PDF Oxu

Köşə

  • 1 045

Müxalifətin kütləvi aksiyaları baş tutmayacaq

Müxalifətin kütləvi aksiyaları baş tutmayacaq

Əhməd Oruc:


Siyasi meydanda olsalar da qaz,

Qrantverənlərə eyləyirlər naz,

İfrat dəstəkçisi elektorat az,

Bunların gümanı pula bağlıdı.


Pənah Hüseynov:


Bosslar əlimizdən olmamış bezar,

Geniş çeşidlidi radikal bazar,

Bizlərdə mükəmməl taktika da var,

Radikal qazancı kamil ağlıdı.


Əhməd Oruc:


İfratlar silahsız, rəqib ülgüclü,

Bir bezin qırağı vecsizli-vecli,

Pulsuzluq azarı o qədər güclü,

Radikal sinələr bundan dağlıdı.


Pənah Hüseynov:


20 il əvvələ baxıb gələcək,

Qəzəbdən şimşək tək çaxıb gələcək,

Kütlələr mitinqə axıb gələcək,

Bizim elektorat aran-dağlıdı.


Əhməd Oruc:


Bilmirik bu dərdi haraya yazaq?

Bunlar pul verənlə bacarar mazaq,

Hər biri əməldə gerçəkdən uzaq,

Radikal istəyi şüur nağılıdı.


Pənah Hüseynov:


Kütləni ahəstə, müdam çıxaraq,

Elektoratı da biz tam çıxaraq,

Gərək biz mitinqə adam çıxaraq,

Nəzərə alaq ki, bosslar yağlıdı.

Əhməd Oruc:


Üzv olan kəslərin bir həvəsi yox,

Heç bir liderində qalib səsi yox,

Bunların vahid bir əqidəsi yox,

Maraqlar - meyillər sollu-sağlıdı.


Pənah Hüseynov:


Mümkün üzv sarıdan xeyli sökülmək,

Silinib lüğətdən bezib-əkilmək,

Yoxdu gündəlikdə geri çəkilmək,

Sırada mitinqçi, piket oğludu.


Əhməd Oruc:


Olsun yürüşlərdə min səki adam,

Deyirlər meydana gəlsin təki adam,

Girib internetə bir-iki adam,

Elə bilirlər ki, durum mağıldı.


Pənah Hüseynov:


Birbaşa girişdi aksiya pula,

Gərək biz bununçün girək min kola.

Qərbi gətirərik mitinqlə yola,

Qrant minbir nemət, şirin noğuldu.


Əhməd Oruc:


Son il gündəlikdən itən radikal,

Bossun yolu üstə bitən radikal,

Kütləsiz mitinqə gedən radikal,

Bir az çəkingəndi, bir az yuxuludu.

Pənah Hüseynov:


Daim çalmayacaq paya Qərb bizə,

Yüz il buraxacaq maya Qərb bizə,

Pul buraxmayacaq guya Qərb bizə,

Bizi bəyənməyən ifrat paxılıdı.


Əhməd Oruc:


Onlardan uzaqda gəzir hər şaman,

Hətta üz döndərib ifratdan zaman,

Hamısı xülyaçı, xeyli bədgüman,

Radikal başlanğıc, sonu mıxlıdı.


Pənah Hüseynov:


Gözlər aramaqda uca kürsü, miz,

Qərbin tabeliyi altındayıq biz,

Bizim radikallar neştər, iynəsiz,

Əhməd Oruclarsa iti tıxlıdı.


Əhməd Oruc:


Bossları önündə onlar əyilər,

Qrant xatirinə göstərir səylər,

Artıq çürüməkdə radikal bəylər,

Hamısı çirklidi, paslı-qoxludu.


Pənah Hüseynov:


İnsaf-mürvət də yox onda bir damcı,

Son vaxtlar basıbdı qarnını sancı,

Əhməd hesablayır bizim qazancı,

Onların ürəyi, qəlbi oxludu.

Əhməd Oruc:


Mən ona çox dedim çıx buludlara,

Bacarsa, vurardı mıx buludlara,

Başı da dəyməkdə sıx buludlara,

O andan Pənahın evi yıxıldı.


Pənah Hüseynov:


Azalıb hesabat pul-para ilə,

20 il məşğuluq xaltura ilə,

Biz pulu alırıq natura ilə,

Xaricdən gələn də arpa, taxıldı.


Əhməd Oruc:


Cümlə radikallar tez düşdü tora,

Məhəl də qoymadı çox faydalara,

Riayət etməyib sərt qaydalara,

Bossun mətbəxinə Pənah soxuldu.


Pənah Hüseynov:


Əhməd Oruc nifrin toxuyan zaman,

Ağzından bədxahlıq qoxuyan zaman,

Bədxah proqnozlar oxuyan zaman,

Ağrıdı ürəyim, qəlbim sıxıldı.


Əhməd Oruc:


Onlar pul görməyib avro, dollar tək,

Xal da vurmayıblar xaric xallar tək,

O da çaşıb bütün radikallar tək,

Pənah da yerində qaldı, qaxıldı.


Pənah Hüseynov:


Viskidən sonra mən içmişdim fanta,

Pulçün hazır idi bir neçə çanta,

Biləndə almırıq cüzi qrant da,

Elə bil, beynimdən şimşək çaxıldı.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər