edir

Əhməd Oruc:


150-200 gillədib araq,

Ağzına əskidən tıxac tıxaraq,

Tutub boğazından yerə yıxaraq,

Pənah Hüseynovu küncə dirədim.


Pənah Hüseynov:


Baxmaz qarasına, baxmaz ağına,

Qorxuram axırda mənə sığına,

Baxmazdım Əhmədin "Azadlığ"ına,

Sorğusuz birbaşa "İP"-ə girərdim.


Əhməd Oruc:


Çox Pənahlar qalıb izimin altda,

Başları soxulub mizimiz altda,

Qatlayıb Pənahı dizimin altda,

Cəld priyom ilə yerə sərərdim.


Pənah Hüseynov:


Adına şayiə hörməmək üçün,

Üstünə yalandan hürməmək üçün,

Əhməd kimisini görməmək üçün,

Özümü ən sarsaq küncə verərdim.


Əhməd Oruc:


Pənah meyillidi xor-xor yatmağa,

Siyasi "as"lara şıllaq atmağa,

Başı qarışanda qarpız satmağa,

Onun bostanından məhsul dərərdim.


Pənah Hüseynov:


Pisləşir Əhmədi görcək durumum,

Hazıram gözünə doldurmağa qum,

Xoşuna gəlsəydi mənim qurumum,

Azman qanadımı üstə gərərdim.

Əhməd Oruc:


Qadir deyil görə gözündə tiri,

Özü də naqisin, sərsəmin biri,

Gözünə baxaraq lap diri-diri,

Mən onu divara yalnız hörərdim.


Pənah Hüseynov:


Həmişə göstərib bucaq, tin mənə,

Düzdü, o, bəsləyib xeyli kin mənə,

Qüvvəsi çatsaydı Əhmədin mənə,

"İP"-in iclasında it tək hürərdim.


Əhməd Oruc:


Onu düzəldəcək divanın sonu,

Mənim xeyrimdir davanın sonu,

Özü olmasa da boynuna bunu,

Çox oldu Pənahı mən yerə sərdim.


Pənah Hüseynov:


O, mənim əlimdə eyləyər vəfat,

Boğub öldürərəm onu hər saat,

Onu görməyəndə oluram rahat,

Əhmədi görəndə çoxalır dərdim.


Əhməd Oruc:


O, kütlələr üçün umac eylədi,

Sonra da xaricə ixrac eylədi,

Mənasız ideya ixrac eylədi,

Ağrı-acısını daim mən dərdim.

Pənah Hüseynov:


Təmirdən sonra da tavanı damdı,

Yaxşı yoldaş deyil, əsil yamyamdı,

Əhməd Oruc, düzü, axmaq adamdı,

Onunkundan daha yüksəkdi fərdim.


Əhməd Oruc:


Mənim bəxtim ağdı, onunku siyah,

Mənim qabağımda işlədib günah,

Hər dəfə uduzdu zavallı Pənah,

Mən ona həyatda çox fora verdim.


Pənah Hüseynov:


Bizim konfliktdə uzanmaqda uc,

Mənim xeyrimədi, şübhəsiz, sonuc,

Bulanıq Arazdı bu Əhməd Oruc,

Mən onun yanında dumduru Kürdüm.


Əhməd Oruc:


Bu adam özünü sanır "İP"-də şah,

Mən çox qəşş eyləyib, çəkmişəm qah-qah,

Dedim yola gəldi bəlkə bu bədxah,

Çaqqal tək uladım, it təki hürdüm.


Pənah Hüseynov:


Bu adam deyir ki, Smbatyan Səhləm,

Siyasi meydanda adi bir fəhləm,

"İP"-ə gələndə o, gedibdi zəhləm,

O, cərgəyə gircək əyilir kərdim.

Əhməd Oruc:


Onun ünvanında indi sarı sim,

Tez-tez qulağında gurladı səsim,

Mənim tilovumdan yan qaçdı daim,

Nədənsə girmədi, mən çox tor hördüm.


Pənah Hüseynov:


O, çoxdan düşübdü ağıl taxtından,

Bununçün küsməli ancaq baxtından,

Mən Əhməd Orucun tifil vaxtından,

Həmişə üstündə tam qanad gərdim.


Əhməd Oruc:


Vaxtında təpinib sıxmadım onu,

Nəhs itin gözünə soxmadım onu,

Təəssüf eylədim, boğmadım onu,

Odur ki, narahat, həm də bir cürdüm.


Pənah Hüseynov:


Dedim çörək verib qazanıb savab,

Səhvən mən onunla çox yedim kabab,

Əvvəl nə deyibsə vermişəm cavab,

O zaman acıqlı, həm də ki, kürdüm.


Əhməd Oruc:


Hücumumdan sonra iylənib, qoxub,

Pənahın adını qoymuşam "çor xub",

Məni görən zaman həmişə qorxub,

Bir vaxtlar üstünə yaman böyürdüm.


Pənah Hüseynov:


Sərf etdim fərəhli anımı belə,

Əhmədə yudurtdum yanımı belə,

Ona qurban etdim canımı belə,

İmdad istəyəndə, önə yüyürdüm.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər