PDF Oxu

Köşə

  • 1 121

Ştrasserin “sanksiya” xəyalı müxalifətə niyə “ruh” verir?

Ştrasserin “sanksiya” xəyalı müxalifətə niyə “ruh” verir?

Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda "siyasi məhbuslar" üzrə məruzəçisi, Almaniya Bundestaqının deputatı Kristofer Ştrasser FACE-nin ("Azərbaycanlı Vətəndaşların Avropa Forumu") Berlində keçirilən toplantısında, sözün həqiqi mənasında, həddini aşan açıqlamalarla çıxış edib. Onu da xatırladım ki, bu açıqlamalar radikal müxalifətə məxsus mətbuatda dərc edilib. Ancaq bu açıqlamaların arxasında hansı gizli məqamların dayandığını da nəzərdən keçirəndə, bəlli olur ki, avropalı diplomat öz açıqlamalarında bilavasitə sifarişli ifadələr səsləndirməklə, bütün kartlarını açıq edib. Yəni aşkar şəkildə bitərəfliyini birtərəfliklə əvəz edərək, Ermənistana və bu dövlətlə gizli əməkdaşlıq edən radikal müxalifətə işlədiyini dolayısıyla etiraf edib.

Belə ki, iki ildir ki, onun Azərbaycan üzrə mandatı olduğunu və "siyasi məhbuslar" üzrə məruzəçi təyin edildiyini deyən K.Ştrasser iddia etməyə cəhd göstərib ki, guya o, Azərbaycan tərəfi ilə "siyasi məhbus" məsələsini dəqiqləşdirməlidir, amma bu işdə ona "imkan verilmir". Guya bu adam öz mandatından "doğru-düzgün" istifadə edə bilmirmiş...

Lakin birdən-birə avropalı deputatın Ermənistanla bağlı məsələyə keçməsi həqiqətdə onun kim oluğunu gün kimi aydın edir. Məsələ ondadır ki, demokratiya və insan hüquqlarının yüksək səviyyədə qorunduğu Azərbaycanı Ermənistanın diktatura və qaniçən rejimi ilə müqayisə edən Ştrasser həyasızcasına bəyan edir ki, onun qondarma siyahısında "100 nəfər siyasi məhbusun" adı var (?!) Məsələn, deyir ki, "siyasi məhbus" anlayışı Azərbaycanla yanaşı, Ermənistan üçün də istifadə edilib. Daha sonra iddia edir ki, Azərbaycan tərəfi onunla əməkdaşlıqdan imtina edib. Fəqət, anlamaq istəmir (əslində, Kristoferin bunu anlamaması üçün erməni lobbiçiləri ona kifayət qədər rüşvət ve- rib-R) ki, bu ölkədə "siyasi məhbus" yoxdur. Ona görə də bu diplomata AŞPA tərəfindən verilən mandat avtomatik olaraq qüvvədən düşüb. Və əgər ölkəmizdə "siyasi məhbus" yoxdursa, onun mandatına da heç bir ehtiyac duyulmur. Bu, bir...

İkincisi, Ştrasserin özü də etiraf edir ki, onun irəli sürdüyü qondarma iddiaları, yuxarıda qeyd edildiyi kimi, bitərəf mövqeni deyil, məhz birtərəfli mövqeyini aşkarlayır. Çünki AŞPA deputatının fikrincə, Azərbaycan tərəfi haqlı olaraq bildirir ki, bu məsələdən yalnız Azərbaycana qarşı istifadə olunur, Ermənistana qarşı isə heç bir iddia mövcud deyil. Sual yaranır-niyə və hansı səbəb üzündən?!

Eləcə də, K.Ştrasser növbəti etirafını edərək, bildirir ki, Azərbaycan AŞPA-ya üzv olduğu ildən müxtəlif QHT-lər (yəni siyasiləşmiş QHT lər...) tərəfindən bu quruma 716 (?!) nəfərin adı öz əksini tapıb. Yəni etiraf edir ki, AŞPA-nın bəzi müvafiq dairələri Azərbaycan hökumətinin rəsmiyyətinə deyil, qanunsuz şəkildə siyasətlə məşğul olan siyasiləşmiş QHT-lərə və onların rüşvətlər bahasına tərtib etdikləri "siyasi məhbus" siyahılarına bel bağlayır. Aydın olur ki, ikitərəfli qaydada siyasi maxinasiyalar edən K.Ştrasser həm Ermənistan lobbisinin pullu tapşırıqlarını canla-başla yerinə yetirmiş olur, həm də Ermənistanın siyasi dairələri ilə iş birliyində olan satqın QHT təmsilçilərinin ötürdükləri rüşvətləri həzmi-rabedən keçirir. Nəticədə, bu tipli sifarişli açıqlamalarla "əlindən gələni beş qaba çəkir". Hətta həyasızcasına "bizim göstərdiyimiz cəhdlər nəticəsində həmin məhbusların böyük bir hissəsi həbsdən azad edilib" kəlməsini ifadə edir.

Daha bir fakt: "Ermənistandakı siyasi məhbuslar azad edilib" deyən Ştrasser "siyasi məhbus" məsələsi ilə bağlı ona vizanın verilməməsini, dil-boğazına qoymayaraq, parlament seçkilərində AŞPA-dan olan müşahidəçi kimi verildiyini bildirmişdi. Ancaq bu deputat anlamaq iqtidarında deyil ki, ona verilən viza mövcud olan hadisəylə bağlı ola bilər. Məsələn, seçki keçirilib və ona müşahidəçi stasusu verilib. Amma ölkəmizdə "siyasi məhbus" olmadığına görə, olmayan bir hadisə müqabilində ona vizanın verilməsi, əlbəttə ki, düzgün addımdır. "Ermənistan barədə araşdırma aparmışıq" deyərkən, K.Ştrasser yuxarıda vurğulanan daha bir mövcudluğu isbata yetirmiş olur. Yəni "Ermənistanda olan siyasi məhbusların hamısı - xüsusilə, AŞPA-nın siyasi məhbus anlayışına düşən məhbuslar azad ediliblər". Və kim sübut edə bilər ki, Ştrasser burada pullu sifarişlə hərəkət etmir? Çünki günün bu günündə Ermənistanda minlərlə siyasi məhbus həbsxanalarda saxlanılır və onların bir çoxunun taleyi məlum deyil. Həmçinin, Yerevandakı mart olaylarında diktator rejim tərəfindən oğurlanaraq, yoxa çıxarılan mitinq iştirakçılarından hələ də xəbər-ətər yoxdur. Budurmu cənab Ştrasserin Ermənistan araşdırması?! Hələ utanmaz-utanmaz da deyir ki, "bizim düşüncəmizə görə, Ermənistanda olan proseslər Azərbaycana da təsir etmiş olar, amma gördüyümüz kimi, heç bir təsir etməyib ki, bu da təəssüf doğurur" (??!!)

Amma mən hiddətli təəssüflə deyərdim: yazıqlar olsun AŞPA-ya ki, onun kimi mötəbər qurumun Ştrasser kimi pula-paraya satılmış mandatlı deputatı var...


P.S."Azərbaycanın səsvermə hüququnu əlindən almağa qədər gedilməlidir" deyən K. Ştrasserə ürəkdən dəstək verən radikal müxalifət düşükləri əgər onu bu qədər çox sevirlərsə, gedib həmin deputatın "qırmızı alman yançağından" öpsünlər. Çünki onlar 20 ildir ki, bu tipli öpüşlərə yaman alışıblar...

Digər xəbərlər