PDF Oxu

Köşə

  • 1 544

Pənah Hüseynov “Xalq Parlamenti”nə gedib çıxa bilmədi

Pənah Hüseynov “Xalq Parlamenti”nə gedib çıxa bilmədi



Pənah Hüseynov:


Guya ki, "XP"-yə hazırda tuşam,

Çox yaman gözlərə hədəf olmuşam,

Mən daim avronu üstün tutmuşam,

Sərdar bəyənibdi bir neçə senti.


Rauf Arifoğlu:


"XP"-dən gəlməkdə xoşagəlməz təm,

Basıb ADP-ni azar, kədər-qəm,

Heç zaman Sərdardan ummaz bir məlhəm,

Əli yaralansa götürər binti.


Pənah Hüseynov:


Özünü alçaldıb çox girdi mənə,

Badalaq da gəldi, nə sirdi mənə,

Spiker postunu çox gördü mənə,

Sərdar mərdimazar, həm də bir pinti.


Rauf Arifoğlu:


Suyun üzərində yazılıb yazım,

"Təzəbəy" hamamda qalıbdı yazım,

Bu "Xalq Parlamenti" nəyimə lazım,

Möhtərəm yerlərdə kəsmişəm lenti.


Pənah Hüseynov:


Doyunca yeyərdi aşı olsaydı,

O, "İP"-ə girərdi başı olsaydı,

Sərdarın "XP"-si yaxşı olsaydı,

Rauf Arifoğlu gedərdi indi.

Rauf Arifoğlu:


Udardı getsəydi hərgah mənimlə,

Qazanıla bilər rifah mənimlə,

Qurub yaradacaq Pənah mənimlə,

Qəlbdə qalaqlanan Sərdarın kindi.


Pənah Hüseynov:


Güngörməz yerimdə girişim yoxdu,

İndi hətta "İP"-ə girişim yoxdu,

Onun "XP"-sində bir işim yoxdu,

Sərdar özbaşına burubdu vinti.


Rauf Arifoğlu:


Ehtiyat etməli keçəndə səddi,

Onun "XP"-sinin əyilib qəddi,

Sərdar çərənləyib keçmişdi həddi,

Pənah da bu yerdə çox haqlı dindi.


Pənah Hüseynov:


Dinləyə bilirsən dodaq büzmədən,

Məni də sancırdı özü sezmədən,

Tez-tez danışırdı Sərdar bezmədən,

Çıxışımdan sonra reytinqi endi.


Rauf Arifoğlu:


Milli mentalitet, soydu geridə,

İndi vay-şüvəndi, toydu geridə,

"İP"-də rəqibləri qoydu geridə,

"XP"-də uğurla Sərdarı yendi.

Pənah Hüseynov:


Siyasi yönünü siqlətli tutur,

Daima AXP-ni riqqətli tutur,

O, hər bir işini diqqətli tutur,

Pənahı aldatmaz Sərdarın zəndi.


Rauf Arifoğlu:


Qərbdə axtarmaqda bəhər mühiti,

"XP"-də yaranıb qəhər mühiti,

Onunçün deyildir şəhər mühiti,

Sərdar aşmalıdı bərəni-bəndi.


Pənah Hüseynov:


Bir dost tanımadım mən Sərdar adda,

Daim tənha gəzdim müdhiş həyatda,

Qarpız da satmışam Sabirabadda,

Suqovuşan yerdə gəzdim hər kəndi.


Rauf Arifoğlu:


Meydanda biridi Pənah-sıradan,

Sərdar siyasətdə çıxır aradan,

Deyəsən, bezibdi Tanya-Veradan,

Meylinə düşübdü Samanta-Sindi.


Pənah Hüseynov:


Xeyli mənimsədim Qərbdəki dəbi,

Artıq öləziyib Sərdarın təbi,

Ona öyrədərəm farsı-ərəbi,

Beş barmağım kimi bilirəm hindi.

Rauf Arifoğlu:


Xeyli dərinliyə giribsə Sərdar,

Yalana çıxacaq, nə desə Sərdar,

İki kiçik ölkə görübsə Sərdar,

Pənahın ədəbi məskəni Çindi.


Pənah Hüseynov:


Məcnun dura-dura Leyli kükrəyib,

Sərdara qazanmaq meyli kükrəyib,

İdeoloji durum xeyli kükrəyib,

Mən pərt eyləyərəm zahidi, rindi.


Rauf Arifoğlu:


Qüdrəti gözlərə oxdu Pənahın,

Fərəhi, sevinci çoxdu Pənahın,

Heç bir problemi yoxdu Pənahın,

Sərdarda problem yeddi yüz, mindi.


Pənah Hüseynov:


Mil çəkdim gözünün giləsinə də,

Çıxmadım şamına, vələsinə də,

Düşmədim mən "XP" tələsinə də,

Yenə puça çıxdı Sərdarın fəndi.


Rauf Arifoğlu:


Onun zəif görən gözləri girdə,

Az qalır qrantı gözünə dürtə,

Sərdarın sifəti qəmli, pəjmürdə,

Qurumunun üstü dumandı-çəndi.


Pənah Hüseynov:


Ona çox meşə, dağ, çay, düz göstərdim,

Yolu yeriməyi həm düz göstərdim,

Mən ona bir anlıq xoş üz göstərdim,

Sərdar da sıçrayıb boynuma mindi.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər