PDF Oxu

Köşə

  • 1 473

“İP” payızda mitinq keçirmək istəyir, “6-lar” isə bunu istəmir

“İP” payızda mitinq keçirmək istəyir, “6-lar” isə bunu istəmir

Əli Kərimov:


Küçə yürüşündən murad alarıq,

Aksiya olmasa irad alarıq,

Xaricdən çox böyük qrant alarıq,

Mitinqlə açılır payız yürüşü.


İqbal Ağazadə:


Mənəm, AMİP Yusif, "VİP" Əlini gəz,

İçimizdə Sərdar, Mirmahmud, Əvəz,

Biz altı nəfərik, çıxarmayın səs,

Çox yükləmək olmaz qəti örüşü.


Əli Kərimov:


Mitinqlər qranta vahid açardı,

Aksiya olsaydı, qəlb dil açardı,

Piketlər, yürüşlər könül açardı,

Mitinq tezləşdirər bossla görüşü.


İqbal Ağazadə:


Məhəl də qoymadan gecə-gündüzə,

Vurmaqda özünü gah oda-közə,

"İP"-in ciddi-cəhdi görünmür gözə,

Bossları cəlb etmir xəfif hürüşü.


Əli Kərimov:


Qərb yükü daşıdıq, sındı belimiz,

Mitinq söyləməkdən yandı dilimiz,

Çatmır qrantçıya, bossa əlimiz,

"6-lar" tutubdu bütöv girişi.


İqbal Ağazadə:


Yürüş-mitinq üçün ulayır çaqqal,

"İP"-in liderləri boşboğaz naqqal,

Yuxarıda bığlar, aşağı saqqal,

"İP" üstün tutubdu geri sürüşü.

Əli Kərimov:


Çoxu siyasətdə yetişməmiş kal,

Danışmaq məqamı çoxu olur lal,

Bizdən öyrənməkdə cümlə liberal,

Bizə gəlməkdədi çoxu gəlişi.


İqbal Ağazadə:


Ancaq yaşamısan sən öz dünyançün,

"İP"-sən, çalışmısan yalnız mayançün,

Qərbə gedər İsoş Manukunyançün,

Erməniyə dayı deyər Əlişi.


Əli Kərimov:


Sevinərik bossdan qrantlar alsaq,

Narahat olmarıq xeyli alçalsaq,

Əgər təsadüfdən səhrada qalsaq,

Hazırlaya billik, hətta biş-düşü.


İqbal Ağazadə:


"İP"-in liderləri qaldı maketdə,

Bircə təklif də yox plan-paketdə,

Yayda baş tutmadı bircə piket də,

Payızdı, meydanda doyunca üşü.


Əli Kərimov:


Qrantdan kefimiz saz olsa belə,

İsanın başında daz olsa belə,

"İP"-in maliyyəsi az olsa belə,

Sən bizdə görməzsən üzdə bürüşü.

İqbal Ağazadə:


Ümidlər bağlıdı cüt qoşa zərə,

Burada dəyişir tez-tez mənzərə,

Birində aktivlik çarpsa nəzərə,

Geridə qalmaqda "İP"-çinin beşi.


Əli Kərimov:


Hazırlaşanı çox Mərvə qaçışda,

Rəqiblər alacaq zərbə qaçışda,

"İP" birinci yerdə Qərbə qaçışda,

"6-lar" bacarmır adi yerişi.


İqbal Ağazadə:


Lama dəstək verir "İP"-ə Tibetdən,

Çıxmır bir ağıllı təklif paketdən,

İsa dəm vurmaqda daim piketdən,

Mitinq eşidəndə qabarır döşü.


Əli Kərimov:


Heç biri atılan topdan oyanmır,

Avam olduğunu heç biri danmır,

"6-lar" kütləvi aksiya qanmır,

Düzgün aparmırlar əsla bölüşü.


İqbal Ağazadə:


Əli də, İsa da bəhs edir camdan,

"İP"-də pay istərlər bütövdən, tamdan,

Onlar yapışıblar qalın təamdan,

Buna heç birinin batmayır dişi.

Əli Kərimov:


Bu altı liderlər arzular xaşı,

Məqsədi əridər dəmiri-daşı,

Guya yaxşı çıxır hər şeydən başı,

İqbal da danışır lap kişi-kişi.


İqbal Ağazadə:


Burda liderlərin tükü bölünüb,

Həm də ağır-yüngül çəki bölünüb,

Qeyzə gəlmiş "İP" də iki bölünüb,

Başı bir yandadı, bir yanda leşi.


Əli Kərimov:


Sarsaqlamaq altı tipdə şükürdü,

Qalıb daldalanmaq küpdə şükürdü,

İkiyə bölünmə "İP"-də şükürdü,

Düz altı olacaq onların leşi.


İqbal Ağazadə:


Qərbdən gözləməkdə onlar bal, beçə,

Boss ayağı altda salınmır keçə,

Bir təşkilat kimi "İP" dönüb heçə,

İsanın, Əlinin çıxıbdı heçi.


Əli Kərimov:


Bizim məclislərdə viski içdilər,

Hamısı yöndəmsiz, həm də gicdilər,

"6-lar", əslində, çox vecsizdilər,

Sanki "İP" üstünə mələşir keçi.


İqbal Ağazadə:


Yalan sözlərini məntiq göstərir,

Sayt da başlarını əntiq göstərir,

Üzdən özlərini natiq göstərir,

Əlinin-İsanın bomboşdu içi.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər