PDF Oxu

Köşə

  • 10

Əhməd Oruc İsa Qəmbərova qarşı

Əhməd Oruc İsa Qəmbərova qarşı

Əhməd Oruc:


İsanın özü də, "İP"-i də qatıq,

Nitq deyə bilməyən çənəsi batıq,

"DUİ" Mirmahmudsuz böyüyüb artıq,

İsa bizə bir də deməsin "cırtdan".


Vurğun Əyyubov:


Bossun bir misqallıq payı deyilsən,

Başqan bir fil, sən heç ayı deyilsən,

Sən Əhməd İsanın tayı deyilsən,

Burnunun altında sən gəl az mırtdan.


Əhməd Oruc:


Əhməd dostlarıyla "DUİ"-də bişər,

Ətrafı qıvrılıb "İP"-də büzüşər,

İsa Müsavatdan didərgin düşər,

Necə ki, Əli bəy ayrıldı "Yurd"dan.


Vurğun Əyyubov:


İsada arxaya dönməyir süysün,

Sərsəm ideyanı qoy dolu döysün,

Sənin "Azadlığ"ın başına dəysin,

Bosslar məhrum edər "DUİ"-ni yurddan.


Əhməd Oruc:


İflasa uğradı Əlinin "Yurd"u,

Bundan ibrət alan başqan qururdu,

Təbliğ eyləyirsən özün bozqurdu,

Ancaq çox qorxursan çaqqaldan, qurddan.


Vurğun Əyyubov:


İsa nə səbəbə, de, "İP"-ə cumdu,

Radikal liderlər o tipə cumdu.

"DUİ" və "Azadlıq" "cırtdan" qurumdu,

Sən özün qarşımda əsil bir xortdan.


Əhməd Oruc:


Səni məhv etməkdə yaşam qoxusu,

Başqan ətrafında kütlə çoxusu,

İsanın lap çoxdan qaçıb qorxusu,

Dəhşətə gəlirsən adi bir "part"dan.


Vurğun Əyyubov:


Xiffətdən saralıb-solandan bəri,

İsasız xəyala dalandan bəri,

Mirmahmuddan öyüd alandan bəri,

Deyəsən, çıxmısan dizlikdən, şortdan.


Əhməd Oruc:


Pənaha vurmuşam elə şapalaq,

Önümdə diz çökdü o kor yapalaq,

İsaya vuraram elə badalaq,

Sən məhrum olarsan ombadan, sırtdan.


Vurğun Əyyubov:


Ay Əhməd, gözünü sən az "İP"-ə dik,

Sən başı havalı bədbəxt lunatik,

Sən özün, əlbəttə, deyilsən natiq,

Bizim başqanımız möhkəmdi orddan.


Əhməd Oruc:


"İP"-inin başında partlayar qada,

Xoş gün görməzsiniz sizlər dünyada,

Əli "Yurd"u ilə eyləyər vida,

Arxasınca İsa atılar bortdan.

Vurğun Əyyubov:


Bədxahlıq cəmləşdi şəxsində yaman,

Daim su altından yeritdin saman,

"DUİ" partiyan tək məhv olan zaman,

Sənə də düşəcək şirinlik tortdan.


Əhməd Oruc:


Könlünü bossuna gec versə İsa,

Lider, başqan kimi bitərsə İsa,

Hansı bir ölkəyə gedərsə İsa,

Orda liman varsa, qayıdar portdan.


Vurğun Əyyubov:


"İP"-dəki uğur da qəlbində xaldır,

Bizim başqana da az qaldır baldır,

Get sən Mirmahmudsuz "DUİ"-ni qaldır,

İsa mətbəxində sən gəl az qurtdan!


Əhməd Oruc:


İsa Müsavatdan incə düşdüsə,

Sizin "İP"-inizə gecə düşdüsə,

İsa "Mersedes"dən necə düşdüsə,

Həmin üsul ilə düşəcək "Ford"dan.


Vurğun Əyyubov:


Uyuşmur İsayla səndəki şakər,

O, lider, sən isə səfil, sərasər,

Əhməd İsa ilə gəlməz bərabər,

O, hansı sortdandı, sən hansı sortdan?

Əhməd Oruc:


Boss sizlə rəftarı kobud edəcək,

Bunu həyat özü sübut edəcək,

Bu payız "Yurd" Əli süqut edəcək,

Başqanın taleyi gətirmir martdan.


Vurğun Əyyubov:


İsanın yönünü gölə çıxardın,

Yaxın ətrafını dölə çıxardın,

Ağzına nə gəldi çölə çıxardın,

Sən nə qazanıbsan bu darta-dartdan?


Əhməd Oruc:


"DUİ"-də məzəni, meyi qazandım,

Sizdə İsa kimi keyi qazandım,

Darta-dartdan eyni şeyi qazandım,

Bir şey qazanıbsa o parta-partdan.


Vurğun Əyyubov:


Kütlədən uzaqsan, sayıq deyilsən,

Həmişə piyansan, ayıq deyilsən,

Anla ki, sən "İP"-ə layiq deyilsən,

Ayır çənəni də qeybətdən, mırtdan.


Əhməd Oruc:


Xaşxaşla doludu hər park, hər meşə,

Elə sən özün də nəşədən döşə,

Başqan az doldursun qalyana nəşə,

O vaxt tez ayılar, yəqin ki, çortdan.


Vurğun Əyyubov:


Bir az ağıla gəl, açma paxırı,

Çalış yaxşı olsun ömrün axırı,

Gillədəndən sonra araq, çaxırı,

Ye üstdən, cana gəl qaymaq, yoğurtdan.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər