Əli Əliyev:
Başlandı sırada qəfil qilü-qal,
Ardınca baş verdi xata hal, şər
"Altılar" "Beşlər"ə çevrildi dərhal,
Elə ki, sıradan çıxdı Etibar.
Əvəz Temirxan:
Burda yedirirlər dananı qurda,
Həm də tormozlanma qalıb şüurda,
Heç cür qala bilməz ALP burda,
"Beşlər"də üzvlərin iri biti var.
Əli Əliyev:
Onu bu işə sövq fərdlər eylədi,
Xətalar törətdi, dərdlər eylədi,
Bu nadan "Beşlər"i "Dördlər" eylədi,
Lalənin Əvəzi yeyən iti var.
Əvəz Temirxan:
İş görən deyildir əsla bir tipi,
"Beşlər" istərdi ki, dağıtsın "İP"-i
Əli Əliyevin sərsəm bir "VİP"-i,
Mirmahmud ağanın "DUİ" kiti var.
Əli Əliyev:
Aramızda möhkəm bir çəpər yoxdu,
Üstümüzdə güclü bir sipər yoxdu,
Qalan "Dördlər"də də bir təpər yoxdu,
Əlbəttə, Əvəzin Lalə xiti var.
Əvəz Temirxan:
"Altılar" ifratı xar edə bilər,
Meydanı nazildib dar edə bilər,
Bu fit qulaqları kar edə bilər,
Qalan dörd liderin Əli fiti var.
Əli Əliyev:
Tapıb çoxlu sayda adam şığıdır,
Bizim üstümüzə "Madam" şığıdır,
O, qalanları da vurub dağıdır,
Əlində tutduğu xəncər-iti var.
Əvəz Temirxan:
Onun mollasının, camisinin də,
Əli Əliyevin hamisinin də,
Qalan dörd nəfərin hamısının da,
Burun-boğazında artıq əti var.
Əli Əliyev:
ALP əyilə bilir halə tək,
O, səs də çıxarır çox küt nalə tək,
Vallah, Əvəzin də elə Lalə tək,
Başını örtməyə mestni çiti var.
Əvəz Temirxan:
Vəziyyəti daim nəm Mirmahmudun,
Kədər "VİP" sədrinin, qəm Mirmahmudun,
Əli Əliyevin, həm Mirmahmudun,
Vaxtında deyilmiş yesti-neti var.
Əli Əliyev:
Onu göməcəkdi qəbrə lal sonu,
Çatıbdı "Beşlər" tək liberal sonu,
Lalə dalda qoyub lənglikdə onu,
Sanmayın sözündə Əvəz qəti var.
Əvəz Temirxan:
Çoxları boğuldu kədərdə, kində,
Belədə sevinmək olmaz neçin də,
VİP özü iflasa gedir, içində
Əli timsalında miskin lütü var.
Əli Əliyev:
Almaz icazəsiz nəfəs Temirxan,
Çıxarmaz izinsiz bir səs Temirxan,
Lalədən asılı Əvəz Temirxan,
Qurumda çətin ki, ondan kütü var.
Əvəz Temirxan:
"Altılar" olmuşdu ondan da yaman,
"Beşlər" də əridi sanki sis duman,
Onu düzəldirlər əyilən zaman,
"VİP"-də Əli boyda qaynar ütü var.
Əli Əliyev:
Lalə də burada tamam lox zəif,
Liberal içində ac da, tox zəif,
Əvəzin "Beşlər"də yeri çox zəif,
Tikəni Lalənin əlindən qapar.
Əvəz Temirxan:
Meydanda tarazlıq tənasüb deyil,
"Altılar", "Beşlər"də adi "İP" deyil,
"Beşlər" onun üçün münasib deyil,
Əvəzi "Dördlər"in içinə apar.
Əli Əliyev:
"Beşlər"də də zəif şəxs tək sınandı,
Olmayıb, indi də yoxdu talantı,
Gözünün ucuyla görsə qrantı,
Liberal Əvəz də yolunu sapar.
Əvəz Temirxan:
"Beşlər" "Altılar" tək məzəli qala,
Yıxdımsa, çətin ki, özülü qala,
Qoymadım "Beşlər"i düzülü qala,
"Dördlər" kündəsini üsullu yapar.
Əli Əliyev:
Bu adam hər şeydən qalıb avara,
Onunçün "Altılar", həm "Beşlər" para,
Cəlb eyləmək çətin eşşək, qatıra,
Əvəz öz bildiyi bir atda çapar.
Əvəz Temirxan:
Orda əsəbləri tarım eylədim,
Mən onu lüzumsuz qurum eylədim,
"Beşlər"dən mən onu məhrum eylədim,
"Dördlər"də yerini o özü tapar.
Əli Əliyev:
Qapandı çıxışlar, həm də girişlər,
Etibarla Əvəz qıcırtdı dişlər,
Söküldü dalbadal "Altılar", "Beşlər",
"Yeddilər" olardı olsaydıq topar.
Əvəz Temirxan:
Səngimək bilməsə bu qalmaqallar,
Əlbəttə, çoxalar ətrafda lallar,
Bu müddət dözərik biz liberallar,
"VİP"-in tərkibində qiyamət qopar.
MİRZƏ QƏRƏNFİL