PDF Oxu

Köşə

  • 2 036

İqbal Ağazadə “Ümid” sədri postundan gedə bilər

İqbal Ağazadə “Ümid” sədri postundan gedə bilər

Ənvər Ağazadə:

Onun siyasətdə amalı pamal,
Xülyası özüyçün dadır əsil bal,
"Ümid"i ümidsiz edibdi İqbal,
Sədrlik onunçün əsil bir biyar.

İqbal Ağazadə:

Xam xəyala düşüb gəlirsən hədə,
Ali Məclisində get odur, gədə,
Tapmazsan sən sədr mən dərrakədə,
Əldə çıraq gəzsən sən diyar-diyar.

Ənvər Ağazadə:

"Ümid"də sən bizə çox vurdun yara,
Çox az boss verərdi sənə pul-para,
Sənin bu lüzumsuz nitqindən sonra,
De, kim səni əsil bir lider sayar?

İqbal Ağazadə:

Sənlə bənzətsələr İqbal böyük kit,
Özün siyasətdə görünməz bir bit,
Oturub çadırın altında sakit,
Səninki odur ki, yeyəsən xiyar.

Ənvər Ağazadə:

Sən elə bilirsən miyanə gəncəm,
Hər bossun puluna biganə gəncəm,
Səni dəyişəcək yeganə gəncəm,
Vermədin sən mənə düz qiymət, meyar.

İqbal Ağazadə:

Bir tikə də qopmur, gəmir ki, gəmir,
Heç zaman acımır səndəki xəmir,
Siyasi əyarın paslı bir dəmir,
Xalis bir qızıldı məndəki əyar.
Ənvər Ağazadə:

"Ümid"də mən sənə çox verdim fora,
Sanma, fitnə-felin Ənvəri yora,
Sənin kimiləri yol gedib, sonra
Adamı çaşdırıb ortada qoyar.

İqbal Ağazadə:

Sənin bədnam adın - qrant götürən,
Gül oldum, sən oldun tikan bitirən,
Həmişə olubsan çörək itirən,
Mənə ancaq sənin kimilər qıyar.

Ənvər Ağazadə:

Oxşarın olmadı liberal bəyə,
Həmişə güc verdin kələyə-küyə,
Əsla inanmıram bu möcüzəyə:
Sənin kimisinin gözləri doyar?

İqbal Ağazadə:

Bizim qərargahda yallansan əgər,
"Ümid"in ipindən sallansan əgər,
Başından yuxarı tullansan əgər,
Dostlarım hirslənib gözünü oyar.

Ənvər Ağazadə:

Əlini saçına çəksəydin hərdən,
Bilərdin saçına düşüb çoxlu dən,
Sən partlamaqdasan təkəbbüründən,
Özünü dartmayıb rusda bir boyar.
İqbal Ağazadə:

Guya birincisən, eyləmə təlqin,
Sən məclis sədrisən, özü də ölgün,
Bircə işarəmlə dostlarım, yəqin
Səni yerindəcə qanına boyar.

Ənvər Ağazadə:

Yardım da almazsan, sözsüz, bir bossdan,
"Ümid"də məhrumsan tanışdan-dostdan,
Səni biz qovarıq tutduğun postdan,
Olarsan, əlbəttə, sən diyar-diyar.

İqbal Ağazadə:

Mənim gedişimçün xəyala dalma,
Qəlbə himnini, hələlik, çalma,
Dos-doğru sözümə biganə qalma,
Məni istəyənlər dərini soyar.

Ənvər Ağazadə:

Sədr kürsüsündən adını pozaq,
Gözlə, biz cisminə bir qəbir qazaq,
Olasan həmişə uğurdan uzaq,
Sənin kimisinə rəbb olmasın yar.

İqbal Ağazadə:

Mən postda qalaram, danışma əbəs,
"Ümid"ə sədr tək yoxdu bir əvəz,
Mənim İqbal adım ləkə götürməz,
Aparsanız belə kampaniya-piar.
Ənvər Ağazadə:

Həmişə pisliyə çəkildi adın,
Bir bossu quruma sən bağlamadın,
"Ümid"ə əməlli gün ağlamadın,
Bizə lazım deyil çərənçi şüar.

İqbal Ağazadə:

Gəzəndə "Ümid"də sən veyil-veyil,
Qərbə və bosslara edirəm meyil,
Sözsüz ki, qüsurum elə çox deyil,
Nə günahım varsa, həmkarlar yuyar.

Ənvər Ağazadə:

Özünə villalar sən tikdirmisən,
Üzvlərə əzablar çox çəkdirmisən,
Bizləri o qədər bezikdirmisən,
Sanma, sözlərinə kimlərsə uyar.

İqbal Ağazadə:

Viski ilə sənə yedirib xaşı,
Bağışlaram töksən ətəkdəndaşı,
Əlbəttə, kinlisən sən mənə qarşı,
Məni partiyamda duyanlar duyar.

Ənvər Ağazadə:

Verir dəstəkçilər az çəpik pulu,
Qazancın bosslardan bir təpik pulu,
"Ümid"in qalmayıb bir qəpik pulu,
Bunu Ənvər bütün dünyaya yayar.

İqbal Ağazadə:

İki-üç bədxahın çezdirdi səni,
Xəyal ağuşunda süzdürdü səni,
Elə ki, tənhalıq bezdirdi səni,
Çarəsizlik səni divara dayar.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər