Tahir Kərimli:
Arzu-diləkləri olubdu pamal,
Hələ yetişməmiş, hər birisi kal,
Birləşək desə də hər bir radikal,
Birləşə bilmirlər, parçalanırlar.
Qabil Hüseynli:
İfratın radikal donu birlikdi,
Min bir ayrılmanın 10-nu birlikdi,
Hər bir dağılmanın sonu birlikdi,
Sadəcə, fikirlər haçalanırlar.
Tahir Kərimli:
Qranta yönəlib onların meyli,
Sayır özlərini əzmkar, heyli,
Əvvəllər birlikdən dəm vurub xeyli,
Son anda dartışıb parçalanırlar.
Qabil Hüseynli:
Daxildə dialoq bizə yad deyil,
"İP"-də də vəziyyət hələ pat deyil,
Onlar heç süqutdan narahat deyil,
Sadəcə, daranıb qıçalanırlar.
Tahir Kərimli:
Söykənərək Qərbin tişələrinə,
Aludə olublar nəşələrinə,
Çəkilib illərin guşələrinə,
Əlilər, İsalar qocalanırlar.
Qabil Hüseynli:
Liderlər müntəzir Qərb qılığında,
Batıblar bossların lehmə lığında,
"İP"-in intəhasız ucalığında,
Onlar özlərini uca sanırlar.
Tahir Kərimli:
Süqut anınızdı, siz az əlləşin,
Gedin siz xaricə qrant mələşin,
"İP"-də Əli ilə İsa lələşin,
Düşüb nəhs girdaba qoşa yanırlar.
Qabil Hüseynli:
Onlar andırırlar anaş pişiyi,
Hər biri də duyur dərhal pis iyi,
"İP"-in damındakı böyük deşiyi,
Qrant atılacaq baca sanırlar.
Tahir Kərimli:
"İP"-çilər uyurlar fitnəyə-felə,
Boss qrantı üçün qururlar tələ,
Heç nədən başları çıxmasa belə,
Deyirlər ki, guya nəsə qanırlar.
Qabil Hüseynli:
Kütləni səsləyir "İP"-çilər hərbə,
Opponentlərindən alırlar zərbə,
Ümid gözlərini dikərək Qərbə,
Bir boss görən kimi cibə qonurlar.
Tahir Kərimli:
Özlərini ali məqam sayırlar,
Yalan məlumatlar xalqa yayırlar,
Guya stabillik arzulayırlar,
Radikallıqları da tamam danırlar.
Qabil Hüseynli:
"İP"-də yüksəlməkdə səsin ahəngi,
Sındırmaq çətindi bizim nəhəngi,
İndi az görürük narıncı rəngi,
Artıb sıramızda bozlar, qonurlar.
Tahir Kərimli:
Sərsəm xülyaları çıxmaqda boşa,
Ümidləri yaman dirənib daşa,
Süqut məqamını düşərək başa,
Sizdə liderlər də tez-tez sınırlar.
Qabil Hüseynli:
Dəf etmək çox çətin narın azarı,
Sarıb liderləri qarın azarı,
Son vaxtlar kasaddı "İP"-çi bazarı,
20 il əvvəli onlar anırlar.
Tahir Kərimli:
Əlinin, İsanın çıxıbdı şoru,
Qrant silkələmir son vaxtlar toru,
Yatıbdı "ideya generatoru",
Pozulub baş beyin, bütün sınırlar.
Qabil Hüseynli:
Özlərinin yabı, cır atlarında,
Çarə arayırlar Basatlarında,
Dövranın bu isti saatlarında,
Durub bosslar üçün heykəl yonurlar.
Tahir Kərimli:
Bunlar su tökməyir bir vələsə də,
Xorla bir çoxları "boss" mələsə də,
Günəş başlarına od ələsə də,
Yazıqlar üşüyür, yaman donurlar.
Qabil Hüseynli:
İndi öz hayında "İP" içrə hərə,
Qabaqda zirvə yox, bir dərin dərə,
Cərəyan verməkçün bizimkilərə,
Bosslar uzadırlar Qərbdən şunurlar.
Tahir Kərimli:
Radikal səmərə bir çürük qoza,
Yerindən tərpənmir, basırlar qaza,
İfratlar hamını yığıb boğaza,
Onları pis lider kimi tanırlar.
Qabil Hüseynli:
Əslində, "İP"-çilər zəif, nolsa da,
Arzular, niyyətlər artıq solsa da,
İş görmək nə qədər çətin olsa da,
Onlar bosslarından pul qazanırlar.
Tahir Kərimli:
Əyilib Əlinin, İsanın qəddi,
"İP" keçə bilmədi baryeri, səddi,
Sizin liderlərdə şövq sönməkdədi,
Həyatdan bezikir, həm usanırlar.
Qabil Hüseynli:
Bir piket diriltmir İsa nəfəsi,
Üzünə bağlıdı Əli qəfəsi,
Olmur heç Qərbə də getmək həvəsi,
Onlar elə "İP"-də tir uzanırlar.
Mirzə QƏRƏNFİL