Azərbaycan mətbuatının üz qarası, "Xural" qəzetinin reket baş redaktoru Əvəz Zeynallı dörd divar arasında məktub yazmaq fikrinə gəlib və yazıb da. Amma hara və necə yazdığını gördüyümüz an məlum olub ki, elə məktubun dərc olunduğu ünvan tam müvafiq yer imiş. Yəni Əvəzin həbsxana məktubunu radikal müxalifət qəzetləri dərc edib. Ona görə yox ki, bu qəzetlərin reket baş redaktora yazığı-filanı gəlir. Məktub ona görə dərc edilib ki, orada yazılanlar bilavasitə müxalifətin xəyanətkar, anti-dövlətçi "siyasətinə" xidmət edir. Başqa tərəfdən, Ə.Zeynallının xisləti bunlarda da mövcuddur. Belə ki, zaman-zaman öz şərəflərini bir qara qəpiyə satan hər iki tərəfin - həm reket, həm də radikal müxalifət qəzetlərinin təxəyyülləri eyni formatda formalaşıb. Daha dəqiq desək, sözügedən varlıqlar ayrı-ayrılıqda mövcud olsalar da, bir xislət sahibidirlər. Həmin xislətin adı isə ŞƏRƏFSİZLİKDİR!
Azərbaycan hakimiyyətini, dövlətçiliyini və xalqını özlərinə düşmən görən belə şərəfsizlərin palçıq-çamurları bir yerdə qarışıbdır desək, əsla yanılmarıq. Hər halda, deyəndə ki, ya radikal müxalifət yazarı oldun, ya da ki, reket qəzetin yazarı, fərqi yoxdur, hər ikisi bir...
Nə isə, keçim əsas mətləbə. Ə.Zeynallı yazır ki, guya ona qarşı "repressiya" olunur və onun "azad söz eşqi" bu "repressiyalara" səbəb olub. Maraqlıdır ki, bu "adamın" "azad söz eşqi" yalnız ölkənin tanınmış ziyalılarını, ictimai-siyasi xadimlərini təhqir və təhdid etməkdən ibarətdir? Yaxud sağlam düşüncəli cəmiyyətə qarşı həqarət etməkmi "azad söz eşidir"? Əgər səni cəmiyyət qəbul etmirsə, qəbul etmək istəmirsə, bütün topluma küfrmü yağdırmaq lazımdır? Amma Əvəz anlamaq iqtidarında deyil ki, hazırda onu "dəstəkləyən" radikal müxalifət mətbuatı öz şəxsi dividendlərini, mənafelərini ondan sui-istifadə edərək, artırmağa çalışır. Yəni xarici ağaları qarşısında bar-bar bağırırlar ki, bəs qoymayın, Əvəzi "dağlayırlar", filan-beşməkan...
Amma bunlara deyən yoxdur ki, Ə.Zeynallı daha öncələr də məhkəmə instansiyalarına cəlb olunduğu zaman, o, radikal müxalifət mətbuatının baş redaktorlarına bilavasitə müracitələr etmiş, onlardan "müdafiə" olunmasını istəmişdi. Lakin onu heç it yerinə də sayan olmamışdı. Bəs haradaydı o zaman əvəzsevər radikallar?!
""Xural" və onun cəsarətli kollektivi" barədə yazan Ə.Zeynallı bir nüansı da yazmağı unudub ki, onun reket kollektivi məscidlərə, dini ocaqların divarlarına araq şüşəsi çırpıb oraları murdarlayıblar. Onları "cəsarətli" edən isə içdikləri araq və aldıqları rüşvətlər olub. Onlar hətta o qədər "cəsarətləniblər" ki, qadınlara qarşı da "güc" göstəriblər. Yəni bütün bunlar məlumdur. Bu gün onları müdafiə edənlər də yuxarıda qeyd etdiyim kimi namussuz kəslərdirlər. Necə deyərlər, qeyrətsizin də ki, "qeyrətə" gəlməsi yaman pis olur! O ki qala Ə.Zeynallı olsun...