PDF Oxu

Köşə

  • 1 533

Altını beşə çevirən müxalifət

Altını beşə çevirən müxalifət

Yusif Bağırzadə:


Bizi xəyanətdə sən gəl az qına,

Tez bizdən uzaqlaş, lənət şeytana,

Həmişə təklikdə çıxdı meydana,

AMİP-ə uyuşmur "5-lər", "6-lar".


Əli Əliyev:


"Azadlığ"ın üzü, həm içi oldum,

Çox təkə içində bir keçi oldum,

Mən də bir zamanlar AMİP-çi oldum,

İndi bağırıram qurumda bar-bar.


Yusif Bağırzadə:


Ya "VİP"-dən "İP"-ə köç köçlər içində,

Çabala, heçə dön heçlər içində,

Ya güclən, möhkəmlən "5-lər" içində,

Gəl fəryad eyləyib, ağlama zar-zar.


Əli Əliyev:


Mən qazanc ovçusu, məni az qına,

Xarici bosslardan qazanc, pul sana,

Gəl yeni birlikdə bəxtini sına,

Bir çox qurumlara çox etdim güzar.


Yusif Bağırzadə:


Demədim sənin tək mən "İP"-i seçdim,

Təkcə bir lideri, bir tipi seçdim,

Yalnız Etibarı, AMİP-i seçdim,

Gündə bir qurumda açırsan bazar.


Əli Əliyev:


Olmadım heç zaman pərt nəzarətə,

Mərdanələr dözər mərd nəzarətə,

Heç kəs dözə bilməz sərt nəzarətə,

Sizin kimilərlə ilqarı pozar.

Yusif Bağırzadə:


Xumar qonmayıbsa gözünə əgər,

Kəsər gəlməyibsə sözünə əgər,

Bir lider tapmasan özünə əgər,

O saat qarnını ağrıdır azar.


Əli Əliyev:


Əkdin qədr ağacı, qədir çıxmadı,

Üstünə dux səpdin, ətir çıxmadı,

Nə səndən tədbirli sədr çıxmadı,

Nə yaxşı, mühəndis, nə zəif yazar.


Yusif Bağırzadə:


Sərt zərbədən sonra gözün qaralar,

Sənə həmkarlardan çatmaz paralar,

İnşallah, sənin də yerin daralar,

"6-lar" özünə bir qəbir qazar.


Əli Əliyev:


"6-lar"da yoxdu incə yosmalar,

Heç kəs şəninizə qoşmaz qoşmalar,

Dəhşətli olsa da qarabasmalar,

Xeyirxah adamlar xoşluğa yozar.


Yusif Bağırzadə:


Sizin liderlərdə kalan qüsur var,

Arsız başınıza yağmaqdadı qar,

Lüzumsuz qurumdu sizin "6-lar",

Sizi ağuşuna çəkəcək məzar.

Əli Əliyev:


Bossdan gələn yemək xalis ağıdı,

Sənə Etibarın özü yağıdı,

AMİP-in reytinqi çox aşağıdı,

Sənin kimiləri yalandan qızar.


Yusif Bağırzadə:


Yusif də sizlərə qarışmadı heç,

Etibar "İP"-lə də barışmadı heç,

"6-lar" bizlərə yaraşmadı heç,

"5-lər" sizə yeni layihə cızar.


Əli Əliyev:


Çox hoppanıb qana-tərə giribsən,

Qulaq dibinəcən şərə giribsən,

Gördüm xəcalətdən yerə giribsən,

Peşmançılıq çəkib az utan, qızar.


Yusif Bağırzadə:


Baş liderlərinə uyğun olmusan,

Azdan aralanıb çoxun olmusan,

Sən də Etibara yaxın olmusan,

Ancaq aranızda ucalıb hasar.


Əli Əliyev:


Qorxmursanmı sizi çoxları sanca?

Etibar təklikdən çaldı kamança,

Yerində çox saydı AMİP yamanca,

Vaxt olar onu da his-paslar basar.

Yusif Bağırzadə:


Bir vaxt "Azadlığ"ın ülkəri oldun,

Sən İsanın arxa təkəri oldun,

Bir neçə qurumun nökəri oldun,

Odur ki, üstümə gəlib, az bozar.


Əli Əliyev:


Məni xoşbəxt görüb qəlbən az dağlan,

Sən get daha güclü liderə bağlan,

Etibara uyub aldanan oğlan,

Vaxt gələr öyüyüb laxta qan qusar.


Yusif Bağırzadə:


Etibarı görən "İP"-də bayılır,

Bizi sevən kəslər artıq ayılır,

Bütün bölgələrdə AMİP sayılır,

Öndə dayanacaq Quba və Qusar.


Əli Əliyev:


Meydanda enəsən çalış dərinə,

Çox etibar etmə ilham pərinə,

Qərb qəbul eyləməz öz tədbirinə,

Boss da sənə görsə kisəni qısar.


Yusif Bağırzadə:


Heç inanmıram ki, qarnınız toxdu,

Sizin içinizdə problem çoxdu,

"5-lər"də ağıllı bir təklif yoxdu,

Bir kimsə, inanma ki, qulaq asar.


Əli Əliyev:


AMİP siyasətdə olmadı ulduz,

Liderin xaricdə axtarır boss-tuz,

Havasızlıqdan siz boğulursunuz,

Etibar çəkilib Londonda pusar.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər