İsa Qəmbərov:
Aram Manukunyan dəstəyi vacib,
Onun Müsavata istəyi vacib,
Mənim üçün Aram təzəyi vacib,
Bu cür dəstəkçiylə həmişə varam.
Qubad İbadoğlu:
Dram hesabıyla satacaqdı pay,
Üstümə xaricdən atacaqdı pay,
Mənə də başqan tək çatacaqdı pay,
Elə İsanı da yedirər Aram.
İsa Qəmbərov:
Mən heç vaxt demədim postdan doyaram,
Ya pislik edənə azca qıyaram,
Qubadı yerimə başqan qoyaram,
Aram da qoyacaq cibimə dram.
Qubad İbadoğlu:
Başqan həm tələyə, həm girə düşdü,
İsanın kürkünə min birə düşdü,
Payızda qurultay təxirə düşdü,
Qışda başqan olub taparam aram.
İsa Qəmbərov:
Bizə pul verəcək hətta Ayaz da,
Dəstək tapacağam Aram işbazda,
Sədr olmayacam mən gələn yazda,
Bunu eşidəndə göynəyir yaram.
Qubad İbadoğlu:
Qarnımı ağrıdır acı bir vərəm,
Mən Əsli olardım, Aram da Kərəm,
İsanı tez əvəz etmək istərəm,
Gərilən əsəbim olmaqda taram.
İsa Qəmbərov:
Həmkarlardı vuran qəlbimə yara,
Aram göndərəcək mənə zərxara,
Gələcəyə gedən magiyam qara,
Kinimi əvəzlər qəlbimdə qaram.
Qubad İbadoğlu:
Sanma Müsavatda yeri qalıbdı,
Xiffətdən bir sümük, dəri qalıbdı,
İsa liderlikdə geri qalıbdı,
O, narın yağışdı, ağ soyuq qaram.
İsa Qəmbərov:
Məni məyus etdi gedən onillər,
Doymadı qrantdan gödən, onillər,
Mən postdan doymadım ötən onillər,
Mənə başqanlığı ediblər haram.
Qubad İbadoğlu:
İsanın yamanca qaralıb qanı,
Haray-qışqırığı tutub dünyanı,
Özünə cəlb edir Manikunyanı,
Onda qanacaq yox, hətta bir qram.
İsa Qəmbərov:
Həm gerçək bilərdim əfsanə olsa,
Gedərəm xaricə, o, qane olsa,
Aramla sövdəmə kim mane olsa,
İstərəm əlimlə dağıdam, cıram.
Qubad İbadoğlu:
Başqanın sonuncu arzusu bitsin,
Orda nə istəyir, onu da etsin,
Qoy İsa Aramın yanına getsin,
Başqan olmaq üçün hazırdı məram.
İsa Qəmbərov:
Qrant verən yoxdu qramdan başqa,
Xəsarət vuran çox, yaramdan başqa,
Məni bəyənən yox Aramdan başqa,
Yəqin kütləşibdi mismarım, koram.
Qubad İbadoğlu:
İndi etibar yox əsil dostuna,
Tutaq asan da az səlis tostuna,
Çoxları can atır başqan postuna,
Guya mən görmürəm, yaxud da koram.
İsa Qəmbərov:
Bunlar bəyənmirlər Aramı belə,
Çox pis pul sayırlar dramı belə,
Daim qanadıblar yaramı belə,
Zahirə çıxıbdı daxili xoram.
Qubad İbadoğlu:
Özüm Müsavatda sədr qalardım,
Manukunyanlardan qrant alardım,
Pulum çox olsaydı başqan olardım,
Bütün ciblərimdə tükənib param.
İsa Qəmbərov:
Qapını bağlayır üzümə barlar,
Məni çıxdaş edib şüuru darlar,
Gülünc görünürəm deyir həmkarlar,
Ehtiyat edirəm Aramı yoram.
Qubad İbadoğlu:
Kimi elədimsə dəvət mən şama,
Çoxusu göndərmək istəyir dama,
Dərdimi demişəm iki adama,
Göyərib hər iki gözümdə "faram".
İsa Qəmbərov:
Heç kimə vermədim vəkilliyə haqq,
Heç kəs pisləməsin Aramı nahaq,
Çoxu məni sayır ulduzu parlaq,
Hələ üç il əvvəl sönübdü çıram.
Qubad İbadoğlu:
Çapsam da zirvəyə dördnalla atı,
İstər çevir tatı, istər vur tatı,
Cəlb edə bilmirəm elektoratı,
Bu gün Müsavatda seyrəlir sıram.
İsa Qəmbərov:
Xaric qismətimə Aramı yazıb,
Qara-qura məni lap çoxdan basıb,
Hər biri vedrəni arxamdan asıb,
Üzümə verurlar bir çapıb, "şram".
Qubad İbadoğlu:
Taleyin əksinə fırlanır təkər,
Gözümə əbədi qaranlıq çökər,
Başqan seçilməsəm qışda da əgər,
O zaman topal, şil, həm də kar-koram.
MİRZƏ QƏRƏNFİL