PDF Oxu

Köşə

  • 1 113

“İctimai Palata”nın  1-2 manatlıq ABŞ “sığortası”

“İctimai Palata”nın 1-2 manatlıq ABŞ “sığortası”

Faktlara söykənən əsaslarla bəllidir ki, radikal müxalifətin qondarma "İctimai Palata"sı bu günə qədər bir dəfə də olsun öz hesabına maliyyələşməyib. Yəni orada cəmləşənlər əllərini ciblərinə salıb "palata"nın hesabına pul-zad köçürməyiblər. Bir də ki, "İctimai Palata"ya gəlib-gedən müxalifətçilərin hər biri ayrı-ayrı partiya üzvləridirlər və onların təmsil olunduqları siyasi təşkilatlarda belə, üzvlük haqları doğru-düzgün yığılmır. Çünki onlar yalnız bir istiqamətə arxayındırlar, həmin istiqamət isə Qərbə və ABŞ-a məxsus siyasi dairələrdir. Bir sözlə, vəziyyət təxminən belədir: ay Qərb və ABŞ, mənə pul ver, donorluq et, mən də namusumu, şərəfimi, vicdanımı, ləyaqətimi həmin pula satım...

Və bu iddia-filan deyil, yuxarıda qeyd etdiyim kimi, əsaslara söykənmiş FAKTDIR!

Bu günlərdə Müsavat partiyasının funksioneri, eləcə də, "İctimai Palata"nın koordinasiya şurasının üzvü Vidadi Mirkamal radikalların Qərb və ABŞ siyasi dairələrinə satdıqları namusu, şərəfi, vicdanı, ləyaqəti "sığortalamaq" üçün özündən yeni hoqqa çıxarıb. Bu hoqqanın adı başqalarını "hərifləmək" deməkdir. Amma əslində, HƏRİFİN ən böyükləri də onların özləridir. Belə ki, V.Mirkamal nala-mıxa vurmaqla sual edir: "İctimai Palata"ya Amerika pul versə, üzvlərdən 1-2 manat pul yığılardımı?"

Onun bu sualına cavab olaraq nə deyə bilərik? Deyə bilərik ki, zaman-zaman ABŞ diplomatları radikal müxalifət partiyalarına, eləcə də, "İctimai Palata" nümayəndələri ilə görüşə onların qara gözlərinə vurulduqlarına görə getmirlər. Yəni müxtəlif Qərb fondlarının rəhbərləri, diplomatları radikal müxalifətlə görüşdükdən sonra onların qarşılarına şərtlər qoyurlar. Həmin şərtlər isə pulsuz-parasız icra edilmir. Bu günə qədər keçirilən qanunsuz aksiyalar və bu kimi olaylar qarşılığında maliyyələşmə labüdləşir. Ona görə də V.Mirkamalın nala-mıxa vurması heç bir arqumentə-filana söykənmir. Radikal müxalifətin ucdantutma bütün liderləri, funksionerləri bilavasitə ƏLƏBAXANDIRLAR...Və bu hal dəfələrlə təkrarlanıb, dəfələrlə sübuta yetirilib. Hətta "Wikleaks" saytında bu barədə məlumatlar da yer almışdı. O "Wikleaks" saytında ki, radikal müxalifət əlinə girəvə düşən kimi həmin sayta öz tərzinə, fərziyyələrinə uyğun "istinad" edirdi. İndi nə oldu ki, "İctimai Palata" orada yazılan faktlardan imtina edir, hələ artıq gələrək deyir ki, "palata" aydan arı, sudan durudur və guya Amerikadan pul-mul almır? Alır, hələ bir o yana da keçir!

Məhz bu baxımdan "İctimai Palata"nın adından sərsəmləyən V.Mirkamal heç də özünü, əstəğfürulah, "peyğəmbər" kimi "pak" göstərməsin. Çünki onun yanında-ətrafında İsa Qəmbərov, Əli Kərimov, Pənah Hüseynov daha kim-kimov kimi şərəflərini ABŞ dollarına satan "şərəf dağarcıqları" var. Bu "şərəf dağarcıqları" artıq o qədər həyasızlaşıb qudurublar ki, olan bir faktı-sübutu göz görə-görə danırlar, üstəlik, bu kimi olayı başqalarının üzərinə atmağa cəhdlər göstərirlər. Nə deyəsən? Bu kimi şərəfsizlərdən hər cür mənəviyyatsızlığı gözləmək mümkündür, o ki qala 1-2 manatla aldıqları on minlərlə dolları ört-basdır etmək istəyən "İctimai Palata" olsun...

Digər xəbərlər