Əvəz Temirxan:
Çoxu başsız qoyub indi naxırı,
Artıq "6-lar"dı basan axuru,
Bu gün "İP"-çilərin çatıb axırı,
"Palata" adi bir meyit yığnağı.
Əli Orucov:
Biz "6-lar" kimi önə çıxmışıq,
Əlidən, İsadan yaman bıqmışıq,
Artıq "palata"nı çoxdan yıxmışıq,
"İP"-i təhdid edir kütlə qınağı.
Əvəz Temirxan:
İndi "palata"da düşüncələr dar,
Mirmahmud bizlərə məxsus bir tavar,
Sıramızda "VİP" var, Sərdar, İqbal var,
Yalnız biz keçirə billik sınağı.
Əli Orucov:
Ağır daş altında "palata" başı,
"İP"-çilər başında ağır başdaşı,
"Yurd" Əli üsullu tökür göz yaşı,
Amma tək qızarır İsa yanağı.
Əvəz Temirxan:
Ağrı, xışıltı var qulaqlarında,
Çatmır nəfəsləri otaqlarında,
"İP"-çilər öz ölüm yataqlarında,
Bu gün hər birinin sınıb çanağı.
Əli Orucov:
"Palata"nın içi lap qazıq-qazıq,
Adamlar süstləşib bezib azacıq,
O qədər pulsuzluq çəkib ki, yazıq,
Sürüşüb sol yana çanaq oynağı.
Əvəz Temirxan:
Liderlik etməkdə könlüqırıqlar,
Onları məhv edib şəxsi maraqlar,
Artıb "palata"da üzdəniraqlar,
Olub üzdəniraq xaric qonağı.
Əli Orucov:
Müftə pul almağa ediblər vərdiş,
Çoxdan çökdürübdü onları gərdiş,
Bunlar qrant alır, görmürlər bir iş,
Başları üstündə bossun danlağı.
Əvəz Temirxan:
Bizim "6-lar"ın bir itkisi yox,
Daxildə "İP"-çi tək bircə pisi yox,
İçində faydalı bir bitkisi yox,
Onlar xatırladır qalın alağı.
Əli Orucov:
"İP"-in təpəsinə zərbə sancılıb,
Fikirlər piketə, hərbə sancılıb,
Əlinin nəzəri Qərbə sancılıb,
Burda yer süpürür İsa balağı.
Əvəz Temirxan:
Qarın ağrısına düşüb bu yandan,
"İP"-çilər tamamən boğulub qandan,
Reanimasiya olunan andan,
Eşitmir nə Əli, İsa qulağı.
Əli Orucov:
Onların məkanı uçurum dibdi,
"İP"-in liderləri əldən gedibdi,
O qədər diz çöküb süqut edibdi,
Andırır yük çəkən arıq ulağı.
Əvəz Temirxan:
Qollarda qüvvə yox, nə təpər zərbdə,
Çarə axtarırlar mitinqdə, hərbdə,
Ondan üz döndərib bosslar da, Qərb də,
Artıq boşalmaqda "İP"-in yalağı.
Əli Orucov:
Alçaqboylulara rost neyləyəcək,
Boğazdan yuxarı tost neyləyəcək,
Ölüm ayağında boss neyləyəcək
Ki, xilas eyləsin xəbis, yaltağı.
Əvəz Temirxan:
Bosslardan istərlər həmişə şapka,
Ayaqlar altında olub tryapka,
Onlardan çıxmamış baş üçün şapka,
"İP"-in liderləri ayaq dolağı.
Əli Orucov:
"Palata"dan çıxan qırılmaqdadı,
Bizimçün zirvələr qurulmaqdadı,
"6-lar" bulağı durulmaqdadı,
"İP"-in çirklənibdi duru bulağı.
Əvəz Temirxan:
20 il ərzində yuyulmur kiri,
İstilik də vermir onun təndiri,
Kəsilib quyuda "İP"-in kəndiri,
Əlinin, İsanın sancır dalağı.
Əli Orucov:
İsagil dalcasız bir dənizdilər,
"6-lar" daha pak, tərtəmizdilər,
"İP"-çilər bizlərdən natəmizdilər,
Təmizlik götürmür heç bir alçağı.
Əvəz Temirxan:
Onlar məğlubdular döyüşqabağı,
Hər biri andırır kal balqabağı,
"6-lar" zəngin bir qızıl tabağı,
"İP"-çilər qoxulu təzək qalağı.
Əli Orucov:
Onlar adi qısqac, bizlər kəlbətin,
Onlar daha zəif, biz daha mətin,
Xaric "6-lar"la kəsməli kəbin,
Geri oxunmalı "İP"-in talağı.
Əvəz Temirxan:
Qan ağlasa, gözdən yaşları çıxmır,
Bosslardan xörəyi, aşları çıxmır,
Mürəkkəb işlərdən başları çıxmır,
"İP" apara bilməz adi qaynağı.
Əli Orucov:
O, elə bilirdi tülü kəsilib,
Qanı çox olana zəli kəsilib,
Əlinin danışan dili kəsilib,
Çatmır heç bir yana İsa caynağı.
MİRZƏ QƏRƏNFİL