PDF Oxu

Köşə

  • 35

Etibar Məmmədov İsa Qəmbərova qarşı

Etibar Məmmədov İsa Qəmbərova qarşı

Etibar Məmmədov:


"Hücum" taktikası seçmişəm yeni,

Mən İsaya qarşı çıxıram yəni,

Bu yoldan döndərməz bir qüvvə məni,

Başqanın "İP" kimi yox gələcəyi.


Pənah Hüseynov:


Atalar deyiblər gülmə qonşuna,

Gəl təpil "İP" kimi nəhəng qoşuna,

"Hücum" taktikan da dəysin başına,

Səninlə nisbətdə çox biləcəyi.


Etibar Məmmədov:


Əskik lider kimi çoxdan yanıbdı,

Onu Müsavatda üzvlər danıbdı,

İsa köhnəlibdi, artıq sınıbdı,

Mümkün olmayacaq bol güləcəyi.


Pənah Hüseynov:


O, bizdə yeganə narıncı əyin,

Doğrudan, o, "İP"-də tayıdı səyin,

Narahat etmirmi, bəs İsa bəyin

Gözünün yaşını gec siləcəyi.


Etibar Məmmədov:


Apardım özümü mən babat kimi,

Göstərdim özümü xeyli şad kimi,

"İP" də öləziyib Müsavat kimi,

Mənə xoş gələrdi tez öləcəyi.


Pənah Hüseynov:


AMİP-in çökübdü, ölü andırır,

Etibar faydasız yeli andırır,

İsa qurumunda fili andırır,

Təqlid eyləyirsən sənsə böcəyi.

Etibar Məmmədov:


"İP"-də o, yalandan həyat deməkdə,

Özü də onları boyat deməkdə,

İsa gecə-gündüz geriləməkdə,

Nüfuzdan düşübdü, bihudə səyi.


Pənah Hüseynov:


Səni də "İP"-ində hürküdə bilər,

Həmləylə AMİP-i o, ütə bilər,

İsa hücumunu dəf edə bilər,

Naftalin qoxumur onun özəyi.


Etibar Məmmədov:


"İP"-də, Müsavatda əbəsdi səyi,

"Hücum" taktikası vacib gərəyi,

Gəlməkdə İsadan naftalin iyi,

Zahirdə olardı daim təzəyi.


Pənah Hüseynov:


Başqası əlində həm pultun sənin,

Batıbdı AMİP-də gurultun sənin,

Gəlmir, söylə, nədən xırıltın sənin?

Təzəyindən çoxdu İsa bəzəyi.


Etibar Məmmədov:


Başqan gedib Qərbdə aradı qanı,

Qrantdan boğulmuş paradı qanı,

İsanın həmişə qaradı qanı,

Çünki tükənibdi ehtiyat zəyi.

Pənah Hüseynov:

Son vaxtlar xaricdə gedib bitmisən,

Elektoratını çox gözlətmisən,

Özünü Londonda sən gizlətmisən,

İsa bəy gizlətməz bizdən heç nəyi.


Etibar Məmmədov:


Xidmət eyləyirdi şərə bilmədi,

Bossun qılığına girə bilmədi,

Nə mitinqdə bir iş görə bilmədi,

Nə də meydanlarda yoxdu əməyi.


Pənah Hüseynov:


Yağardı başına qrant şabaşı,

Addım da atardı bosslara qarşı,

Burda dəmlətdirər plovu-aşı,

Xaricdən gələrdi ləziz yeməyi.


Etibar Məmmədov:


Mən ona lüzumsuz bir lider dedim,

Təhər-töhürü də, özü də qədim,

Cəhd etsəm də belə görə bilmədim,

İsaya edilən cüzi köməyi.


Pənah Hüseynov:


İsa cəsarətlə Qərbə gedəndə,

Bir çəkingənlik yarandı səndə,

O, tribunada çıxış edəndə,

Yazıq, bacarmadın bir söz deməyi.

Etibar Məmmədov:


Bosslar çeviriblər ona dalını,

Tərsinə fırladır İsa valını,

Yadına salanda süqut halını,

Yəqin oxuyardı "Rahab", "Mirzəyi".


Pənah Hüseynov:


AMİP sədrləri sənə bozardı,

Bir pis lider kimi səni dərd sardı,

Olmusan kütlədən özün gözardı,

Çox da gözdən salma sən İsa bəyi.


Etibar Məmmədov:


İsa da Kiyevdə "RUX"-u bişirir,

Kütlələr azı yox, çoxu bişirir,

Başqan yatağında yuxu bişirir,

Londonun köksünə sürdüm xizəyi.


Pənah Hüseynov:


İsa qazanıbdı səndən xeyli çox,

Sən ac görünürsən, onun qarnı tox,

Sənə uzun vaxtdır sent verən də yox,

Qrantçün açılır İsa ətəyi.


Etibar Məmmədov:


Apardım ardımca bir vaxt milləti,

O, ləng yeriyirdi, tərpəndim qəti,

Onunçün azalıb başqan sürəti,

Mən atı götürdüm, İsa xötəyi.


Pənah Hüseynov:


Təsirdən düşübdü təsirsiz sözün,

Hələ danışmağa vardır bir üzün,

Nə başqan fərqlənib, nə də sən özün,

Tale başınıza vurub kötəyi.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər