Sərdar Cəlaloğlu:
Radikal bədəndə hər biri ziyil,
Heç biri millətçi liberal deyil,
"İP"-də azalıbdı birliyə meyil,
İsada, Əlidə ümid itibdi.
İsa Qəmbərov:
Bundan nə qızardıq, nə də ki, pörtdük,
"İP"-ə girə bilməz ideal sürtük,
Birlik bizim üçün adi bir örtük,
Başlıca cəhətlər bizlərdə cibdi.
Sərdar Cəlaloğlu:
İsa kimisinə lazım kal zirvə,
Əli arzulayan pullu lal zirvə,
Sizinçün deyildi liberal zirvə,
Yeriniz əbədi uçurum dibdi.
İsa Qəmbərov:
AXC, Müsavat bir güruh olub,
Boss pulu meydanda bizə ruh olub,
Əvvəl "Demkonqres"lər və "SİDSUH" olub,
İndi əlimizdə vasitə "İP"-di.
Sərdar Cəlaloğlu:
"Yurd" Əli narıncı donlardan qaçıb,
İsa pul aldığı Conlardan qaçıb,
Uğur əbədilik onlardan qaçıb,
Bu qoşa liderlər uğursuz tipdi.
İsa Qəmbərov:
Bosslar tərəfindən tamam əmilər,
Qrant gətirəcək bizə gəmilər,
Birlik arzulayar sənin kimilər,
Daim başımızda limuzin, cipdi.
Sərdar Cəlaloğlu:
İsa sevinir ki, Qərbdən çərəz var,
Üstəlik, Əlidə kin var, qərəz var,
Onlarda yeganə bircə mərəz var,
O da öldürücü məlum qripdi.
İsa Qəmbərov:
Fikirləş əməlli sən öz şərtini,
Biz üstün tuturuq ancaq fərdini,
Çəkən deyilik ki, dünya dərdini,
Bizi duymayanlar süst əhlikefdi.
Sərdar Cəlaloğlu:
Bədi yaladınız xarici miski,
Çox çətin də olsa, deyəcəm reski,
Biz çaxır tapmırıq, içirsiz viski,
Bizimki əziyyət, sizinki kefdi.
İsa Qəmbərov:
Vacib yerinizdə çatışmır kiriş,
Sizinçün bağlıdı xaricə giriş,
Heç vaxt əlinizdən gəlməyib bir iş,
Bu da bizə qarşı ucuz blefdi.
Sərdar Cəlaloğlu:
Radikal eşqimiz gen ümman, dəniz,
Heç məqsədiniz də deyildir təmiz,
Reallıqdan uzaq hər layihəniz,
Taktiki planlar əfsanə, mifdi.
İsa Qəmbərov:
Biz olduq meydanda, bil, boğaz cıran,
Qrant eşqimizi söndürməz boran,
Boss olmaz bizlərə yerindən duran,
Kim bizə pul verir, qüdrətli şefdi.
Sərdar Cəlaloğlu:
Heç vaxt sizi təqdir eyləmirik biz,
Nə "SİDSUH", nə "İP"-lə qoymadınız iz,
Yalnız istefadı sizin çarəniz,
Ürəyiniz xıltlı, qəlbiniz kifdi.
İsa Qəmbərov:
Heç vaxt yapışmadıq miskin pamaldan,
Biz məhrum olsaq da iti kamaldan,
İstər Qərbdən olsun, istər Şimaldan,
Bizə çox xoş gələn ancaq tərifdi.
Sərdar Cəlaloğlu:
Mat olsam, razılıq vermərəm pata,
Nə qədər əlimdən çıxmayıb xata,
Puç vədlər verməyin elektorata,
Sizə inananlar xalis hərifdi.
İsa Qəmbərov:
Boğulduq xaricin şöhrət selində,
Qrant axtarırıq bossun gölündə,
Kəlbəcər qızılı Vartan əlində,
İmkan düşsə Qərbə satardıq nefti.
Sərdar Cəlaloğlu:
Sizi xəcil etdi keçmişin yeli,
Bu gününüz isə xeyli məzəli,
Nə sən lider oldun, nə də ki, Əli,
Öyünmə ki, sizdən çıxardı müfti.
İsa Qəmbərov:
Arxamızca gedən hərifimiz yox,
Burda misterimiz, şerifimiz yox,
Ölkə daxilində qrifimiz yox,
Bizimki xaricdən gələn qrifdi.
Sərdar Cəlaloğlu:
İndi bas səsiniz "İP"-dən yüksəlir,
Sizin marağınız qrantlar, gəlir,
Şriftin özü də xaricdən gəlir,
Toxtaqlıq verənsə sizə şriftdi.
İsa Qəmbərov:
Mənim şirin-şəkər sözüm sifətlər,
Vaxtilə çox verdi dözüm, sifətlər,
İndi padoşlaşıb bizim sifətlər,
Onu qoruyansa möhkəm zirehdi.
Sərdar Cəlaloğlu:
Bosslar da sizlərə söyləyir "piştə",
Möhkəmlik qalmayıb o qoca dişdə,
Əlinizdən gəlmir cüzi bir iş də,
Qərbən aldığınız cüzi bir behdi.
İsa Qəmbərov:
Yerinə yetirdik vədləri haçan?
Biz olduq həmişə sözündən qaçan,
Bizim çöhrələri duruldub açan,
Dəryadan o tayda kükrəyən mehdi.
Mirzə QƏRƏNFİL