PDF Oxu

Köşə

  • 2 074

Sarkozi kimdir?

Sarkozi kimdir?

Nədənsə "Yelisey" Sarayının indiki yəhudi əsilli sahibi Nikolya Sarkozinin fransızlar üçün və bütün Avropa üçün dünya siyasətində əsil üzqarası olduğunu son günlər daha çox düşünməyə başlamışam. Yalançıların sözü olmasın, buna "en" qədər əsasım var. N.Sarkozi bölgəyə etdiyi səfərlə bir daha açıq-aşkar sübut etdi ki, ondan siyasətçi olmaz, o, sadəcə, "Yelisey" sarayında modelyer arvadı ilə sonuncu günlərini yaşayır.

Amma N.Sarkozi, ən əsası, bizə onu göstərdi ki, Avropa ilə bağlı gözlərimizdəki xəyal pərdəsini atıb əsil reallığı görməyimizin vaxtı çoxdan, lap çoxdan çatıb. Müsyö Sarkozi biz qafqazlılara göstərdi ki, Avropa yalnız avropalıların adam kimi yaşamaq hüququnu tanıyacaq qədər bəsit xristian keşikçisindən o yanı düşünə bilmir..

Əminəm ki, hər kəs mənimlə razılaşar ki, məşhur "Dərviş Parisi partladır" filmindəki Müsyö Jordan obrazı, N.Sarkozidən qat-qat kübar və centlmen olmaqla yanaşı, həm də əsil Fransa barədə daha çox müsbət rəy yaradırdı. Bu adam özünü kübar və aristokrat Fransanın prezidenti əvəzinə, daha çox klassik xristian keşikçisi kimi aparmağa başlayıb ki, bu fakt da Avropanın mədəni və sivil insanların yaşadığı məkandan daha çox, xristian klubu olduğu barədə dünyanın hər yerində, hər kəsdə aqressiv ikrah hissi yaradır...

Hara gedirsə hədəfi müsəlmanlar, xüsusilə Türkiyədir. Bu adam Fransanı bütün dünyada rəzil etməkdədir desəm, qətiyyən səhv etmərəm. Öz siması və mənəviyyatı ilə Fransadan daha çox Ermənistanın prezidenti olmağa layiq olan bu adam, əslində, elə bizim dediyimizi özü də əməlli-başlı təsdiqləyir.

Cənubi Qafqaza gələn N.Sarkozi, Ermənistanda olarkən Türkiyəni qəddar düşmən kimi göstərdi, hələ bu, azmış kimi Türkiyəni öz tarixi ilə üzləşməyə dəvət etdi. Bax, sən bu Sarkoziyə, Fransanın 1950-1960-cı illərdə Əlcəzair və Yəməndə törətdiyi vəhşi cinayətləri yadından nə tez çıxarıb bu "müsyö"...

N.Sarkozinin sivil dəyərlərə malik fransızdan daha çox, klassik xristian keşikçisi olduğu barədə yuxarıda təsadüfən söz açmadım. Bu dediklərimin ciddi səbəbləri var.

Ermənistanda olarkən qondarma "1915-ci il soyqırımı qurbanları" abidəsini ziyarət edən N.Sarkozi, nədənsə Bakıda 1990-cı ilin yanvarında azadlıq uğrunda rus tankları üzərinə yürüyən əsil qəhrəman insanların Şəhidlər Xiyabanındakı məzarlarını ziyarət etməyə "vaxt tapmadı". Niyə? Bu sualın cavabı həm çətindir, həm də asan. Amma yenə də xristian təəssübkeşliyi desəm, Anadolu türkləri demişkən, qətiyyən "abartmış olmam". Necə olur ki, N.Sarkozi SSRİ-nin can üstə olan vaxtlarında ermənilərin Mixail Qorbaçovun quyruğunda gizləndikləri bir vaxtda, imperiya tanklarının üstünə yürüyərək, əsil azadlığın nə demək olduğunu və necə qazanıldığını qanları bahasına bütün dünyaya göstərən Azərbaycan oğullarının məzarlarını ziyarət etmir, amma onun-bunun sür-sümüyünü yığaraq "soyqırım abidəsi" yaradan ermənilərin "qəbiristanlığını" ziyarət edir? Biri azadlıq uğrunda sinəsini qabağa verib əliyalın şəkildə rus tankının üzərinə yeriyib, o birisi isə 100 illər boyu rusun "stukaçı" kimi yaşayıb, indi də onun-bunun sümüyünü bir yerə toplayıb, özünü "əzabkeş xalq" kimi dünyaya sırıyır və N.Sarkozi də məhz rus "stukaç"larının "məzarını" ziyarət etməyi üstün tutur...

Belə çıxır ki, Fransa prezidentinə son 4-5 ayda üstünü altına çevirib xaraba qoyduqları Suriyaya, Yəmənə, Misirə, Liviyaya gündə yüz min dəfə şüara çevirib vəd etdikləri "azadlıq" kimi yalançı "azadlıq" lazımdır, daha sovetlər kimi nəhəng imperiyaya meydan oxuyaraq, əsil azadlığı canları-qanları bahasına qazanan azərbaycanlılar onun kimi avropalılara lazım deyil. Bu da sizə əsil xristian təəssübkeşliyi! Sivil Avropa hələ də klassik keşiş təfəkküründən o yana bir addım da ata bilməyib, bax, buna min faiz əminəm. N.Sarkozinin bu addımını və anti-Türkiyə bəyanatını, seçkilər öncəsi Fransadakı güclü erməni lobbisinin dəstəyini qazanmaq üçün edilmiş bir jest kimi də qiymətləndirənlərlə də razlşamıram. Niyə? Çünki N.Sarkozinin prezidentlik taleyi çox böyük ölçüdə erməni diasporunun dəstəyindən asılı deyil artıq. Eyni zamanda, erməni diasporu, 10-15 il bundan əvvəlki gücə və rıçaqlara da sahib deyil Fransada. Həm də artıq fransızlar da yəhudi əsilli N.Sarkozini yenidən "Yelisey" sarayında görmək istəmirlər.

Onun erməni canfəşanlığı isə, qlobal mənada, ancaq və ancaq xristian təəssübkeşliyidir, vəssalam!

MƏTLƏB

Digər xəbərlər