PDF Oxu

Köşə

  • 1 243

Radikal funksionerlər bir-birini ifşa etməyə başlayıb

Radikal funksionerlər bir-birini ifşa etməyə başlayıb

Tahir Kərimli:


Zehni ağrıtmaqda yüz kub həngamə,

Lider ruhlarına hopub həngamə,

Radikal durumda qopub həngamə,

İndi bir-birini yeyir yazıqlar.


Nurəddin Məmmədli:


Qəfil üz döndərdi bosslar, kalanlar,

Bir baş çıxarmadı "İP"-də klanlar,

Qərbdə qurulubdu hər cür planlar,

Artıq cızılıbdı bütün cızıqlar.


Tahir Kərimli:


Çox azdı burada oynadan sağrı,

Hər bir yetkilinin yarılıb bağrı,

İsanın qarnını tutanda ağrı,

Qazı qərargaha vurub dızıxlar.


Nurəddin Məmmədli:


Etmir liderlərə təzim yetkili,

Nə də ki, əməlli həzm yetkili,

Qənim bir-birinə bizim yetkili,

Bizlərdən mehriban imiş azıxlar.


Tahir Kərimli:


Radikal içində min əziyyətin,

Çətindi sənin də öz vəziyyətin,

Nizamlı radikal tapmaq çox çətin,

Daha pis pozulub köhnə pozuqlar.


Nurəddin Məmmədli:


Özünə qərargah tutub min hində,

Daldalandı daim bucaqda-tində,

20 il radikal boğuldu kində,

"İP"-in ətrafında çoxdu qazıqlar.


Tahir Kərimli:


Problem qaldıqca qartıb çoxalır,

Biri o birini dartıb çoxalır,

Sıradan gedənlər artıb çoxalır,

Çünki genəlibdi sizdə qasıqlar.


Nurəddin Məmmədli:


Qocalan liderlər həm zəhmə gəlib,

Radikal da var ki, lap fəhmə gəlib,

Elələri var ki, boss rəhmə gəlib

Süfrəyə nə qoysa, onu qaşıqlar.


Tahir Kərimli:


Qədrini bilən yox sizdə öndərin,

Funksionerlərin arası sərin,

Liderlər avara, yetkililərin

Hamısı növbənöv qırıq qaşıqlar.


Nurəddin Məmmədli:


Çətin bitirdilər qışı və yazı,

Qarışıq onların fikri, avazı,

Yetkililər basıb sinəyə sazı,

"İP"-də deyişirlər sanki aşıqlar.


Tahir Kərimli:


Bu yol hər birini çölə aparır,

Orda tüğyan edən selə aparır,

Radikal özünü elə aparır,

Yığışıb bir yerə sanki qısırlar.

Nurəddin Məmmədli:


İsanın əməli ölməyəcəkdir,

Heç bir opponenti gülməyəcəkdir,

Əllərindən bir iş gəlməyəcəkdir,

Onlar özlərini nahaq qısırlar.


Tahir Kərimli:


Əlində tar-kaman, udlu liderin,

Mitinqlər zamanı odlu liderin,

Sənin İsa, Əli adlı liderin,

Vaxtında çox yedi, indi qusarlar.


Nurəddin Məmmədli:


Problem qalmayıb mizliklə yəqin,

Bir iş olmamalı bizliklə yəqin,

Aradan qalxacaq tezliklə yəqin,

Sənin söylədiyin xırda qüsurlar.


Tahir Kərimli:


Sabaha ümidi qalmadığından,

Cibləri qarntla dolmadığından,

Başqa qazanc yeri olmadığından,

Radikal liderlər bossu pusurlar.


Nurəddin Məmmədli:


Daşa ağlamaqda narın kəsək də,

"İP"-çi qardaşımız, bədxah desək də,

Sümüyü atmarıq əti yesək də,

Kifayət qədər çox bizdə üsullar.

Tahir Kərimli:


Sizin liderlərin mini də məlum,

İsanın, Əlinin dini də məlum,

Radikal qəlbinin kini də məlum,

Ayaqlar altını dərin qazırlar.


Nurəddin Məmmədli:


İllərlə kənarda qaldıqdan sonra,

Mehrini dollara saldıqdan sonra,

Qərbin qrantını aldıqdan sonra,

Hərdən bosslara da qulaq asırlar.


Tahir Kərimli:


"İP" kimi quruma bir ləkə təlxək,

Guya ki, başqası bir tikə təlxək,

İsan da, Əlin də yepyekə təlxək,

Qalan yetkililər miskin çocuqlar.


Nurəddin Məmmədli:


İndi radikalla doludu hər yan,

Bosslar bir "İP"-çiyə durmurlar həyan,

İsa da, naəlac, çəkərək qəlyan,

Əlində yellədir təsbeh muncuqlar.


Tahir Kərimli:


İstəkləri yalnız çoxlu sərvət, var,

Cibləri açıqdı, qulaqları kar,

Sizin öyrəncəli liderlər ki var,

Çox qrant yeməyə daim hazırlar.

Nurəddin Məmmədli:


Vaxt keçir, liderlər xeyli qocalır,

Zirvəyə də ancaq onlar ucalır,

Bizdə necə ki var, yaxşılar qalır,

Pislər ölümünə fərman yazırlar.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər