PDF Oxu

Köşə

  • 1 103

“İP”-dən üz döndərən Mirmahmud Fəttayev girməyə qurum axtarır

“İP”-dən üz döndərən Mirmahmud Fəttayev girməyə qurum axtarır

Əhməd Oruc:


Qurbağam və bağam saymışam onu,

Cəddindən iraq xam saymışam onu,

Bir vaxtlar öz ağam saymışam onu,

İndi öz "DUİ"-mə qoymaram yaxın.


Mirmahmud Fəttayev:


"Əsil, əsil" deyib oynatdı məni,

"Bizim Azərbaycan" qanatdı məni,

"İP"-də od qoyaraq qaynatdı məni,

İsaya hörmətim, ehtiramım yox.


Əhməd Oruc:


Qandırdım İsaya, sən liman olma,

Anlatdım, dostlara sən yaman olma,

Mirmahmuda dedim bədgüman olma,

Vallah, olmayacaq "İP"-ə gur axın.


Mirmahmud Fəttayev:


İfrat qoltuqlarda axtardım həyat,

"İP"-də həm Əlisi, Vəlisi boyat,

Görmədim İsada bir mənəviyyat,

Günü bu günədək bir aramım yox.


Əhməd Oruc:


Radikal libaslı ifrat törən kəs,

Bədxah liderləri birgə görən kəs,

Xülyaya qapılıb "İP"-ə girən kəs,

Ora təmiz girib, natəmiz çıxın.


Mirmahmud Fəttayev:


İsanı görüm ki, ziyana qalsın,

Sərvəti alkaşa, piyana qalsın,

Dollar, avro, lari o yana qalsın,

Cibimdə bir rublum, on dramım yox.


Əhməd Oruc:


Qərbdəki fondlardan ciblərə axmır,

Radikal bosslarda maraq buraxmır,

Xaric hamınıza bir gözlə baxmır,

Döşünüzə "İP"-də bir qrant taxın.


Mirmahmud Fəttayev:


Radikal naqislər məni qoyub mat,

Əlini etmədim çox vaxt narahat,

İstərəm ki, qopam mən "İP"-dən rahat,

İsa əleyhinə bir məramım yox.


Əhməd Oruc:


Gedin başqa yerdə axtarın dayaq,

Çox dedim o "İP"-ə qoymayın ayaq,

Sırf özünüz üçün gün ağlayaraq,

Əlini, İsanı rahat buraxın.


Mirmahmud Fəttayev:


Ağzıma lap oxlov sox, uzaq duram,

Cəbhəmdə olsam da lox, uzaq duram,

İstərəm ki, "İP"-dən çox uzaq duram,

Nə qədər ki, iri bir şramım yox.


Əhməd Oruc:


Olma ingilis tək bayraqlar altda,

Aram tapın möhkəm dayaqlar altda,

Mənliyi atmayın ayaqlar altda,

Bədxahlar üstünə şimşək tək çaxın.

Mirmahmud Fəttayev:


Bədxahımı belə qucar dindaram,

Qapılara məlhəm, açar dindaram,

"İP"-də dindarlar az, naçar dindaram,

Məscidim, məbədim, bir xramım yox.


Əhməd Oruc:


Radikal yolunda bitməz vələslər,

"İP"-də qaynaşmaqda ilan, kələzlər,

Əlilər özləri yıxılan kəslər,

İsa kimiləri tapdayıb yıxın.


Mirmahmud Fəttayev:


İstədilər Qərbdən qrant udalar,

Aşdı başlarından mərəz, qadalar,

Həmişə aldatdı haramzadalar,

Əqidəmdən gizli bir haramım yox.


Əhməd Oruc:


İsayla, Əliylə olmasa vuruş,

Gətirə bilməzsiz söz dözüm, duruş,

Qrant gözləməyin "İP"-dən bir quruş,

Siz bəzi bossları dalana sıxın.


Mirmahmud Fəttayev:


Başqa qurumlarda dodaq büz deyir,

"İP"-çilər ümmanda mənə üz deyir,

Qarşıma çıxanlar dərhal süz deyir,

Dindaram, cibimdə bir qramım yox.

Əhməd Oruc:


Daim pulsuzsunuz bollu yemək yox,

Dərdini "Soros"a gedib demək yox,

İsanın Qərbindən sizə kömək yox,

Bossdan qrant alıb özünüz tıxın.


Mirmahmud Fəttayev:


"İP"-də liderlərin əsəb tarımda,

Əllimdə öyrənib, çallam gorumda,

Nə yaxşı qərargah ixtiyarımda,

Nə də başım üstə normal damım yox.


Əhməd Oruc:


Hər lider nəfsini boğmalı hərdən,

Pula tamah saldın, cırıldı pərdən,

Başqa qurumlarda birləşib birdən,

"İP"-çilərə qarşı ayağa qalxın.


Mirmahmud Fəttayev:


Bizə etməyəcək burda bir kimsə,

Qərbə aparacaq yolumuz kəsə,

Nə "İP"-də ürəyim qızmır heç kəsə,

Nə də ki, xaricdə bir adamım yox.


Əhməd Oruc:


Boss sənə atdığı kasaya qoşul,

Qərbdən gətirilmiş masaya qoşul,

Təcili Əliyə, İsaya qoşul,

Mirmahmud, nə qədər hürkməyib ilxın.


Mirmahmud Fəttayev:


Orucam, qulağım daim azanda,

Bizə təmam bişməz xaric qazanda,

Zülmət qaranlıqda "İP"-də azanda,

Əlimdə əbədi yanar şamım var.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər