PDF Oxu

Köşə

  • 84

Amerikanın “bin Laden kinosu” qurtardı?

Amerikanın “bin Laden kinosu” qurtardı?

Bu oyun da belə qurtardı. Ağ Ev qarabala Barak Obamanın hakimiyyəti zamanında neçə illərdir ki, müsəlman dünyasına qarşı yağlı kozır kimi istifadə etdiyi "Üsamə ben Laden" obrazı ilə də vidalaşdı. Vidalaşdımı? Bu da müəmmalıdır. Çünki hələlik, ssenarinin görünən tərəfi "qurtardı". Amma əsil ssenari bəlkə bundan sonra başlayır? Bəlkə heç qurtarmayıb ssenari?

Kim idi Üsamə bin Laden? Sadəcə bir iki foto fraqmentdən tanınan, elə həmin sayda videosüjetlərdə də çiynində tüfəng meşələrdə silahlı şəxslər ətrafında gəzişən və bütün dünyaya da "bin Laden" kimi tanıdılan bu saqqalı adam obrazı bəlkə heç həyatda olmayıb?

Hər şey ola bilər. Onsuz da son illər dünya siyasətində və ümumiyyətlə, dünyanın hər bir işində həlləm-qəllam işlər baş alıb gedir. Məgər SSRİ kimi supergücü tarixin zibilliyinə göndərən Ağ Ev bir bin Laden obrazını yaratmaq üçünmü girinc qalacaqdı? Təbii ki yox.

Bin Laden artıq ABŞ üçün müsəlman dünyasına qarşı və Asiya-Şərq regionunu zəbt etmək üçün, 200 illik tarixində heç vaxt təkrarlanmayacaq və bir də ələ düşməyəcək bir kart idi. Vaşinqton onun "terrorçu missiyası" ilə Əfqanıstandan tutmuş Yaxın Şərqə qədər hər yerə öz "atını" rahatca "sürürdü". Bin Laden, ABŞ-ın silah mafiyası üçün əsil ləl-cəvahirat idi. Təsəvvür edin ki, Əfqanıstanda ayağı çarıqlı müsəlman qəbilələri aralarındakı tayfa və hakimiyyət davası üçün, Fələstindəki dini hərbi qruplaşmalar isə həm öz-özlərinə qarşı, həm də yəhudilərə qarşı qanlı müharibələr aparmaq üçün Amerika silahının potensial müştərisinə çevriliblər. Bu bədbəxt insanların Amerika silahına xərclədikləri pullar, nəinki milyonlarla dollarlarla, hətta milyard avrolarla hesablanır. Mən hələ Orta Asiya və Əfqanıstan vasitəsi ilə çiçəklənən narkoticarət marşrutunu demirəm. Qazanan kimdir? Vaşinqtondakı silah mafiyası, uduzan bəs kimdir? Yazıq vəziyyətində və cəhalət içərisində yaşayan müsəlmanlar!

Bin Laden də bu silah imperiyasının "qızıl kozırı" idi. Ağ Ev onu "terrorçu" elan edib sonra axtarmaq adı ilə dünyanın harasına girmədi ki? Kimin qəbul edib-etmədiyindən asılı olmayaraq ortada olan fakt odur ki, Vaşinqton, bin Ladendən anti-müsəlman kampaniyası üçün və müsəlmanların dünyaya terrorçu kimi təqdim olunması üçün geninə- boluna istifadə etdi. Amma inandırıcı deyil ki, artıq yeni "bin Laden" obrazı Vaşinqtona lazım deyil. Çünki bu cür obrazlarsız da ABŞ-ın ABŞ kimi dünya siyasətində hegemonluğu mümkünsüzdür. Kimin əlinə silah verib bir-birinə qırdıracaq ki? Yeni Fələstinlər, Əfqanıstanlar haradan tapacaq Ağ Ev? Bəlkə elə amerikalıları bisavad və cahil əfqanların, fələstinlilərin gününə salacaq? Qətiyyən!

Demək ki, yeni bin Laden bir azdan öz obrazına girəcək. Amma bu, indi iddia edildiyi kimi, əl-Zəvahiri-filan deyil. Belə "zəif və işlədilmiş" fiquru Ağ Ev ciddi rolda sınamağa risq etməz. Ə.Zəvahiri də qətiyyən cəlbedici və xarizmatik obrazla qətiyyən uzlaşmır axı. Bəs yeni bin Laden kim olacaq? Bunu zaman göstərəcək....

Digər xəbərlər