PDF Oxu

Köşə

  • 1 216

İsa Qəmbərov “Yol xəritəsi”ndən təzyiq vasitəsi kimi istifadə edir

İsa Qəmbərov “Yol xəritəsi”ndən təzyiq vasitəsi kimi istifadə edir

İsa Qəmbərov:


Xaric qaldırmaqda pulla həvəsi,

Çox tez layihənin çıxacaq səsi,

Qəsdən uzadılsa "Yol xəritəsi",

Dərhal başlayaram qiyam, inqilab.


Mirmahmud Fəttayev:


Spiker olanda, dağıtdın mülkü,

Sənə meydanlarda dedilər tülkü,

Səninçün deyildir inqilab yükü,

Sən bu ağırlığa gətirməzsən tab.


İsa Qəmbərov:


Bu "Yol xəritəsi" yaranıbdı tək,

A Mirmahmud, ondan sən əlini çək,

İdeya harada bişibsə, bişəkk

Mənə çatmalıdı ondan dolu qab.


Mirmahmud Fəttayev:


İbrət et, batırma məni günaha,

Verməzdim bir qaşıq Qarpız Pənaha,

Sən bir qab yeyəndə, gəlib iştaha,

Yeyərdim, əlbəttə, bir yekə boşqab.


İsa Qəmbərov:


Xəritə düzəltdim sənin tüstündən,

Tərkib hissələri xalis büstündən,

Qəribə xörəyi yeyib, üstündən

Ləzzətlə içərdim "Koka-Kola", ab.


Mirmahmud Fəttayev:


Bəndən bir sümükdü, bir də dəridir,

Onu bədbəxt edən dərdi-səridir,

Hətta daşları da çox tez əridir,

Onunçün içərdim "Badamlı", "Sirab".

İsa Qəmbərov:


Xəritə bizlərə inqilab dilər,

Xaric başımıza bol qrant ələr,

Faydasını yalnız Alanlar Bilər,

Odur ki, adamlar adlandırır FAB.


Mirmahmud Fəttayev:


Səni xülyalara cumdurub fəza,

Başının üstündə fırlanır qəza,

İnqilab edəni gözləyir cəza,

Cinayət törədən qazanmaz savab.


İsa Qəmbərov:


Zərgərlər bəyənməz kobud edəndə,

Fələstin inciyir Ehud edəndə,

Aclıq keçiririk sükut edəndə,

İnqilab deyəndə yeyirik kabab.


Mirmahmud Fəttayev:


Gicləyəndə acı cavab yemisən,

Bosslar nə veribsə, min qab yemisən,

Xəritə düzəldib kabab yemisən,

Gətirə bilərdin özünlə bir qab.


İsa Qəmbərov:


"Yol xəritəsi"di gətirən əda,

O da dialoqa eylədir vida,

Üsyanlar bizlərə gətirir qida,

Cəza inqilaba ən ağır cavab.

Mirmahmud Fəttayev:


Təkəbbür çətin ki, həya gətirər,

Qiyamlar gözünə röya gətirər,

Sizin çağırışlar xülya gətirər,

Bu xülya gətirər röya, yuxu, xab.


İsa Qəmbərov:


Kükrədik aramız yağışlar kimi,

İnlədik, Qərb bizi bağışlar kimi,

Bizim inqilabi çıxışlar kimi,

Kobud nəğməmizdə joskidi rübab.


Mirmahmud Fəttayev:


Meydanlara ölə-ölə çıxıbsız,

Vaxt-bivaxt siz Qərbə kölə çıxıbsız,

Xəritə deyərək zilə çıxıbsız,

Əsəblərinizə çiləyin gülab.


İsa Qəmbərov:


Mitinq-piketlərçün tapmadıq məkan,

Qərb də qəlbimizə soxubdu tikan,

Əks həmlə etməyə olmayıb imkan,

İndi xəritəylə dolubdu dolab.


Mirmahmud Fəttayev:


Görəndə gücünü o qiyamətin,

Siz də olmazsınız əzmkar, mətin,

İnqilab eləmək olacaq çətin,

Odur ki, oturub gillədin şərab.

İsa Qəmbərov:


Pulla nizamlayır bizləri klan,

Veririk gündəlik, həftəlik plan,

İnqilab deyirik: doğru, ya yalan,

Bizə qrant verər Qərbdəki ərbab.


Mirmahmud Fəttayev:


Qərbli bossa qənşər tuza gedirsən,

Qış öndə, sən üzü yaza gedirsən,

Xeyli qocalsan da, duza gedirsən,

Tezliklə halınız olacaq xarab.


İsa Qəmbərov:


Bizə yardım edər Avropa, İvan,

Əllidə özümü sayıram cavan,

Xarici əllərdən alarıq tavan,

Üzə keçirərik bir qara corab.


Mirmahmud Fəttayev:


Nə "İP"-in, İsanın özü qalacaq,

Nə ürəkdə atəş közü qalacaq,

Nə sizdən bir üsyan izi qalacaq,

Yuyub aparacaq sizləri selab.


İsa Qəmbərov:


Pulsuzluqdan dərhal çöhrəmiz solar,

Sevinnik, elə ki, cibimiz dolar,

Pul olsa, mitinq də, üsyan da olar,

Qərb üz döndərərsə, çəkərik əzab.


Mirmahmud Fəttayev:


Nahaqdan qudurub eyləməyin bəhs,

Tale də sizlərə bəxt yazıbdı nəhs,

Yaxşı şey gözləmir sizlərdən heç kəs,

Gömülmüş yeriniz məzarlıq, türab.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər